• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır?

Cəmiyyət

10-11-2025, 12:48

Son günlər mediada Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev haqqında ciddi iddialar işıq üzü görməkdədir. Həmin məlumatlara görə, Qubada 8 Noyabr Zəfər Günü ilə bağlı nəzərdə tutulan bayram tədbirini “Laguna Group” şirkəti keçirib. Məsələ burasındadır ki, şirkət Quba Rayon İcra Hakimiyyətinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Şirkət göstərdiyi xidmətə görə 181 580,05 manat alacaq. Kiçik araşdırma zamanı məlum olub ki, nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 102 olan şirkətin qanuni təmsilçisi Əsgərov Ramil Əsgər oğludur. Ən maraqlısı odur ki, “Laguna Group” MMC-nin hüquqi ünvanında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev özü qediyyatdadır. Ümumiyyətlə, bu tipli məlumatlar cənab Rəfiyev haqqında daha əvvəllər də yayılıb.

KONKRET.az-ın Araşdırma Qrupu bu məlumatların detallarına aydınlıq gətirib. Məlum olub ki, Yalçın Rəfiyev Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) ilk azərbaycanlı məzunlarından olub. Qeyd edək ki, antikorrupsiya tədbirləri ilə bağlı təlim keçən, qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən beynəlxalq hökumətlərarası təşkilat 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurası, INTERPOL və bir sıra digər beynəlxalq təşkilatların təşəbbüsü ilə təsis edilib.

IACA-nın əsas məqsədləri korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək, dövlət qulluqçuları, hüquq-mühafizə orqanları əməkdaşları, auditorlar, jurnalistlər və QHT nümayəndələri üçün tədris proqramları təşkil etməkdir. Araşdırmalarımızda diqqətimizi çəkən ən ilginc fakt o oldu ki, akademiyanın əsas müəllimlərindən biri olan, Yalçın Rəfiyevə dərs deyən və onunla çox isti münasibətləri olan Luis Moreno Okampo daim Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanıb. Xalqımızın qanını içməyə belə hazır olan Okampo hələ 7 avqust 2023-cü ildə bir “ekspert rəyi” ilə ölkəmizə qarşı şər və haqsız iddialar yayıb. O, Azərbaycan dövlətini Qarabağ bölgəsində ermənilərə qarşı ‎“soyqırım” törətməkdə ittiham edib və müxtəlif səviyyələrdə etdiyi çıxışlarda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması məsələsini qabardıb.

Azərbaycan diplomatiyası isə onun rəyini rədd etməklə sübut etdi ki, bu proseslər ölkənin suverenliyə qarşı yönəlmiş siyasi açıqlamadan başqa bir şey deyil. Lakin ölkəmizə qarşı qərəzli münasibət anti-Azərbaycan yönümlü digər şəxslərin də ayrı-ayrı vaxtlarda “mütəşəkkil” şəkildə hücumları ilə nəticələnirdi. Qeyd edək ki, məhz bu xidmətləri ilə o, Ermənistanda hələ də qəhrəman hesab edilir. Məhz buna görə də Moreno Okampo 2024-cü ilin yanvarında Ermənistan tərəfindən “Minnətdarlıq medalı” ilə təltif olunub. Görünən odur ki, bu təltif Azərbaycana qarşı yürüdülən insan hüquqları kampaniyalarına verilən əsas “qiymətdir”.

Bütün bu faktlar Okamponun Azərbaycanla bağlı düşmən mövqeyinin miqyasını göstərir ki, məhz bu məqam da onun dərs dediyi və yaxın münasibətdə olduğu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev haqqında başqa iddiaları da gündəmə gətirib.

Əvvəlcə qeyd edək ki, Yalçın Rəfiyev belə bir akademiyada təhsil alması ilə ölkənin dövlət idarəçiliyində şəffaflıq və etik davranış baxımından örnək ola biləcək gənc diplomat obrazı yaratmışdı. Çünki ilk baxışdan belə görünürdü ki, Avstriyanın Laksenburq şəhərində yerləşən bu akademiyanın məqsədi məhz dövlət idarəçiliyində korrupsiyanın qarşısını almaq, antikorrupsiya mexanizmləri və etik idarəetmə təcrübələrini formalaşdırmaqdır.

Lakin illər keçdikcə Rəfiyevin karyerası və onun ailəsinə məxsus kommersiya strukturları ətrafında formalaşan mənzərə “antikorrupsiya məzunu”nun tədrisdə öyrəndiyi prinsiplərlə real idarəçilik təcrübəsi arasında ciddi uyğunsuzluq yaratdı.

Qeyd edək ki, Yalçın Rəfiyev 2016-cı ildə IACA-da ikiillik magistr proqramını bitirdikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) sürətli yüksəliş trayektoriyası nümayiş etdirib. O, əvvəlcə Beynəlxalq Təhlükəsizlik İdarəsində birinci katib, daha sonra Cenevrədəki BMT bölməsində birinci katib, ardınca idarə rəisinin müavini vəzifələrinə yüksəlib. Həmçinin 2019-cu ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi alıb.

2023-cü ildə isə Prezidentin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub. Bu yüksəliş, bir tərəfdən, peşəkar bacarıq göstəricisi kimi izah oluna bilər. Lakin onun ailə və biznes əlaqələri fonunda korrupsiya riski ciddi narahatlıq doğurur. Analitik baxımdan diqqət çəkən əsas məsələ odur ki, Rəfiyevin rəsmi qeydiyyatda olduğu Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 27, mənzil 102 ünvanı bir neçə kommersiya şirkətinin də hüquqi ünvanıdır. Bu şirkətlər arasında “Laguna Group” MMC (“Laguna Travel” brendi ilə), “MY WINGS” MMC, “Aqroman” MMC adlı müəssisələr də var. Bu şirkətlərin idarəçiləri və təsisçiləri əsasən Yalçın Rəfiyevin yaxın qohumlarıdır – qardaşı Müzadil Rəfiyev və əmisi oğlu Ərtoğrul Qarayev.

Formal baxımdan bu, korrupsiya və vəzifədən sui-istifadə ittihamı yaratmır. Lakin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə görə, vəzifəli şəxsin birbaşa və ya dolayı yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozuntusu hesab edilir. Məhz bu “dolayı sahibkarlıq” elementləri Rəfiyev ailəsinin biznes strukturlarını diqqət mərkəzinə gətirir. Rəfiyevlərə aid kommersiya qurumları, xüsusən “Laguna Group” və “Aqroman” MMC dövlət sifarişləri və tenderlər vasitəsilə milyonlarla manatlıq layihələr alıb.

“Laguna Group” MMC 2023-cü ilin oktyabrında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə 134 979 manatlıq müqavilə bağlayıb (“Şuşa Simpoziumu”nun təşkili üçün). “Aqroman” MMC 2022–2023-cü illərdə eyni qurumla ümumilikdə 2,3 milyon manatdan çox dəyərində müqavilələr imzalayıb. 2023-cü ilin dekabrında isə Qarabağ İqtisadi Rayonunun Yenidənqurma Xidməti ilə 745 730 manatlıq söküntü işləri müqaviləsi əldə edib. Ümumilikdə, 3,2 milyon manat dəyərində dövlət sifarişi Rəfiyevin qeydiyyatda olduğu ünvanla əlaqəli şirkətlərə yönəlib. Bu fakt antikorrupsiya prinsipləri baxımından potensial maraqlar toqquşmasının göstəricisidir.

COP29-un baş danışıqlar aparıcısı kimi təyin olunan Yalçın Rəfiyev eyni zamanda Azərbaycanın beynəlxalq imicinin formalaşmasında əsas fiqurlardan biridir. Lakin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 12 oktyabr tarixli aktına görə, onun qardaşına məxsus “Aqroman” MMC Şuşada qanunsuz ağac kəsimi faktı ilə cərimələnib. Bu hadisə “yaşıl enerji” və “ekoloji diplomatiya” konseptinin daşıyıcısı olan Rəfiyevin rəsmi və etik mövqeyi ilə ciddi ziddiyyət yaradır. Bu hallarla bağlı nə Xarici İşlər Nazirliyi, nə də İqtisadiyyat Nazirliyi ictimaiyyətə izah verməyib. Şirkət rəhbərlərinin cavabları isə ya inkar, ya da etik normaları pozan etiraflar şəklində olub. Məsələn, Müzadil Rəfiyev etiraf edib ki, bəzən tender olmadan dövlət qurumları ilə müqavilə imzalayıb. Bu isə əlbəttə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsinə ziddir. Yəni problem artıq etik səviyyədən çıxaraq hüquqi məsuliyyət sferasına keçir.

Yalçın Rəfiyevi tanıyan hər kəs ilk nöbvədə onun Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu kimi korrupsiyanın institusional və mədəni səbəblərini ən yaxşı bilən şəxslərdən biri olduğunu düşünə bilərdi. Lakin… Onun akademiyadakı müəllimi, Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno Okampo tədbirlərin birində belə deyirdi: “Korrupsiya ilə mübarizə aparanlar onu törədənlərdən daha ləng hərəkət edirlər”.

Bu sitat Rəfiyevin öz həyat trayektoriyası fonunda simvolik məna qazanır. Çünki onun karyerası göstərir ki, Azərbaycanda institusional etik normalar fərdi uğur qarşısında bəzən aciz də qalır.

Beləliklə, Yalçın Rəfiyevin hekayəsi təkcə bir məmurun yüksəlişindən və ailə biznesindən ibarət deyil. Bu, həm də Azərbaycan dövlətinin imicinə vurulan bir zərbədir.

Təəssüflər olsun ki, Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu, COP29-un əsas diplomatı olan Yalçın Rəfiyevin ailə üzvlərinə məxsus milyonluq dövlət sifarişləri, ekoloji pozuntu ilə əlaqələndirilən şirkətlər hələ ki, heç bir araşdırmaya məruz qalmayıb.

KONKRET.az-ın Araşdırma Qrupu

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-10-2024, 15:45

BU NƏDİ BELƏ: Keniya və İtaliya İslam ölkələri kimi Şuşadakı tədbirdə təmsil olunacaq? – Müəmmalı tender

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Cəmiyyət

27-09-2024, 10:01

Xivədə 122 min manata “Şuşa günləri” keçirəcək şirkətlə nazir müavinini nə bağlayır?

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Gündəm / Siyasət

24-04-2024, 14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Gündəm / Cəmiyyət

15-10-2024, 19:57

“Rebuild Karabakh” sərgisini nazir müavinin qohumları təşkil edir – 40 min manat alacaqlar

Cəmiyyət

18-02-2025, 10:52

179 min manatlıq tenderi nazir müavininin qardaşı udub? - SƏNƏDLƏR

Gündəm

15-08-2023, 10:14

Bahar Muradovanın 10 milyonluq tədbirləri və reallıq – Büdcə pullarını havaya sovurmaq kimə lazımdır?

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Dünən, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Dünən, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Dünən, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Dünən, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Dünən, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Dünən, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Dünən, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Dünən, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • 24-10-2026, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • 24-10-2026, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • 24-10-2026, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • 24-10-2026, 16:14
    Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir - VİDEO
  • 24-10-2026, 15:59
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • 24-10-2026, 15:38
    “Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
  • 24-10-2026, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • 24-10-2026, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • 24-10-2026, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • 24-10-2026, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • 24-10-2026, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • 24-10-2026, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • 24-10-2026, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • 24-10-2026, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • 24-10-2026, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • 24-10-2026, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • 24-10-2026, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • 23-10-2026, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • 23-10-2026, 18:30
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • 23-10-2026, 18:11
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • 23-10-2026, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • 23-10-2026, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə