• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Misli” futbolumuza nə verib, nə alır? - Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" -İLGİNC

Cəmiyyət

19-08-2025, 12:06

Azərbaycan Premyer Liqasının sponsoru yenə "Azərlotereya"nın “Misli” brendi olub...

Mərc oyunlarını keçirənlərlə yeni futbol mövsümü üçün sponsor müqaviləsi bağlanıb.

Beləliklə, bu mövsüm Premyer Liqa yenə "Misli"nin titul adıyla yanaşı yazılacaq.

Bu istiqmətdə mia.az olaraq araşdırmalarımıza görə, əslində, mövsüm bitəndə sponsor müqaviləsi də yekunlaşmışdı və bəzi iddialara görə, "Misli" Premyer Liqadan çəkiləcəkdi.

PFL ilə Misli arasında sponsorluğun davamına dair müqavilə isə fərqli düşüncədə olanların romantikasını bitirdi.

Ölkədə qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan "Azərlotereya"nın bəzi əməkdaşları hazırda AFFA-da müxtəlif vəzifələrdə təmsil olunur və belə halda futbolun mərc oyunlarından kənarda mövcud olduğunu düşünmək saflıq olardı. Bizimçün maraqlı olansa “Misli”nin futboldan nə qazandığı yox, futbolumuzun onlardan qazancının nədən ibarət olduğudu.

Müqavilə şərtləri tam açıqlanmasa da, yayılan məlumatlarda “Misli”nin təkcə futbolun yox, ümumilikdə ölkənin idman həyatında əhəmiyyəti vurğulanır. Bildirilir ki, “Misli” futbolumuzun tərəqqisi naminə önəmli layihələrin icrasında yaxından iştirak edir. Hansı tərəqqi və hansı layihələr, məlum deyil.

Bəlkə fan klublara dəstəkdən gedir söhbət? Bəlkə oyunlardan öncə fan zonaların təşkili? Ya bəlkə daha böyük işlər, məsələn, region futbol akademiyalarının fəaliyyətinə dəstək? Stadionların süni ot örtüyü probleminin həllinə yardım? Futbol mütəxəssislərinin beynəlxalq təcrübəsinin maliyyələşdirilməsi? Nə də axı?

“Misli”nin Azərbaycan Premyer Liqasına sponsorluğu ölkə futbolunun inkişafı və populyar olması üçün əhəmiyyətli imiş. Mən nə vaxtdı, bu populyarlıq və inkişaf sözünün arasındakı məntiqin arxasıyca düşmüşəm və “Misli” mərc oyunları platformasından o yana gedə bilmirəm. Futbolumuz “Misli” sayəsindəmi populyar olub?

Premyer Liqada 4 mövsümdü ki, gözümüzü “Misli” sözü bəzəyir. Yenə verdikləri vəsait sanballı olsaydı, adamda bu qədər təəccüb yaratmazdı. “Misli” ilə futbola maraq necə artdı axı, bəlkə mən avam adamam, bunları anlamıram? Yaxud hansı layihələrlə “Misli” azarkeşlərin diqqətini cəlb edib? Kommersiya baxımından futbola dəyərindən heç danışmayaq, lütfən. Premyer Liqa klubları hərə öz başını saxlayır.

“Misli”nin PL-da davamlı sponsorluğu elə-belə məsələ deyil. Bu, uzunmüddətli, dayanıqlı dəstəkdi. Amma kimin və nəyin üçün? Kağızda yazılanlara görə, ortada qazanan Azərbaycan futboludur. Onun dayanıqlı inkişafıdı. Bu inkişafı kim harada görsə, mənə də xəbər eləsin, zəhmət olmasa. Sizi bilmirəm, mən “Misli”nin indiyə qədər futbolumuzun geniş auditoriyaya çıxarılması, azarkeşlərlə əlaqələr, PL-da rəqabət qabiliyyətinin artırılması sahəsindəki fəaliyyətinə dair açıq internet resurslarda heç bir təsdiqləyici məlumata rast gəlməmişəm. Belə mühüm, vacib məsələlər bəlkə, əlaltından edilir? Göz dəyməsin deyə?

İnsafən, “Misli” media ilə əməkdaşlıq edir. Yəni, bəzi içtimai tədbirlərdən, o cümlədən, yarışların birbaşa yayımından biz çox faydalanırıq.

Vəssalam.

Bundan ötrü o boyda Premyer Liqanın adının yanında titula dönmək lazımdı? (Mia.az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

16-04-2025, 18:22

“Azərlotereya“nın cəmi 118 min manatlıq sponsorluq oyunu... -İLGİNC FAKTLAR

Gündəm / İdman

2-05-2025, 09:30

Premyer Liqa: XXXIII turun açılış oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq

İdman

22-11-2024, 09:35

Premyer Liqada XIV tura bu gün start veriləcək

İdman

19-02-2025, 17:18

Bu yolun təmirinə 1,5 milyon manat ayrıldı - Sərəncam

İdman

14-03-2025, 09:20

Premyer Liqa: XXVII turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək

İdman

17-08-2025, 10:30

Premyer Liqa: Bu gün I turun növbəti oyunu keçiriləcək

İdman

21-12-2024, 09:31

Premyer Liqa: Bu gün daha iki oyun baş tutacaq

İdman

19-12-2024, 09:26

"Qarabağ" təxirə salınmış oyunda "Şamaxı" ilə üz-üzə gələcək

Cəmiyyət

24-05-2024, 00:06

""Azərlotoreya" ASC-nin Azərbaycan xalqını aldatması ilə bağlı şok iddiallar"

İdman

15-08-2025, 09:25

Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün start verilir

İdman

29-08-2022, 14:57

PFL-də bu şöbə ləğv olundu, yeni departament yaradıldı

İdman

12-04-2025, 09:31

Premyer Liqa: "Turan Tovuz" "Sabah"ı, "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Bu gün, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Bu gün, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Bu gün, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Bu gün, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Bu gün, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Bu gün, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Dünən, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Dünən, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Dünən, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Dünən, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Dünən, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Dünən, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Dünən, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə