• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ - NARAZILIQ VAR...

Cəmiyyət

10-11-2025, 12:22

Ukraynada fəaliyyət göstərən Avqustin Voloşin adına Karpat Universitetinin məzunu olan Azərbaycan vətəndaşı Səfərov Pərviz Arzuman oğlu dörd ildən artıqdır ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) təqdim etdiyi diplomun tanınması üçün cavab gözləyir. Müraciətinə uzun müddət rəsmi münasibət bildirilməməsi, eyni zamanda agentlik əməkdaşları tərəfindən etik davranış normalarına zidd halların baş verməsi ilə bağlı iddialar redaksiyamıza daxil olub. Məlumata görə, diplomun tanınması prosesi məqsədli şəkildə yubadılır və bu da vətəndaşın həm peşə, həm də şəxsi həyatında ciddi çətinliklərə yol açır. Məsələ ilə bağlı TKTA rəhbərliyinə ünvanlanan sualların yalnız bir qismi cavablandırılsa da, bir çox məqam hələ də açıq qalır. Bu səbəbdən, ictimaiyyətin məlumatlandırılması və şəffaflığın təmin olunması məqsədilə məsələyə yenidən qayıtmağa ehtiyac yaranıb.


SUAL: 2020–2025-ci illər arasında TKTA-ya xaricdə təhsil alan vətəndaşlar tərəfindən təqdim olunan neçə müraciət tanınıb, neçə müraciət rədd edilib?

CAVAB: 01.01.2020 - 06.11.2025-ci il tarixləri üzrə 26366 müraciətçinin 21821-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 4545 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

SUAL: Tanınma ilə bağlı təqdim edilən sənədlərin yoxlanması və qərar verilməsi üçün qanunla müəyyən edilmiş müddət nə qədərdir və bu müddət hansı hallarda uzadıla bilər?

CAVAB: Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.4-cü bəndində qeyd edilən sənədlər “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. Sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara və təhsil müəssisələrinə sorğuların göndərilməsindən və digər məsələlərdən asılı olaraq, sənədlərin icra müddəti dəyişə bilər.

SUAL: Müəyyən xarici ali təhsil müəssisələrinin diplomlarının tanınmamasına dair konkret meyarlar varmı? Varsa, bu meyarlar ictimaiyyətə açıqlanıbmı?

CAVAB: Xarici kvalifikasiyaların ölkə ərazisində tanınması üçün yuxarıda sözügedən Qaydaların 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması mütləqdir. Həmin tələblər ali təhsil müəssisəslərinə münasibətdə dəyişmir.

SUAL: Tanınma prosesi zamanı vətəndaşlara sənədlərlə bağlı irad və ya əlavə tələb məktubla bildirilirmi? Əgər bildirilirsə, bu yazılı şəkildəmi həyata keçirilir?

CAVAB: Tanınma prosesi zamanı çatışmayan sənədlərlə bağlı müraciətçilərə şəxsi kabinetləri vasitəsilə məlumat verilir və həmin sənədlər yalnız elektron şəkildə qəbul edilir.

SUAL: TKTA əməkdaşlarının etik davranış qaydalarını pozduğu hallar aşkarlanarsa, bu barədə hansı daxili prosedurlar işə düşür?

CAVAB: Qeyd olunan hallar baş verdiyi təqdirdə mövcud qanunvericiliyə və Agentliyin Nizamnaməsinə uyğun olaraq tədbirlər həyata keçirilir.

SUAL: Agentlik daxilində tanınma prosesi zamanı şəffaflığı təmin etmək məqsədilə hər hansı monitorinq və ya audit aparılırmı?

CAVAB: Bəli, Agentliyin müvafiq struktur bölmələri tərəfindən bu fəaliyyət həyata keçirilir.

SUAL: Avqustin Voloşin adına Karpat Universitetinin diplomları ilə bağlı xüsusi araşdırma və ya hüquqi əsaslı istisna tətbiq edilirmi?

CAVAB: Xeyr, qeyd olunduğu kimi, Qaydaların 4-cü bölməsində qeyd olunan tələbləri tam qarşılamayan müraciətçilərin xarici kvalifikasiyalarının tanınmasından imtina edilir.

SUAL: Diplom tanınmasından imtina edilən şəxslərə əsaslandırılmış rəsmi cavab təqdim olunurmu? Əgər olunmursa, səbəbi nədir?

CAVAB: Kvalifikasiyalarının tanınmasından imtina edilən müraciətçilərə şəxsi kabinetləri vasitəsilə elektron qaydada imzalanmış inzibati akt təqdim olunur.

SUAL: TKTA-nın fəaliyyətinə ictimai nəzarət necə həyata keçirilir və vətəndaşların müraciətləri üzrə statistik məlumatlar nə qədər şəffaflıqla paylaşılır

CAVAB: TKTA öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında həyata keçirir. Belə ki, Agentliyin fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi olaraq media üçün açıqlamalar və brifinqlər vasitəsilə cəmiyyətimizə çatdırılır, həmçinin rüblük və illik əsasda elektron bülleten və illik hesabat formatında TKTA-nın rəsmi internet səhifəsində ictimaiyyət üçün açıq şəkildə paylaşır. Həmçinin aylıq əsasda vətəndaşlar tərəfindən edilən müraciətlərin statistikası barədə məlumatlar da ictimaiyyət üçün paylaşılır.

Qeyd: Digər suallara cavab olaraq bildiririk ki, qeyd edilən məlumatların təqdim edilməsi yalnız məhkəmənin rəsmi sorğusu əsasında təqdim edilə bilər.

Redaksiya tərəfindən verilən sullar isə tam olaraq bunlardır:

1. 2020–2025-ci illər arasında TKTA-ya xaricdə təhsil alan vətəndaşlar tərəfindən təqdim olunan neçə müraciət tanınıb, neçə müraciət rədd edilib?
2. Tanınma ilə bağlı təqdim edilən sənədlərin yoxlanması və qərar verilməsi üçün qanunla müəyyən edilmiş müddət nə qədərdir və bu müddət hansı hallarda uzadıla bilər?
3. Müəyyən xarici ali təhsil müəssisələrinin diplomlarının tanınmamasına dair konkret meyarlar varmı? Varsa, bu meyarlar ictimaiyyətə açıqlanıbmı?4. Tanınma prosesi zamanı vətəndaşlara sənədlərlə bağlı irad və ya əlavə tələb məktubla bildirilirmi? Əgər bildirilirsə, bu yazılı şəkildəmi həyata keçirilir?
5. Müraciət edən şəxsin diplomunun tanınması prosesi gecikərsə, vətəndaş hansı instansiyaya şikayət edə bilər?
6. TKTA əməkdaşlarının etik davranış qaydalarını pozduğu hallar aşkarlanarsa, bu barədə hansı daxili prosedurlar işə düşür?

7. Şəhid ailəsinə qarşı etiq davranışda TKTA sədri onun anasının üzünə sillə vuraraq “get, narahat olma, sənə kömək edəcəyəm” deyibmi?
8. Şillə vurulması iddiasına qarşı həmin günün vətəndaş qəbulu zamanı görüntüləri cəmiyyətə təqdim edə bilərsizmi?9. Agentlik daxilində tanınma prosesi zamanı şəffaflığı təmin etmək məqsədilə hər hansı monitorinq və ya audit aparılırmı?
10. Avqustin Voloşin adına Karpat Universitetinin diplomları ilə bağlı xüsusi araşdırma və ya hüquqi əsaslı istisna tətbiq edilirmi?
11. Diplom tanınmasından imtina edilən şəxslərə əsaslandırılmış rəsmi cavab təqdim olunurmu? Əgər olunmursa, səbəbi nədir?
12. TKTA-nın fəaliyyətinə ictimai nəzarət necə həyata keçirilir və vətəndaşların müraciətləri üzrə statistik məlumatlar nə qədər şəffaflıqla paylaşılır?
13. TKTA fəaliyət dövründə heç olub ki, birinci instansiya məhkəməsində Azərbaycan Respublikasının adından çıxan qərara etimad göstərilərək apelyasiya şikayəti verməsin?
14. Şəffaflığın təmin edilməsi məqsədi ilə vətəndaş qəbulu zamanı aparılmış video audio çəkilişi təqdim edə bilərsinizmi?
15. Vətəndaşın qəbulu zamanı TƏCİLİ TİBBİ YARDIMA zəng edilmiş və binaya təcili tibbi yardımın əməkdaşları gəlmişdir həmin anın videolarını təqdim edə bilərsinizmi?
Qanunvericiliyin tələblərinə uyğun suallar tərəfimizdən aidiyyatı quruma verilməsinə baxmayaraq tam dolğun məlumat verilməsi yenədə təmin edilməmişdir. Qeyd edək ki, ictimaiyyət daim tam dolğun məlumat istəyir. Vətəndaşın iddialarının yanlış olub olmamasını müəyyən edən amilləriaçıqlamaq qurumun vəzifə borclarından hesab edilir. Dəfələrlə ölkə rəhbəri çıxışlarında medianın suallarına tam dolğun məlumat verilməlidir ismarıcı bu gün verilən cavabdanda məlum olur ki Təhsil qurumlarımızda diqqətsizliklə qarşılanmaqdadır.

26.10.2025-ci il tarixindən gözlədiyimiz sorğumuza verilən yarımçıq cavablar heçdə dərc edilən çikayətə aydınlıq gətirilməsinə yardım etmədi. Vətəndaşın iddiaları iddia olaraq qalmaqda davam edir.

1. Şəhid ailəsinə qarşı etiq davranışda TKTA sədri onun anasının üzünə sillə vuraraq “get, narahat olma, sənə kömək edəcəyəm” deyibmi?
2. Şillə vurulması iddiasına qarşı həmin günün vətəndaş qəbulu zamanı görüntüləri cəmiyyətə təqdim edə bilərsizmi?
3. TKTA fəaliyət dövründə heç olub ki, birinci instansiya məhkəməsində Azərbaycan Respublikasının adından çıxan qərara etimad göstərilərək apelyasiya şikayəti verməsin?
4. Şəffaflığın təmin edilməsi məqsədi ilə vətəndaş qəbulu zamanı aparılmış video audio çəkilişi təqdim edə bilərsinizmi?
5. Vətəndaşın qəbulu zamanı TƏCİLİ TİBBİ YARDIMA zəng edilmiş və binaya təcili tibbi yardımın əməkdaşları gəlmişdir həmin anın videolarını təqdim edə bilərsinizmi?
DİA,AZ

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Təhsil

8-11-2025, 16:30

Vətəndaş İDDİALARINA TKTA yarımçıq cavab

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Təhsil

27-10-2025, 12:36

Diplomu tanınmayan hərbçi: “TKTA mənə qarşı qərəzli münasibət göstərir”

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

22-10-2024, 15:22

“MTN işi” üzrə zərərçəkən Nərimanov İcra Şöbəsini məhkəməyə verdi –yarım milyon manat kimin cibindədir?

Gündəm / Cəmiyyət

25-11-2024, 14:56

Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı

Siyasət

21-06-2025, 15:36

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Dünən, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Bu gün, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Bu gün, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Bu gün, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Bu gün, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Bu gün, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Bu gün, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Bu gün, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Bu gün, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Bu gün, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Bu gün, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Bu gün, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Bu gün, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Bu gün, 01:21
    Azərbaycanda Anım Günüdür
  • Dünən, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • Dünən, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • Dünən, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • Dünən, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • Dünən, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • Dünən, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • Dünən, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • Dünən, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • Dünən, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • Dünən, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • Dünən, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • Dünən, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • Dünən, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • Dünən, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • Dünən, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • Dünən, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • Dünən, 12:10
    Laçında traktor minaya düşüb
  • Dünən, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • Dünən, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • Dünən, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • Dünən, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə