• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

NEFTDƏN GƏLƏN YÜZ MİLYONLARA QURULAN ANAR ƏLİYEV TƏLƏSİ VƏ MEXANİZMİNİN SİRRİ - DETALLAR

Cəmiyyət

16-12-2025, 10:06

Azərbaycan neftindən əldə edilən gəlirləri ölkəyə daxil olmadan mənimsəmək üçün Dövlət Neft Şirkətinin sabiq rəhbəri Rövnəq Abdullayev yaxınlarından ibarət xüsusi bir şəbəkə yaradılıb. Bu şəbəkə mürəkkəb bir sxemlə Azərbaycan neft və qazının satışından əldə edilən yüz milyonlarla dollar vəsaiti özününküləşdirirlər. Dünyanın ən müxtəlif ofşor zonalarında hesablar açaraq Azərbaycan neftindən və qazından əldə edilən pulları şəxsi bizneslərindən əldə edilən gəlir kimi sənədləşdiriblər. Söhbət 5, 10, 100 milyondan yox, yüz milyonlarla dollardan gedir. Məsələn, Anar Alizadənin bir ildə rəsmi kapitalı 300 milyon dollardan çox olması mediada manştlərə daşınıb.

DUBAYDAN AMSTERDAMA UZANAN FIRILDAQ ŞƏBƏKƏSİ

Niderlandın biznes reyestr məlumatlarına görə, 25 avqust 2009-cu il tarixində Amsterdamda Heritage-UGE Coöperatief U.A. (yeni adı: Eventus-UGE Coöperatief U.A.) şirkəti təsis edilib. Şirkətin təsisçisi mərkəzi Dubayın azad ticarət zonasında yerləşən Heritage General Trading FZE (yeni adı: Eventus General Trading FZE) şirkətidir ki, bu da Anar Əlizadəyə məxsusdur. Qeyd edək ki, Heritage General Trading FZE şirkəti eyni zamanda Supra Holding Limited şirkətinin təsisçilərindən biridir. Eventus-UGE Coöperatief U.A. şirkəti SOCAR ilə birlikdə Niderlandda 5 şirkətin təsisçisidir. Bu şirkətlərdə Anar Əlizadənin payı aşağıdakı kimidir.


Agena Petroleum Holding B.V. şirkəti 23 fevral 2011-ci ildə Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə təsis olunub. Coöperatief Menkent U.A. şirkətinin səhmləri SOCAR-ın nəzarətindədir.
Türkiyə biznes reyestr məlumatlarına görə, 5 dekabr 2011-ci ildə təsis edilən SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. ortaqları arasında Agena Petroleum Holding B.V. 70% paya malikdir. Anar Əliyev və ya soyadını gah Əlizadə, yaxud da Alizadə kimi təqdim edən şəxsin adı Agena Petroleum Holding B.V. şirkətini təmsilən müşahidə şurasının üzvləri arasında qeyd olunub.

SOCAR TÜRKİYƏ ƏMƏLİYYATI

SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. nəzdində Türkiyədə yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. 19 aprel 2017-ci ildə Agena Petroleum Holding B.V. SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətindəki 70% payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır. Qeyd edək ki, 2013-cü ilin aprel ayında SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. tərəfindən SOCAR Turkey LNG Satış A.Ş. və Azoil Petrolcülük A.Ş. şirkətləri təsis edilib.

14 mart 2011-ci ildə Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə təsis edilən SOCAR Gas B.V. şirkəti isə Türkiyədə Azərbaycan qazının satışını həyata keçirən SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətinin təsisçisidir.

Belə ki, 11 sentyabr 2011-ci ildə SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkəti təsis edilmişdir. Bu şirkətdə SOCAR Gas B.V. 78.5% paya malik idi. 28.08.2017 tarixində SOCAR Gas B.V. SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətindəki 78.5% payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır.
27 iyul 2011-ci ildə Amsterdamda Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə yeni bir şirkət – SOCAR Electric B.V. (yeni adı: Eventus Energy B.V.) təsis edilib. Türkiyə biznes reyestr məlumatlarına görə, SOCAR Electric B.V. 2 sentyabr 2011-ci ildə təsis edilən SOCAR Power Enerji Yatırımları A.Ş. şirkətində 75% paya malik olmuşdur. SOCAR Power Enerji Yatırımları A.Ş. şirkətində SOCAR Electric B.V.-nin partnyoru isə hal-hazırda FETO terror qruplaşmasına üzv olduğuna görə beynəlxalq axtarışda olan Enver Taner Baltacının sahib olduğu Lotus Müteahhitlik şirkətidir. Enver Taner Baltacının SOCAR Power Enerji Yatırımları A.Ş.-də ümumi payı 24.46 % olmuşdur. 17 iyul 2013-cü ildə SOCAR Electric B.V. bu şirkətdə payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır.

https://www.ogunhaber.com/genel/feto-operasyonu-azerbaycan-da-devam-edecek-574546h.html

https://www.sabah.com.tr/guney/2017/08/24/fetonun-enerji-sevdasi

Anar Əlizadənin bu satışlardan nə qədər vəsait əldə etdiği biznes reyestr məlumatlarında qeyd olunmayıb. Ancaq Sinqapur biznes reyestr məlumatlarına görə, Eventus-UGE Coöperatief U.A. və Eventus General Trading FZE şirkətlərinin təsisçisi olan Union Grand Energy PTE ltd. şirkətinin 2017-ci ildə aktivləri 492 milyon dollar, 2018-ci ildə isə 591 milyon dollar olmuşdur.
Qeyd edək ki, Anar Əlizadənin sahib olduğu Union Grand Energy PTE Ltd.şirkətinə daxil olan şirkətlərlə bağlı araşdırmalarımız davam edir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Onunla bərabər iş tutan Anar Əlizadən isə Rövnəq Abdullayevin SOCAR-dakı təxribat və xüsusilə külli miqdarda mənimsəmə təxribatlarda iştirak etməyinə baxmayaraq hələki, Əhmədzadənin durumunda deyil.

Paytaxt.org

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

15-08-2024, 10:25

Ramin İsayevin qanunsuz əməlləri: Milyonlar necə yeyilib?

Gündəm / Cəmiyyət

13-08-2024, 09:18

Xanlar Fətiyev barəsindəki SKANDALLAR: Dövlət rəhbərliyinə vəd verib "YALANÇI" çıxdı, maaşlar gecikdirdi, "Kəpəz"i "kor" qoydu + XARİCDƏKİ BİZNESİ

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Gündəm / Cəmiyyət

22-01-2025, 10:50

“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Cəmiyyət

24-12-2024, 10:57

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR?

Cəmiyyət

24-12-2024, 15:40

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR?

Araşdırma

21-06-2022, 12:21

Əhmədzadə qardaşlarının “SOCAR Trading”dəki özəl biznesi: Şirkət yaranandan 2 ay sonra Londonda mənzil alır -İlginc faktlar üzə çıxdı

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
Dünən, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 17:46
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Bu gün, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • Bu gün, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • Bu gün, 16:19
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Bu gün, 16:09
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Bu gün, 15:46
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Bu gün, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Bu gün, 15:21
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Bu gün, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Bu gün, 14:47
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • Bu gün, 14:27
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Bu gün, 12:06
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • Bu gün, 11:39
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • Bu gün, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Bu gün, 11:22
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Bu gün, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Bu gün, 10:47
    Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
  • Bu gün, 10:31
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Bu gün, 09:45
    BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
  • Bu gün, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 09:06
    Biləsuvarda toyda bıçaqlanma olub
  • Bu gün, 08:59
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • Bu gün, 08:37
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • Dünən, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • Dünən, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • Dünən, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • Dünən, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • Dünən, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • Dünən, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
  • Dünən, 13:00
    Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
  • Dünən, 12:00
    Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
  • Dünən, 11:00
    "Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
  • Dünən, 10:30
    Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
  • Dünən, 10:00
    Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə