• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qəbul balları daha da aşağı düşəcək

Cəmiyyət / Təhsil

1-09-2023, 10:35

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Bəzi universitetlərdə keçid ballarının aşağı olması sosial şəbəkələrdə təəccüblə qarşılanıb və müzakirələrə səbəb olub. Belə ki, bu il 200 balla ADNSU-da və BDU-da Geologiya və geofizika mühəndisliyi ixtisasına dövlət sifarişli (pulsuz) qəbul olan tələbələr var. Bəs görəsən, bu ballarla ali məktəblərə qəbul ölkədə kütləvi savadsızlığın başlandığına işarə ola bilərmi?

BakuNews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a təhsil eksperti Kamran Əsədov danışıb. O, bunun plan yerlərinin sayının artırılması ilə əlaqəli olduğunu bildirib:

“Bu il təhsil müəssisələrinə qəbul yeri 55800 olanda proqnozlaşdırılırdı ki, daha aşağı ballarla ali məktəblərə qəbul olmaq mümkün olacaq. Xüsusən I ixtisas qrupunda plan yerlərinin sayı 18 minə qalxdı və bunun 13 mini ödənişsiz ixtisaslar idi. Təbii ki, abituriyentlərin sayına nəzər yetirəndə 200 balla dövlət universitetlərinə ödənişsiz qəbul olmağının mümkünlüyünü görürdük, hətta bu haqda mən dəfələrlə mətbuata da açıqlama vermişdim.

Bu isə ali təhsilin əlçatanlığını təmin etmək məqsədi güdür. Bu gün Azərbaycanda ali təhsilli insanların sayı çox deyil, ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir, bu isə yetərli deyil. Bu rəqəm aşağıdır və qarşıya qoyulmuş strategiyada faizin yuxarı qaldırılması nəzərdə tutulub”.

Onun sözlərinə görə, qəbul balları savadsızlığın göstəricisi ola bilməz, çünki güclü mütəxəssisi ali məktəblər yetişir:

“Aşağı ballarla ali məktəblərə qəbul aparmaq savadsızlıq göstəricisi ola bilməz. Savadlılıq göstəricisi oxuyub-yazma bacarığıdır ki, bunu minimum ballarla yoxlayıb ölçürlər. Biz mütəxəssisi ali məktəblərə qəbul üçün keçirilən imtahanda formalaşdırmırıq. 50 balla belə qəbul olunsanız sizin gələcəkdə mütəxəssis olub-olmamağınız ali məktəblərdə müəyyənləşir. 690 bal toplayan da, 200 bal toplayan da eyni universitetə qəbul olur, onlar kadr olaraq universitetin içində formalaşır.

Bizim problemimiz universitetlərlə bağlıdır. Bu gün ali təhsil müəssisələrinin əksəriyyəti əmək bazarının ümumi standartlarına cavab verən kadrlar hazırlamırlar, onların hazırladıqları kadr tələblərə uyğun deyil. Həmin universitetə 700 balla da qəbul olsanız, heç bir işə yaramır, əgər təhsil ocağında xammalı məhsula çevirə bilməyəcəksinizsə, balın önəmi yoxdur. Test bilik göstəricisi deyil, sadəcə seçim üsuludur. Testlə çoxsaylı insanların bilik və bacarıqlarını, analiz etmə qabiliyyətlərini yoxlayıb onları universitetlərə yerləşdirirlər. Bundan sonrası ali məktəblərin öhdəliyidir, onlar kadr yetişdirməlidir. Bu il 150 balla IV, 175-lə I, 160-la II ixtisas qrupuna qəbul mümkün olub. Bəli, 700 bal üzərindən bu, kifayət qədər aşağıdır, amma onları mütəxəssis kimi yetişdirən ali məktəblər olacaq.

Biz plan yerlərinin artdığını biləndə bu cür problemlərin olacağını onsuz da gözləyirdik. Gələn il qəbul plan yerləri 60 mini keçəcək və bundan da aşağı ballarla ali məktəblərə qəbul olanları görəcəyik”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Təhsil

31-08-2023, 11:52

Ali məktəblərə bu keçid balları təəccübləndirdi - SİYAHI

Təhsil

16-08-2022, 11:23

Ali məktəblərə qəbul üçün plan yeri artırılıb

Təhsil

16-08-2022, 19:19

Abituriyentlərin ixtisas seçimi başlayır - ən gərgin vəziyyət bu qruplarda olacaq - VİDEO

Təhsil

1-08-2022, 14:50

Universitet və kolleclərə ixtisas seçimi bu tarixlərdə BAŞLAYACAQ

Təhsil

22-08-2022, 13:33

Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

Təhsil

16-08-2022, 15:34

Məleykə Abbaszadə: "I qrup üzrə keçid balları artacaq"

Təhsil

11-08-2023, 13:45

Bu qrupda 290 baldan yuxarı nəticə göstərənlər ödənişsiz təhsil alacaq

Təhsil

22-07-2022, 17:20

​​​Azərbaycanda hər il ali məktəblərə qəbul olunanların sayı 75 000 nəfərə çatdırılacaq

Təhsil

14-08-2023, 12:15

Kolleclərə sənəd qəbulu başlayır

Təhsil

2-08-2022, 20:10

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə güzəşt...

Təhsil

16-08-2022, 19:36

Magistraturaya boş qalan yerlərə əlavə yerləşdirmə başlayır

Təhsil

28-06-2022, 20:50

Təhsil Nazirliyi məktəb direktorlarının təyinatı qaydasını dəyişdi

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Bu gün, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • Dünən, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Dünən, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Dünən, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Dünən, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Dünən, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Dünən, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Dünən, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Dünən, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Dünən, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Dünən, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Dünən, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Dünən, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Dünən, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Dünən, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Dünən, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dünən, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Dünən, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Dünən, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Dünən, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Dünən, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • 6-11-2026, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • 6-11-2026, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • 6-11-2026, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • 6-11-2026, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • 6-11-2026, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • 6-11-2026, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • 6-11-2026, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • 6-11-2026, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə