• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ağdamda sual doğuran təyinat - Məhkumluq keçmişi və icra hakimiyyətində 16 illik müdafiə mexanizmi

Cəmiyyət / Ölkə

12-02-2026, 16:00

"DogruXeber.tv" xəbər verir ki, Ağdam şəhəri Maqsudlu kənd ərazi icra nümayəndəsi Abbasov Rasim Qurban oğlunun keçmişi və dövlət qulluğuna təyinatı ilə bağlı cəmiyyətdə ciddi və cavabsız suallar yaranıb. Burada söhbət təkcə bir məmurun bioqrafiyasından deyil, Azərbaycan dövlət idarəçiliyində hüquqi uyğunluq, siyasi məsuliyyət və ictimai etimad prinsiplərinin real vəziyyətindən gedir.
Məlumata görə, Rasim Abbasov məhkumluq həyatı yaşayıb və buna baxmayaraq, özünün də bildirdiyi kimi, 10 ildən artıqdır dövlət qulluğunda çalışır. Bu fakt artıq təkcə etik deyil, birbaşa hüquqi müzakirə predmeti olmalıdır. Çünki “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu açıq şəkildə göstərir ki, müəyyən kateqoriyalı cinayətlərə görə məhkum olunmuş şəxslərin dövlət qulluğuna qəbulu yolverilməzdir.

Bu nöqtədə cəmiyyətin haqlı sualları ortaya çıxır:

– Rasim Abbasov hansı hüquqi mexanizm və istisna əsasında dövlət qulluğuna qəbul edilib?
– Onun məhkumluğu hansı cinayət tərkibi üzrə olub və bu fakt kadr yoxlaması zamanı necə “görünməz” edilib?
– Dövlət qulluğuna qəbul zamanı qanunun tələbləri doğrudanmı tətbiq olunub, yoxsa formal şəkildə kənara qoyulub?
Bu suallar cavabsız qaldıqca məsələ artıq bir şəxsin deyil, idarəçilik sisteminin problemi kimi qiymətləndirilməlidir.


"DogruXeber.tv" xəbər verir ki, Maqsudlu kənd sakinlərinin verdiyi məlumata əsasən, Rasim Abbasovun uzun illərdir vəzifədə qalmasının əsas səbəbi Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun birbaşa himayəsi ilə izah olunur. Sakinlərin iddiasına görə, məhz bu himayə onu həm inzibati nəzarətdən, həm də ictimai hesabatlılıqdan kənarda saxlayıb.

Əgər bu iddialar həqiqətə uyğundursa, artıq məsuliyyət təkcə kənd ərazi nümayəndəsinin deyil, rayon icra başçısının siyasi və inzibati məsuliyyəti məsələsinə çevrilir. Çünki icra başçısı qanunvericiliyin tələblərini kənara qoyaraq problemli keçmişə malik kadrı qoruyursa, bu, açıq şəkildə vəzifədən sui-istifadə və patronaj idarəçiliyi deməkdir.

Elmi-siyasi baxımdan bu hal patron–klient münasibətləri modelinin klassik nümunəsidir. Yəni hüquq, şəffaflıq və peşəkarlıq yox, şəxsi sədaqət və qeyri-rəsmi münasibətlər əsas meyar kimi çıxış edir. Bu isə: Dövlət institutlarının zəifləməsinə, Sosial ədalətsizliyə, Vətəndaşların dövlətə olan inamının sarsılmasına gətirib çıxarır.

Burada tez-tez səsləndirilən bir arqument də var: “Şəxs cəzasını çəkibsə, cəmiyyətə qayıtmaq hüququ var.” Bu, doğrudur. Lakin dövlət qulluğu adi əmək fəaliyyəti deyil. Dövlət qulluğu etibar, nüfuz və hüquqi qüsursuzluq tələb edən xüsusi statusdur. Reabilitasiya anlayışı ilə dövlət adından qərarvermə səlahiyyəti eyni müstəvidə qiymətləndirilə bilməz.

Bu gün cəmiyyət açıq cavab gözləyir:

– Rasim Abbasovun təyinatı hansı rəsmi prosedurlar əsasında aparılıb?
– Onun şəxsi işi və keçmiş məhkumluğu aidiyyəti qurumlar tərəfindən obyektiv araşdırılıbmı?
– Ağdam icra başçısı Vaqif Həsənov bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyə hazırdırmı?

Bu suallar cavabsız qaldıqca problem lokal xarakter daşımır, dövlət idarəçiliyinin legitimliyi və hüquqi bərabərlik prinsipi sual altına düşür. Qanun həqiqətən hamı üçündürsə, o zaman vəzifə sahibləri üçün də eyni dərəcədə keçərli olmalıdır.
Məsələ ilə bağlı adı çəkilən Maqsudlu kənd ərazi icra nümayəndəsi Rasim Abbasovla redaksiya tərəfindən telefon əlaqəsi saxlanılıb və onun məhkumluğu ilə bağlı suallar ünvanlanıb. Rasim Abbasov uzun danışmağa önəm verməyərək qısa şəkildə bildirib ki, “kimin nəinə lazımdır ki, mən necə işləyirəm”. O, eyni zamanda qeyd edib ki, “16 ildən çoxdur bu vəzifədəyəm” və “aidiyyəti qurumlardan təmizlik kağızı alıb təqdim etmişəm”. Şəxs əlavə açıqlama vermədən söhbəti yekunlaşdırıb.

"DogruXeber.tv"

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

18-12-2024, 13:02

Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

3-10-2024, 12:29

Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Siyasət

29-01-2026, 13:19

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

Araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Hadisə
Bu gün, 14:40
Kəlbəcərdə mina partlayışı olub
8-07-2026, 10:46
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
7-07-2026, 11:47
İkinci kurs tələbəsi vəfat etdi
7-07-2026, 11:20
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
6-07-2026, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Xəbər lenti
  • Bu gün, 19:00
    CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
  • Bu gün, 18:30
    “İran-ABŞ atəşkəsi qüvvədə qala bilər”
  • Bu gün, 18:19
    Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib
  • Bu gün, 18:09
    Şahmatçılarımız Olimpiadaya bu heyətlə gedəcək - Kapitan Teymur Rəcəbovdur
  • Bu gün, 17:49
    Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 17:19
    Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
  • Bu gün, 16:38
    “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
  • Bu gün, 16:32
    “KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
  • Bu gün, 16:21
    İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü bildirib
  • Bu gün, 16:08
    Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO
  • Bu gün, 15:54
    Spiker: Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir
  • Bu gün, 15:31
    Nizami rayonunda bu da oldu - Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir
  • Bu gün, 15:03
    NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH
  • Bu gün, 14:46
    Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi - Salyandakı təqdimatın pərdəarxası nədir?
  • Bu gün, 14:40
    Kəlbəcərdə mina partlayışı olub
  • Bu gün, 12:58
    Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR
  • Bu gün, 12:47
    Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
  • Bu gün, 12:40
    Bravo Hipermarketindəki McDonald’s-da biabırçılıq… – VİDEO
  • Bu gün, 12:15
    Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir
  • Bu gün, 11:53
    Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR
  • Bu gün, 11:33
    Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son qəbul edilib
  • Bu gün, 11:17
    Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
  • Bu gün, 10:51
    IV Şuşa Qlobal Media Forumu keçiriləcək
  • Bu gün, 10:40
    Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir
  • Bu gün, 10:05
    BİZİM TƏQVİM: 10 iyulda baş vermiş tarixi hadisələr
  • Bu gün, 09:31
    “Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
  • Bu gün, 09:19
    Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
  • Dünən, 19:00
    Azərbaycanda qaz istehlakçıları üçün yeni qaydalar təsdiq edilib
  • Dünən, 18:45
    "Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib
  • Dünən, 18:23
    Sabah Bakı, Saatlı və Hacıqabulun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 18:17
    Sahibə Qafarova: Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil
  • Dünən, 16:59
    İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
  • Dünən, 16:30
    Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək
  • Dünən, 16:11
    Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı (FOTO)
  • Dünən, 15:43
    Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə