• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

Cəmiyyət

10-10-2025, 13:04

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri üzrə 30.07.2025-ci il tarixdə başlanılmış açıq tender sorğusunda “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin təchizatçı ilə 8.095.862,39 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmalarının vahid internet portalında 09.10.2025-ci ildə dərc edilib.

Satınalmaların vahid portalında 07.10.2025-ci ildə dərc edilmiş məlumata görə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 25.08.2025-cü il tarixində “Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri və abadlıq” işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş tenderdə “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin təchizatçı ilə 8.777.208,62 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi iki gün fərqlə “S.H. İNŞAAT XİDMƏTİ” MMC-ni ümumi dəyəri 17 milyon manata yaxın olan iki tenderin qalibi seçib.

Maraqlıdır ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 25.08.2025-cü ildə başladığı satınalmada daim işbirliyində olduğu “TURAN.İ.O.” MMC və “MEQAPLUS” FİRMASI “-nı Dövlət Satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci ( təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;) maddəsinə əsasən kənarlaşdarıb.

Buradan sual yaranır. “MEQAPLUS” FİRMASI “təchizatçı və (və ya) subpodratçı olaraq uyğunluq göstəricilərinə cavab vermirsə cəmi ay yarım əvvəl, daha dəqiqi 21.08.2025-ci ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsasli Tikinti Və Təchizat İdarəsi analoji iş üzrə Sumqayıt şəhər 21 nömrəli 1176 şagird yerlik məktəbin əsaslı təmiri işlərinin satınalınmasına dair 4.434.254,38 manat dəyərində müqaviləni sözügedən şirkətlə hansı əsalarla bağlayıb.

Eyni zamanda respublika üzrə bir sıra təhsil müəssisələrinin abadlıq, təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə 19.12.2024-cü ildə 4.407.573,97 manat dəyərində satınalma müqaviləsi “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hansı əsalarla bağlanılıb?

Qeyd edək ki, bunlar Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan ilk satınalma müqavilələri deyil. “Qarabağ Universitetinin Klinikası”PHŞ-nin Tədris və Klinika binalarının mebel-inventar, avadanlıqlar və laboratoriyalarla təchizatı üzrə 9.000.000 manat, Qarabağ Universitetinin Klinikası” PHŞ-nin Klinika binasının cari və Tədris binasının əsaslı təmir işləri üzrə 9.000.000 manat dəyərində bir mənbədən satınalma metodu ilə iki müqavilə 13.05.2025-ci ildə bağlanılıb.

Respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə 3.492.100,54 manat dəyərində bir müqavilə 18.10.2024-cü ildə, respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə bir müqavilə də 06.02.2024-cü ildə bağlanılıb ki, dəyəri 7.795.545,18 manat təşkil edib.

Ümumilikdə isə 2022-ci ilin dekabrından 2023-cü ilin dekabr ayına qədər tərəflər arasında ümumi dəyəri 25 milyon manatdan çox 14 satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti daim işbirliyindədirlər Bəs gəlin görək bu şirkət haqqında aşıq mənbələrdə nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “S.H. İNŞAAT XİDMƏTİ” (VÖEN: 1302481541) Məhdud Məsuliyyətli Cəmiyyətin 05.05.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MƏTBUAT PR. , ev.24, MƏHƏLLƏ 540, m.11, qanuni təmsilçisi kimi isə Heydərov Səməd İsmayıl oğlu qeyd olunub. Vergi öhdəlikləri üzrə 2011-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfəılərlə maliyyə sanksiyası tətbiq edilmişdir.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “S.H. İNŞAAT XİDMƏTİ” MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

Açıq mənbələrdə “S.H. İNŞAAT XİDMƏTİ” MMC -nin barəsində olan rəsmi məlumatlar bu qəsdərdir. Amma şirkətin qalib olduğu tenderlər barədə kifayət qədər geniş məlumatlar var. Şirkətin adı daha çox Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin keçirdiyi şübhəli satınalmalada hallanır. Məsələn qeyd edilir ki, “respublikanın bir sıra təhsil müəssisələri”ndə təmir işləri adı altında keçirilən satınalmalarda hansısa səbəblərdən təmir işləri aparılan və ya aparılacaq “bir sıra təhsil müəssisələri”nin adını açıqlamır. Satınalmalarda təmir ediləcək təhsil müəssisələrinin adlarının açıqlanması, müsabiqələrdə eyni şirkətlərin qalib gəlməsi keçirilən tenderlərin şəffaflığı ilə bağlı müəyyən şübhələrə yol açır.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.(aktualinfo.org)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-12-2024, 08:59

“RRM TƏMİR-TİKİNTİ” nazirliyin tenderlərini cüt-cüt udur - BU NƏDİ BELƏ?..

Cəmiyyət

8-01-2025, 15:18

SOCAR İnsan Resursları Portalında NONSENS!!! -"Bu nə absurd bir vakansiya tərtibatıdır?"

Cəmiyyət

16-01-2025, 12:57

Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?

Təhsil

4-04-2025, 01:23

Məktəbdə təmir başlayıb, daha sonra 4,6 milyonluq tender elan olunub?

Cəmiyyət

30-01-2025, 12:53

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə işbirliyindən Adil Kərimlinin xəbəri varmı

Gündəm / Cəmiyyət

2-07-2025, 12:10

Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Cəmiyyət

17-12-2024, 12:20

“Naxçıvan Yol Təchizat” MMC-də qanunun tələblərinə niyə əməl edilmir - İTTİHAM VAR...

Gündəm / Ölkə

4-09-2025, 17:52

Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə

Gündəm / Cəmiyyət

27-12-2024, 18:53

Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmirinə ayrılacaq vəsait məlum olub

Cəmiyyət

12-06-2025, 17:07

SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır

Cəmiyyət

20-09-2024, 15:30

BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...

Cəmiyyət

21-02-2025, 11:28

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
29-08-2026, 18:00
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
29-08-2026, 17:35
Goranboyda yol qəzası - Yaralılar var
29-08-2026, 17:30
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
29-08-2026, 11:01
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
Xəbər lenti
  • Dünən, 19:00
    Ərdoğanla Putinin görüşü keçirilir
  • Dünən, 18:32
    Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib
  • Dünən, 18:15
    İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
  • Dünən, 17:55
    Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb
  • Dünən, 17:34
    Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
  • Dünən, 17:08
    Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH
  • Dünən, 16:57
    "Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
  • Dünən, 16:20
    Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var
  • Dünən, 16:03
    İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
  • Dünən, 15:43
    Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib
  • Dünən, 15:30
    Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
  • Dünən, 15:28
    Yasamalda yaşayış binasının dibində “bas-tik” kampaniyası: İcra başçısı bu qazıntıya NİYƏ göz yumur?
  • Dünən, 15:06
    Kino Agentliyi 3 illik auditor seçib
  • Dünən, 15:00
    "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
  • Dünən, 14:36
    Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
  • Dünən, 14:28
    Ağacların dibinə beton tökülür? – Nizami rayonundan şok görüntü - VİDEO
  • Dünən, 14:13
    Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB
  • Dünən, 13:08
    Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
  • Dünən, 12:51
    Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • Dünən, 12:40
    Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
  • Dünən, 12:18
    Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb
  • Dünən, 12:05
    Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
  • Dünən, 11:35
    İlham Əliyev Peter Pelleqrinini təbrik edib
  • Dünən, 11:24
    'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
  • Dünən, 10:48
    Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 10:33
    Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
  • Dünən, 10:24
    Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
  • Dünən, 10:11
    İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
  • Dünən, 10:00
    Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
  • Dünən, 09:40
    Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 09:27
    Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 09:04
    Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
  • 31-08-2026, 19:05
    “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
  • 31-08-2026, 18:39
    Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb
  • 31-08-2026, 18:18
    Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə