Sizin reklam burada 728×90
Son dəqiqə

Bayraktar qardaşları milyarderlər siyahısında

15.02.2025 09:45 364 1 dəq oxunur
Bayraktar qardaşları milyarderlər siyahısında
“Forbes” biznes jurnalı dünyanın ən zəngin insanları siyahısını yeniləyib.

Siyahıda diqqət çəkən adlar arasında Türkiyədən olan Bayraktar qardaşları da olub.

"Baykar Technology" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar şirkətdəki 52,5 faiz payı sayəsində şəxsi sərvətini 1,8 milyard dollara yüksəldib. Bu rəqəmlə Selçuk Bayraktar Türkiyənin 15-ci ən varlı adamı olub.

"Baykar Technology" səhmlərinin 47,5 faizinə sahib olan Haluk Bayraktarın sərvəti 1,6 milyard dollara çatıb. Bununla da Haluk Bayraktar Türkiyənin 19-cu ən zəngin adamı olub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az