Sizin reklam burada 728×90
Son dəqiqə

8 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

11.04.2023 21:01 549 1 dəq oxunur
8 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəis müavini , polis polkovnik-leytenantı Asəf Əhmədov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. O, “ağ ölümün” qurbanına çevrilən gənclərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu bildirərək, bu bəlanın geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyünü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunduqlarını qeyd edib.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən film nümayiş etdirilib.



Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az