Sizin reklam burada 728×90
Son dəqiqə

Qubad İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyuldu

05.09.2023 12:36 390 1 dəq oxunur
Qubad İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyuldu
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib.

Qeyd edək ki, Qubad İbadoğlu iyul ayında həbs edilib.
O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az