• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?

Cəmiyyət

4-04-2026, 16:06

(Özümüzünküləri boğub, yadları bəsləmək siyasəti)

Dövlət ölkəsini inkişaf etdirmək, qlobal rəqabətdə güclü olmaq istəyirsə, qızıl qayda birdir: diqqət, qayğı və birbaşa dəstək ilk növbədə öz yerli vergi ödəyicilərinə – yerli şirkətlərə və müəssisələrə göstərilməlidir. Yerli şirkətlərə arxa çıxmaq lazımdır ki, onlar böyüsün, ölkədə nağd pul dövriyyəsi (cash flow) artsın, inkişaf edərək daha böyük gəlirlər (revenue) əldə etsin və nəticədə dövlətə ödədikləri vergilərin həcmi də qatlanaraq çoxalsın. Dövlət yerli startapları elə motivasiya etməlidir ki, hər gün yeni-yeni vergi ödəyiciləri formalaşsın. Çünki iqtisadiyyatın dəyişməz reallığı budur: yerli şirkətlər nə qədər çox və böyük olarsa, dövlət də bir o qədər varlanar, güclənər və sarsılmaz olar.

İstənilən qüdrətli ölkə dünya arenasında məhz öz uğurlu şirkətləri ilə öyünür, qürur duyur. Heç bir dövlət başqasının şirkəti ilə inkişaf etməyib. Dünya təcrübəsinə baxaq:

* Cənubi Koreya: Samsung, LG, Hyundai, KIA ilə yanaşı, SK Group və Lotte kimi nəhəngləri ilə qlobal gücə çevrilib.

* Yaponiya: Sony, Toyota, Panasonic ilə bərabər Honda, Mitsubishi və Nintendo kimi brendlərlə öz iqtisadi möcüzəsini yaradıb.

* Çin: Bu gün dünyanı Alibaba, Tencent, Huawei, BYD və Xiaomi kimi qlobal qiqantları vasitəsilə fəth edir.

* ABŞ: Amerika hegemonluğunun arxasında yalnız siyasi gücü deyil, Google, Meta, Apple, Microsoft, Amazon və Tesla kimi trilyon dollarlıq korporasiyaları dayanır.

Heç bir inkişaf etmiş ölkə öz yerli şirkətlərini dövlət qayğısından kənarda saxlamır. Çünki onların inkişafı – dövlətin prestiji, yüksək büdcə təminatı, vətəndaşların işlə təminatı və elmin inkişafı deməkdir. Patentləşmədə, strateji məhsul istehsalında yerli özəl sektorun rolu əvəzsizdir. Türkiyədə Səlçuk Bayraktarın qurduğu "Baykar", Niderlandda çip texnologiyalarını istehsal edən "ASML", Tayvanda yarımkeçirici nəhəngi "TSMC"... Bütün bu misallar sübut edir ki, dövlət yerli özəl sahibkarlara dəstək olanda, əslində, özünü qüdrətli edir. Məhz bu strateji şirkətlərin hesabına dövlət dünyada söz sahibi olur, hegemonluq edir; digərləri onunla hesablaşır, ondan çəkinir və ona hörmət etmək məcburiyyətində qalırlar. Yəni, şirkət dövləti ucaldır!

Xarici şirkətlərin "Qaranlıq üzü" və bizə münasibəti

Öz ölkəsindən kənarda fəaliyyət göstərən xarici şirkətlərin isə işlədikləri yerli dövlətin nə adında, nə gücündə, nə də qüdrətində zərrə qədər rolu və marağı olmur. Onları idarə edən yeganə prinsip sırf kommersiya maraqlarıdır. Xarici şirkətin yerli dövlətə heç bir bağlılığı, vəfa və ya sədaqət borcu yoxdur.

Əksinə, əksər hallarda onlar qara pulların yuyulmasında, vergidən yayınmada və kontrabandada ad çıxarırlar. Təkcə bunlarmı? Xarici korporasiyalar çox zaman transfert qiymətəmələgəlmə (transfer pricing) hiyləsi ilə mənfəəti ofşor zonalara qaçırmaqda, süni qiymət endirimləri (dempinq) edərək yerli rəqibləri iflasa uğratmaqda, inhisarçılıq yaratmaqda, ekoloji normaları heçə sayaraq yerli təbiəti istismar etməkdə və kölgə iqtisadiyyatını formalaşdırmaqda olduqca mahir olurlar.

Bu cür şirkətlərdə ən yüksək vəzifələr və astronomik məvaciblər həmişə öz vətəndaşlarına (ekspatlara) verilir, yerli xalqın nümayəndələrinə isə yalnız ucuz işçi qüvvəsi kimi baxılaraq ən aşağı səviyyəli işlər təhkim edilir. Xarici şirkətlərdə öz vətəndaşları həmişə yerli mütəxəssislərdən qat-qat üstün tutulur. Bəzən isə bu ayrı-seçkilik o qədər iyrənc, o qədər alçaldıcı həddə çatır ki, adamı dəhşətə gətirir. Hətta yerli vətəndaşlara o qədər yuxarıdan aşağı baxırlar ki, heç onları öz qurduqları işlərdə belə görmək istəmirlər.


Vaxtilə Azərbaycanda oftalmoloji fəaliyyət göstərən bir türk klinikasının sahibinin dediyi bu sözləri heç vaxt unutmaram. O, böyük bir təkəbbürlə, açıq-aşkar belə deyirdi:

"Benim kurduğum klinikte Azerbaycanlılar çalışmamalı. Azeri personelin veya doktorların ayağı bile kliniğe değmemeli, hastanın yakınına bile yaklaşmamalı, gözüne bir damla dahi damlatmamalılar. Onlar maksimum temizlik görevlisi olabilir ve saksıdaki çiçekleri sulayabilirler."

O zaman bu fikirlər mənə çox ağır təsir etmişdi. Niyə bizim xalq bu cür dəyərsiz, hörmətsiz tutulur? Niyə bizim peşəkarlarımıza dəyər verilmir və xarici klinikada bizə yalnız döşəmə silmək, bağban, hambal olmaq rəva görülür?

Sonra düşündüm: bizim tələbələr Türkiyəyə 4-5 illik təhsilə gedib qayıtdıqdan sonra ömür boyu türk ləhcəsində və ya dilində danışırlar. Lakin türk tələbələri Azərbaycanda 10 il də qalsalar, heç bir zaman bizim dildə və ya ləhcədə danışmırlar. Bəlkə də kənardan öz kimliyimizə bu qədər biganə qalmağımız, yaltaq kimi görünən ifrat təqlidçiliyimiz onları bizə yuxarıdan aşağı baxmağa vadar edir və haqlı olaraq hörmətə layiq görülmürük?

İTS-in vurduğu zərbə: Süni yaradılan xarici monopoliya

Xaricilərin bizə hörmət qoymamasını, bu acımasız kommersiya eqoizmini bəlkə də birtəhər anlamaq və həzm etmək olar. Amma öz dövlət orqanımız olan İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyinin bizi bu qədər əskik görməsini, öz yerli peşəkarlarımızı boğmasını əsla həzm etmək mümkün deyil!

Bu gün ölkəmizdə göz xəstəlikləri (oftalmologiya) sahəsində dəhşətli və ədalətsiz bir mənzərə formalaşıb. İTS, göz sahəsində fəaliyyət göstərən 100-ə yaxın yerli özəl klinikanın sığortasını kəsib. Bəs vətəndaşların sığorta hüququ hara yönləndirilib? Yalnız bir xarici özəl tibb müəssisəsinə – "Dünyagöz Xəstəxanası"na!

Özü də bu, çox kobud və qanunsuz görünən bir xüsusi güzəştlə edilir. İTS qanunvericiliyinə görə, vətəndaş özəl klinikaya müraciət etmək üçün mütləq dövlət xəstəxanasından göndəriş almalıdır. Lakin "Dünyagöz"ə gəldikdə, qanun nədənsə kənara qoyulur. Vətəndaş heç bir göndəriş olmadan, birbaşa "Dünyagöz"ə gedib yerindəcə sığorta xidməti ala bilir. Bu nə deməkdir? Bu, İTS-in öz əli ilə "Dünyagöz"ə oftalmologiyada mütləq bir monopoliya yaratmaq imkanı təmin etməsi deməkdir!

Nəticədə xəstələr bürokratik əngəllərdən yaxa qurtarmaq üçün məcbur qalıb yalnız "Dünyagöz"ə axışdılar. Bəs bizim yerli klinikalarımız? Onlar xəstə qıtlığından iflas olma təhlükəsi ilə üz-üzə qaldılar. İş yerləri ixtisar olundu, həmin klinikaların dövlətə verməli olduğu vergilərin həcmi kəskin azaldı. İTS öz yerli klinikalarımızı qeyri-bərabər rəqabətlə amansızcasına boğaraq, xarici bir obyekti süni şəkildə önə çıxartdı və monopolist etdi.

Zaur Əliyevə açıq suallar: məqsədiniz nədir?

Bu qeyri-bərabər rəqabətdə yerli özəl klinikaları iflasa uğratmaqda İTS rəhbəri Zaur Əliyevin məqsədi nə idi? (Axı "Dünyagöz"ə dövlət sığortasının bu cür xüsusi güzəştlə verilməsinin məhz Zaur Əliyevin şəxsi göstərişi olduğu bildirilir).

Bəlkə məqsəd yerli göz sahəsini tamamilə iflas etdirib, xalqı yalnız xarici peşəkarların insafına və ümidinə buraxmaqdır? Əgər o xarici klinika və onun peşəkarları öz güclərinə, savadlarına bu qədər əmindirlərsə, niyə digər yerli klinikalarla eyni şərtlər altında sağlam rəqabətə girmədilər? Niyə özlərini xüsusi yollarla Zaur Əliyevə "tapşırıb" süni monopoliya yaratdılar?

Oftalmologiya Azərbaycan üçün adi bir sahə deyil. Bu, vaxtilə Cənab Prezidentin anası, görkəmli oftalmoloq, mərhum akademik Zərifə xanım Əliyevanın da misilsiz xidmətlər göstərdiyi, milli fəxrimiz olan strateji bir sahədir. Niyə Zaur Əliyev Azərbaycan üçün belə strateji əhəmiyyəti olan bir sahəni kor qoyur?

Öz ayağımıza sıxılan güllə

Bütün inkişaf etmiş dünyada tibbi xidmət və innovasiyaları irəli aparan məhz rəqabətədavamlı yerli özəl sektordur. "Dünyagöz" onsuz da başqa bir ölkənin milli brendidir. Öz dövləti ona onsuz da yetərincə dəstək verib ki, böyüyüb, inkişaf edib və 12 ölkədə 23 şöbə aça bilib. Zaur Əliyev, sizin xalqın sığorta pulları hesabına onlara verdiyiniz bu xüsusi dəstək sadəcə lazımsız bir "yamaqdır". Amma siz bu imkanı, bu böyük dəstəyi yerli özəl tibb sektoruna verə bilərdiniz! Sağlam bir mühit yarada bilərdiniz ki, qoy Azərbaycanın da dünyada tanınan, sərhədləri aşan öz milli klinika brendləri formalaşsın. Çünki yerli sahibkara öz dövlətindən, öz

büdcəsindən, öz məmurundan başqa kim sahib çıxmalıdır ki?

Siz isə öz sahibkarlarınıza qol-qanad verməkdənsə, onları iflas səviyyəsinə saldınız. Siz bununla təkcə oftalmologiyaya yox, Azərbaycan Səhiyyəsinə, iqtisadiyyatına və bütövlükdə Azərbaycan Dövlətinə çox ağır bir zərbə vurdunuz. Siz, öz yerli şirkətlərinizi xarici şirkətin ayağına verməklə, yerli peşəkarları gözardı etməklə, əslində, öz ayağınıza güllə vurdunuz! (Bizimesr.az )

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

26-12-2022, 13:09

Sığorta şirkətlərinin özbaşınalığı: – bu avtomobilləri sığortalamaqdan niyə imtina edirlər?

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Səhiyyə

16-11-2023, 12:59

Agentliyin icbari tibbi sığorta OYUNU – Xəstələri get-gələ salan BƏHANƏLƏRƏ son qoyulacaqmı?

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Siyasət

27-12-2023, 12:01

İlham Əliyev 4 qanunu İMZALADI

Gündəm / İdman

23-02-2024, 08:54

“Yarımfinal olsa mən sizi təbrik edəcəm”

Siyasət

11-03-2026, 17:09

Rəqəmsal "yaddaş aclığı": Mümkün ssenarilər və Azərbaycana təsiri - TƏHLİL

Cəmiyyət

5-12-2023, 22:41

Taxta bazarında kül olan "insan əməyi": - sığorta şirkətləri zərərçəkənlərə "yaxın" duracaqmı...

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Araşdırma
ETN-in Daxili Nəzarət şöbəsi yoxlamaya başladı Sumqayıt 23 nömrəli məktəbdə iddialar böyüyür
Nizami rayonunda ağacların məhv edilməsi ilə bağlı iddialar – İcra başçısı narahat deyil - VİDEO
“Zorge parkı”ndakı 2-ci mərtəbə...- Rəsmi qurumlar müdafiə xətti qurub - VİDEO
Sumqayıt Dövlət Universitetində Akademik borcların ödənişində qeyri-şəffaflıq tələbələri narahat edir
“İzsiz əməliyyat” vədi ilə başlayan kabus: 1 il sonra görünən həqiqət – Saxta "həkim" Esmira İbrahimli faktı
Texnologiya Universiteti "Yeni" 500 manat iddiası irəli sürübdür... "Bu dəfə hədəf tələbələrdi" “Bu dəfə hədəf tələbələrdir?”
Hadisə
Bu gün, 09:48
Narkotik təsiri altında sükan arxasında sürücü saxlanıldı: BDYPİ sürücülərə xəbərdarlıq edir
Dünən, 10:37
Tovuzda 19 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb
Dünən, 10:00
Xəzər dənizində zəlzələ olub
5-04-2026, 21:56
Abdin Fərzəliyev Abşeronda subasma ilə bağlı operativ tədbirlər gücləndirib FOTOLAR
5-04-2026, 21:24
TƏCİLİ! Çoxmənzilli bina ÇÖKDÜ
5-04-2026, 13:30
Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
Xəbər lenti
  • Bu gün, 15:31
    Nərimanov Tibb Mərkəzində yoxlama – Həkimlərin maaşı geri tələb olunur
  • Bu gün, 14:57
    Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb
  • Bu gün, 14:31
    TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib
  • Bu gün, 13:43
    Nazir bu biabırçı mənzərədən xəbər tutarsa...
  • Bu gün, 13:12
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • Bu gün, 12:47
    İsmayıllının icra başçısının müavini meşə ərazisini zəbt edib - FOTOLAR
  • Bu gün, 12:14
    Qazaxıstan nümayəndə heyəti Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib
  • Bu gün, 12:05
    “Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən vəzifəli şəxs kimdir?
  • Bu gün, 11:48
    Bakı metrosunda 200 metrlik tunelin inşasında ilk mərhələ tamamlanıb
  • Bu gün, 11:34
    ANA DİLİNİ BİLMƏYƏN HƏKİM, HƏKİMLƏRİ NƏDƏN DİDƏRGİN SALIR?
  • Bu gün, 11:15
    ABŞ-la İran arasında atəşkəs razılaşması necə əldə olunub? - “Axios” prosesin gizlinlərini açıqlayıb
  • Bu gün, 10:25
    Rüstəm Şahbazovu kim aldadır?.. - İLGİNC İDDİALAR
  • Bu gün, 10:12
    Pul üstündə qızla dalaşdı, bir zərbəyə öldürüldü - Əsa ilə törədilən qətlin DETALLARI
  • Bu gün, 10:03
    Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq
  • Bu gün, 09:57
    Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb VİDEO
  • Bu gün, 09:48
    Narkotik təsiri altında sükan arxasında sürücü saxlanıldı: BDYPİ sürücülərə xəbərdarlıq edir
  • Bu gün, 09:34
    UEFA Avropa Liqasının 1/4 final mərhələsi: "Betis" Portuqaliyada "Braqa"nın qonağı olacaq
  • Bu gün, 09:21
    Şəfa Əliyeva: “Gələcəyin alimi ənənə ilə innovasiyanı birləşdirən strateji düşüncəyə sahib olmalıdır”
  • Bu gün, 09:18
    Özbəkistanda Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Mərkəzi açıldı – Açılışda akademik Rafael Hüseynov çıxış etdi / FOTOLAR
  • Bu gün, 09:12
    ADU-da Səməd Vurğunun 120 illiyi qeyd olunub
  • Bu gün, 09:09
    FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib
  • Bu gün, 08:50
    Masallı 3 saylı məktəbin valideynlərindən ŞOK İDDİALAR - Məktəb yoxsa, Bazar?
  • Bu gün, 08:37
    “Samsung Galaxy S26”da bu problem aradan qaldırıldı
  • Bu gün, 08:36
    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • Bu gün, 08:29
    Siyəzən şəhər 3 saylı körpələr evi–uşaq bağçasında ərzaq qalmaqalı – Regional Təhsil İdarəsi araşdırma aparır
  • Dünən, 18:20
    Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
  • Dünən, 18:11
    Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək
  • Dünən, 18:04
    Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI... - İLGİNC FAKTLAR...
  • Dünən, 17:19
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:44
    Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI
  • Dünən, 16:27
    Qaradağda ŞIDIRĞI ALVER GEDİR: Köhnə başçının aqibəti dərs olmadı? - BU NƏDİ BELƏ?
  • Dünən, 15:42
    Cənubi Qafqazda yeni dövr: Bakı və Tbilisi regionun gələcəyini cızır - ŞƏRH
  • Dünən, 15:28
    Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR
  • Dünən, 15:26
    Nazim Hacıyev rəhbəri olduğu xəstəxanada pasiyenti qəbul etmədilər?
  • Dünən, 14:59
    İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə