Sizin reklam burada 728×90
Son dəqiqə

Fon der Lyayen: Aİ Ukraynanın birliyə üzvlük prosesini sürətləndirməyi planlaşdırır

14.02.2025 18:29 265 1 dəq oxunur
Fon der Lyayen: Aİ Ukraynanın birliyə üzvlük prosesini sürətləndirməyi planlaşdırır
Avropa İttifaqı (Aİ) Ukraynanın birliyə üzvlük prosesini sürətləndirməyi planlaşdırır.

Bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

"Biz Ukraynanın Aİ-yə üzvlük prosesini sürətləndirmək üçün işimizi aktivləşdiririk. Biz artıq əhəmiyyətli irəliləyişə nail olmuşuq. Amma indi milli büdcələrin xərc imkanlarını artırmaq, ümumi Avropa layihələri üçün maliyyələşməyə malik olmaq və Ukraynanın üzvlük prosesini sürətləndirmək yeni Avropanın hədəfləri olmalıdır", - o qeyd edib.

Ukraynadakı münaqişədən danışan AK sədri bildirib ki, Avropa İttifaqı güc vasitəsilə sülhə nail olmaq istəyir. "Ukraynaya güc vasitəsilə sülh lazımdır. Avropa güc vasitəsilə sülh istəyir", - o vurğulayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az