Bu il yanvarın 1-nə "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" ASC-nin 424 səhmdarı olub.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5 vahid və yaxud 1,2 % azdır.
Hesabat dövründə müəssisənin əsas səhmdarı 96,0297 % payla "LOTOS-S" MMC qalıb, payçı fiziki şəxslərin sayı isə 428-dən 423-ə düşüb.
Xatırladaq ki, "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır.