• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

BİZİM TƏQVİM:27 fevralda baş vermiş tarixi hadisələr

Cəmiyyət

27-02-2026, 10:13

2004-cü ilin bu günündə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və Milli Ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə təsis edilib.

Bəs, fevralın 27-də danyada daha nələr olub?

1. 1914-cü ilin 27 fevralında Türkiyə aviasiyası ilk şəhidlərini verdi. Pilotlar - baş leytenantlar (yüzbaşı) Fethi bəy və Sadık bəyin sürdüyü “Muaveneti-Milliye” təyyarəsi İstanbul - Qahirə səfərinə başladı. Konya, Ulukışla, Adana, Humus və Dəməşq üzərindən Qahirəyə qədər uzanacaq bu hava səyahəti Dəməşqə qədər problemsiz davam etdi. Ancaq uçuşun 10-cu mərhələsində Qüdsün Təbəri (Tabariye) rayonu yaxınlığında hava axınına düşərək qayalara çırpıldı və düşdü. Pilotlar Fetih bəy və Sadik bəy həlak oldular. Balkan müharibəsindən məğlub çıxan Osmanlı hökuməti bu hava səyahətinin xalqda ruh yüksəkliyi yaradacağını düşünmüşdü.

2. 27 fevral 1917-ci ildə Rusiyada Fevral İnqilabı baş verdi. Nəticədə çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu, monarxiya rejimi devrildi və müvəqqəti hökumət yarandı.

3. 1918-ci ilin bu günü ermənilər daha bir dəhşətli soyqırım törətdilər: Andranikin başçılıq etdiyi quldur dəstələri Türkiyənin Ərzincan vilayətində 800 nəfəri qətlə yetirdi.

4. 27 fevral 1933-cü ildə Adolf Hitler Almaniyanın baş naziri təyin olunduqdan az sonra parlament binası – Reyxstaq yandırıldı. Bu hadisəyə görə bolqar Dmitrovu ittiham etsələr də, o, məhkəmədə bəraət qazandı. Hitler bu hadisəni kommunistlərin törətdiyini iddia edərək prezident Hindenburqun şəxsi hüquq və azadlıqlarını aradan qaldıran sərəncam imzaladı. Bundan sonra ölkədə özünün Nasist Partiyasından başqa bütün partiyaların fəaliyyətini dayandırdı, Kommunist Partiyasından olan 181 deputatı və başqa partiyaların idarəedicilərini həbs etdirdi.

5. 2010-cu ilin 27 fevralında Çilinin Konsepsyon şəhəri yaxınlığında 8,8 bal gücündə zəlzələ baş verdi. Təxminən min adamın öldüyü bu 90 saniyəlik zəlzələ 2 milyon insanın da həyatına təsir etdi: 500 mindən çox ev dağıldı, zədələndi, elektrik və telefon şəbəkələri çökdü.

6. Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi qlobal istilik və iqlim dəyişiklərilə əlaqədar nəsli tükənməkdə olan ağ ayılar haqqında ictimaiyyətin məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir. Qütb ayılarının məhvolma təhlükəsinin əsas səbəbləri qütb buzlaqlarının əriməsi və ətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir.

7. Son illər əldə olunan məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon il əvvəl təkamülə başlayıb. Onun əcdadı qonur ayı olub. Lakin ağ ayı qonur ayıdan fərqli olaraq uzaq Şimalda dəniz buzları arasında yaşamağa uyğunlaşıb.

27 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məhşur Amerika şairi Henri Lonqfello 1807-ci ilin bu günü anadan olub. O, “Gecə səsləri”, “Köləlik nəğmələri”, “Köçəri quşlar” şeir kitablarının, “Hiperion”, “Kavana” romanlarının müəllifidir. H.Lonqfello filoloq alim kimi də tanınır. Onun “Rövşən bəy – Koroğlunun atlanışı” şeirini Azərbaycan dilinə Cəfər Cabbarlı tərcümə edib (1807-1882).

2. 1947-ci ilin 27 fevralında "Amca bey", "Əfruz bəy", "Yaltaq” (Dalkavuk), "Ağla qara", "Yeni zəngin" obrazlarının yaradıcısı, Türkiyə karikaturasının ustalarından biri Camal Nadir Güler dünyadan köçüb.

3. 27 fevral 1901-ci ildə Xalq yazıçısı Əli Vəliyev (1901 – 2.2.1983) anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Mətbu orqanlarda çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

4. 27 fevral 1984-cü ildə aktyor, rejissor Eldar Həsən oğlu Əliyev (1936-1984) vəfat edib. “Dəli Kür”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib, Dövlət Rus Dram Teatrında çalışıb.(Bizim.Media)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

29-12-2024, 16:05

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

26-08-2024, 08:42

Mehriban Əliyevanın doğum günüdür

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Cəmiyyət

29-09-2022, 16:36

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır.

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Gündəm

4-01-2023, 22:16

Fərid Şərifov: Prezident İlham Əliyevin güclü siyasəti və rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Hadisə
Dünən, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 13:41
Sürdüyü maşında öldü
4-07-2026, 12:32
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
3-07-2026, 17:45
Coratda dənizdə iki nəfər batıb, birinin meyiti çıxarılıb
2-07-2026, 12:46
Gəncədə 29 yaşlı kişi bıçaqlandı
Xəbər lenti
  • Dünən, 19:00
    FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
  • Dünən, 18:53
    Yeni Dehlidən İrəvana “Pralay” kartı - Kim hədəfdədir?
  • Dünən, 18:38
    Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
  • Dünən, 18:25
    KATV1 internet abunəçilərinin səbr kasası daşır – Aylarla davam edən kəsintilər müştəri hüquqlarının pozulması iddialarını gündəmə gətirir
  • Dünən, 18:11
    Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək
  • Dünən, 17:25
    Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Restoranında ofisant işləyən şəxs həbs edildi
  • Dünən, 16:58
    Azərbaycan Rusiyaya nota verib
  • Dünən, 16:38
    DSMF məhkəmə qərarını icra etmir - Şikayət
  • Dünən, 16:07
    Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
  • Dünən, 15:50
    “Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı
  • Dünən, 15:16
    Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:01
    İş adamlarına TORBA TİKƏN Nazim Tahirovla bağlı ŞOK FAKT - 9 İL ƏVVƏLKİ İNTİHARIN İZİ İLƏ...
  • Dünən, 14:31
    DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib
  • Dünən, 13:07
    Sabah 37 dərəcə isti olacaq
  • Dünən, 12:55
    Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb
  • Dünən, 12:45
    İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir
  • Dünən, 12:24
    "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının sayı azalıb
  • Dünən, 12:04
    Rayonlarda fərdi təsərrüfatlarda süni mayalanma xidmətinin göstərilməsi üçün 50 manat kimlər alır?
  • Dünən, 11:36
    İlham Əliyev Malavi Prezidentini təbrik edib
  • Dünən, 10:53
    Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirəcək
  • Dünən, 10:20
    Şuşada mədəni və etnik müxtəliflik üzrə beynəlxalq konfrans keçirilir
  • Dünən, 10:15
    MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
  • Dünən, 09:37
    Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 09:31
    “Laçını bu şəbəkənin əlindən qurtarın!” – Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
  • Dünən, 09:04
    Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
  • 5-07-2026, 22:42
    Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
  • 5-07-2026, 17:00
    Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
  • 5-07-2026, 16:00
    "OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
  • 5-07-2026, 15:00
    Sabah Bakıda 34 dərəcə isti olacaq
  • 5-07-2026, 14:30
    Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb
  • 5-07-2026, 14:00
    FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
  • 5-07-2026, 13:00
    İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb
  • 5-07-2026, 12:30
    Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik edib
  • 5-07-2026, 12:00
    Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşüb
  • 5-07-2026, 11:00
    Bruklində atışma zamanı dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə