Sizin reklam burada 728×90
Son dəqiqə

İsrailli donor və həkim sayəsində görmə qabiliyyəti bərpa olunan qazi bu ölkəyə səfər edəcək

28.11.2022 11:40 540 1 dəq oxunur
İsrailli donor və həkim sayəsində görmə qabiliyyəti bərpa olunan qazi bu ölkəyə səfər edəcək
Dünyanın 350-dən çox media orqanı, o cümlədən dünyada tanınan “Associated Press” (AP), “Fox News” və “Yahoo” israilli qadının vəfat etmiş həyat yoldaşının gözünü bağışladığı azərbaycanlı qazi Arif Hacıyev haqqında məqalə dərc edib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi dövründə görmə qabiliyyətini qismən itirmiş 24 yaşlı Azərbaycanlı əsgər Arif Hacıyev israilli donor tərəfindən verilən göz və israilli həkimi İşhay Falikin icra etdiyi əməliyyat sayəsində görmə qabiliyyətini bərpa edib.

Qeyd olunub ki, dekabrın 18-də Arif Hacıyev İsrailə səfər edəcək və orada həm donorun ailəsi, həm də onu əməliyyat etmiş həkimlə görüşəcək. Səfər ABŞ-Azərbaycan Mədəniyyət Fondunun, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, İsrailin Azərbaycandakı səfirliyinin və geniş ictimaiyyətin dəstəyi ilə baş tutacaq.

Arif Hacıyevi amerikalı jurnalist Nurit Qrinqer və Eti El-Kiss İsrailə səfərdə müşaiyət edəcəklər. Ölkənin tarixi yerlərini ziyarət etməklə yanaşı, Arif Hacyev yerli siyasətçilərlə də görüşmək imkanı qazanacaq.

Xanım Qrinqer bu ilin iyulunda Azərbaycana səfəri zamanı “NewsBlaze” nəşri üçün “Azərbaycanın müharibə qəhrəmanları: şücaət və ümid” məqaləsini hazırlayarkən Arif Hacıyevlə tanış olub (https://newsblaze.com/world/eurasia/azerbaijan-war-heroes -valor_184241/) və Arifin İsrailə getməsi təşəbbüsünü irəli sürüb.

ABŞ-Azərbaycan Mədəniyyət Fondu (https://www.us-az-culturalfoundation.com/), Azərbaycan, ABŞ və İsrail arasında elm, mədəniyyət, media və kino sahələrində münasibətlərin yaxınlaşmasına töhfə vermək üçün təsis edilib.

Dünya mətbuatında Arif Hacıyev barəsində çıxan xəbərləri aşağıdakı linklərdən oxumaq olar:

1. "Associated Press” – (https://apnews.com/press-release/pr-newswire/europe-middle-east-israel-azerbaijan-fb5429efd5052d0eba78f185b5e81523)

2. "Fox News” (https://fox8.com/news/business/press-releases/cision/20221125SF47178/newsblaze-announces-us-az-cultural-foundation-humanitarian-gratitude-visit-to-israel/)

3. Yahoo (https://finance.yahoo.com/news/newsblaze-announces-us-az-cultural-151300820.html)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az