Rusiyanın məşhur kənd təsərrüfatı şirkətinin gəliri 99 faiz azalıb
Rusiyada məşhur kənd təsərrüfatı şirkətinin gəliri bu ilin birinci yarısında 99 faiz azalıb.
bakunews.az report-a istinadən xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, məzənnə fərqinə görə Rusiyanın “Rusaqro” kənd təsərrüfatı şirkətinin xalis gəliri ötən ilin ilk 6 ayı ilə müqayisədə 99 faiz azalaraq 16,7 milyard rubl qarşılığında 166 milyon rubl təşkil edib.
Vurğulanıb ki, şirkətin xalis borcu 98,97 milyard rubl, xalis itkisi isə 1,78 milyard rubl olub.
“Rusaqro” Rusiyanın şəkər, yağ və yağ-piy məhsulları istehsal edən böyük şirkətidir.
Ukrayna ilə müharibədən əvvəl Rusiyanın ərzaq bazarında ABŞ-ın “PepsiCo” şirkəti liderlik edib. Onun payını iyun ayında Rusiyanın iki holdinq bölüb: “Efko” və “Rusaqro”.
Şirkətin əsas sahibi, keçmiş senator Vadim Moşkoviç Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə bu ilin martında Avropa İttifaqının sanksiyasına məruz qalıb. O, bir müddət sonra şirkətin direktorlar şurasından çıxıb.
bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]