Sizin reklam burada 728×90
Son dəqiqə

Ucar məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTO

01.03.2023 21:42 489 1 dəq oxunur
Ucar məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTO
Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar Kazımov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışaraq, bu halların qarşısının alınması istiqamətdə polis əməkdaşlarının apardığı qətiyyətli mübarizə tədbirlərindən danışıb. O, bildirib ki, bu qanunsuz əməllə məşğul olan hər bir şəxs müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Tədbirin sonunda digər iştirakçılar da mövzu ətrafında çıxışlar edərək, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az