Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya bu tarixdə böyük hücuma keçəcək - Əsas hədəf

22.07.2022 10:13 631 1 dəq oxunur
Rusiya bu tarixdə böyük hücuma keçəcək - Əsas hədəf
Rusiya çox güman ki, 2023-cü ilin əvvəlində Ukraynaya daha bir böyük hücuma keçəcək.

bakunews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri məlumat yayıb.

Qeyd olunub ki, Rusiya cənub-qərb sahillərini ələ keçirmək və Ukraynanın Qara dənizdən əlaqəsini kəsmək üçün Odessaya doğru irəliləməyə çalışacaq:

"Odessa limanının ələ keçirilməsi onlara Ukraynanın hərbi səylərinə sarsıdıcı zərbə vurmağa imkan verəcək".

Qeyd olunub ki, Qərbin yüksək rütbəli məmurları təcavüzkarın öz məqsədinə nail olacağına və Odessanı tutacağına şübhə ilə yanaşırlar.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az