• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Füzuli DAİM-i uçuruma aparan cütlük

Cəmiyyət

9-08-2025, 17:36

Qurumun Orxan Xanlarov və Novruz adlı işçilərini nazir Məcnun Məmmədov zərərsizləşdirə biləcəkmi? 

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması ilə bağlı mühüm tapşırıqlar qoyulub. Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. 
Son illər ərzində aqrar sahədə əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatların bir istiqaməti Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) fəaliyyəti ilə bağlı olub. Belə ki, aparılan institusional islahatlar nəticəsində kənd təsərrüfatı idarələri əsasında Dövlət  Aqrar İnkişaf Mərkəzləri yaradılıb, yeni qurum xidmət strukturu kimi fəaliyyət göstərməyə başlayıb. Artıq DAİM-lər aqrar sahədə çalışan insanlara zəruri xidmətlərin göstərildiyi Mərkəz rolunu oynamaqdadır. Hazırda Mərkəzlər fermerlərə yaxınlıq prinsipi əsasında öz fəaliyyətini qurub və 70-dən artıq xidmətin göstərilməsini təmin edir.
Qeyd edək ki, DAİM-lər rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətə xüsusi diqqət yetirməlidirlər. Lakin buna baxmayaraq bəzi rayonlarda fəaliyyət göstərən DAİM-lər öz fəaliyyətlərini qanunların tələbinə uyğun şəkildə qurmurlar. Bu barədə mediaya müraciətlə çıxış edən sahibkar, fermer Ruslan Novruzov Füzuli rayon DAİM-in bəzi məsul şəxslərinin özbaşına fəaliyyətlərindən şikayətini dilə gətirib. Fermerin sözlərinə görə, Füzuli DAİM-in iki məsul şəxsi-Orxan Xanlarov və Füzuli rayon Dilağarda kənd sakini Novruz adlı şəxs onun Füzuli rayonunda fəaliyyət göstərən fermer təsərrüfatının inkişafına əməlli-başlı maneə törətməklə məşğuldur: “Bu adam, yəni Orxan Xanlarov mənim şəxsi təsərrüfatımda çoban işləyən Səfiyarlı Fərhad Qubad oğlu və bibisi oğlu İntiqam Həsənovla (hazırda şərti olaraq azadlıqdadır- R.N) birlikdə mənim çobanımı ələ alaraq təsərrüfatımdan 50 baş ana qoyun, 70 baş çəpiş (ana keçi) və 100 baş yeni doğulan quzumu mənim fermamdan oğurlayıb özəlləşdiriblər. Baş vermis hadisə ilə bağlı bütün sübutları və şikayətimi Füzuli Rayon Polis Şöbəsinə etmişəm. Hazırda iş Füzuli rayon Prokurorluğunda araşdırılır. Mən hüquq-mühafizə orqanlarımıza tam güvənirəm. Bilirəm ki, günahı olanlar qanunlarımız çərçivəsində cəzalandırılacaq. Məni ən çox narahat edən Orxan Xanlarovun əndazəyə və qanuna sığmayan hədələridir. Bu adam Novruz adlı iş yoldaşı ilə əl-ələ verərək Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzini uçuruma aparır. Yoxlama təyin olunsun, gəlib bu mərkəzin fəaliyyətini araşdırsınlar. Adını çəkdiyim şəxslər dövlət büdcəsini talamaqla məşğuldur. Füzulidə fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən tapşırıqlara qətiyyən əməl edilmir. Orxan və Novruz özlərini toxunulmaz hesab edirlər”. 
Narazı sahibkar bildirir ki, Orxan Xanlarov hər vəchdə ona hədə-qorxu gələrək sahibi olduğu torpaq sahələrini onun əlindən alacağı ilə hədələyir: “Mən evimdə rahat yata bilmirəm. Bütün əsəblərim pozulub. Orxan Xanlarov deyir ki, get şikayətini geri götür, saytlara müraciət etmə, yoxsa sənin torpaqlarını əlindən alıb şəhid ailələrinə verəcəm, səni məhkəmələrdə süründərəcəm. Sual edirəm, o, qanuni sənədlə mənə məxsus olan torpaq sahələrini necə əlimdən ala bilər? Füzuli rayonunda əkinə yararlı torpaqların böyük hissəsi bu adamlar tərəfindən qeyri-qanuni şəkildə zəbt edilib. Həmçinin Orxan Xanlarov özü Füzuli DAİM-in işçisi olduğu halda camaata məxsus torpaq sahələrini icarəyə götürərək əkin-biçinlə məşğuldur. Hamımız bilirik ki, dövlət torpaqları icarəyə verilə bilməz. Orxan Xanlarov mənim çobanımla əlbir olub təsərrüfatımı talamaqla kifayətlənmir, üstəlik çobana deyir ki,  mənim adımı çəkmə, səni prokurorluqdan qurtaracam. Deyir ki, pulum çoxdur, Ruslan kimiləri pul ilə alaram. Orxan Xanlarov müdiri sayılan Novruzun heyvanlarını öz fermasında saxlayır və lazım olanda onun da adından istifadə edir. Yəni Orxana Novruz himayadarlıq edir. Deməli, Orxan Xanlarov indiyə qədər bu tip işlərlə məşğul olub. Mən kənd təsərrüfatı naziri Məcnun Məmmədov cənablarına elektron müraciət etmişəm. Onun qəbuluna düşüb hər şeyi ona danışacam. Orxan Xanlarov və Novruz kimi işçilərin fəaliyyətini araşdırıb onları cəzalandırmaq lazımdır. Mən mətbuat vasitəsilə daxili işlər naziri cənab Vilayət Eyvazovdan, baş prokuror Kamran Əliyevdən, Füzuli rayonunun icra başçısı Alı Alıyevdən kömək istəyirəm. Xahiş edirəm günahkarlar layiq olduqları cəzanı alsınlar”. (Gundelikxeber.org)
Mövzu ilə bağlı qarşı tərəfləri də dinləməyə hazırıq. 


Füzuli DAİM-i uçuruma aparan cütlük

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

15-07-2022, 19:09

Azərbaycan və Litva kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Cəmiyyət

24-10-2023, 11:29

Aqrar Xidmətlər Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR?

Sosial / Ölkə

21-09-2023, 10:20

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyin tenderi ləğv edildi

Cəmiyyət

9-12-2024, 12:09

Məcnun Məmmədov vətəndaşları qəbul edəcək

İqtisadiyyat / Sosial

8-09-2023, 14:10

Azərbaycan FAO ilə “ağıllı kənd”lərin yaradılması istiqamətində əməkdaşlığa hazırdır - FOTOLAR

Cəmiyyət

13-12-2024, 09:58

Nazir müavini vətəndaşları qəbul edəcək

Dünya

14-04-2025, 17:52

Nazir Tovuzda vətəndaşları qəbul edəcək

Siyasət

20-04-2024, 00:46

Verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir

Cəmiyyət

19-04-2024, 15:11

Verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir

Cəmiyyət

19-10-2024, 15:50

İLGİNC: Naxçıvanda aqrar sahə ilə bağlı müzakirələrə nazir əvəzi buraxılmadı – ŞOK SƏBƏB

Araşdırma
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Hadisə
Bu gün, 12:46
Gəncədə 29 yaşlı kişi bıçaqlandı
Dünən, 16:09
53 yaşlı qadın göldə boğuldu
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
Xəbər lenti
  • Bu gün, 17:19
    "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
  • Bu gün, 17:10
    Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - Video
  • Bu gün, 16:32
    Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
  • Bu gün, 16:25
    Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur - 4 ildə 44 milyon manat...
  • Bu gün, 16:03
    Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
  • Bu gün, 15:53
    Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO
  • Bu gün, 15:19
    "Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq
  • Bu gün, 15:07
    Türk Yurdu Naxçıvanda Türkmən Zirvəsi! - Türk Yurdu Nahçıvan’da Türkmen Zirvesi! FOTOLAR
  • Bu gün, 15:06
    İlqar Bayramlı Fatma Çandırovanı yola saldı - Emin yeni direktor ola biləcəkmi?
  • Bu gün, 14:53
    Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
  • Bu gün, 14:37
    Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir
  • Bu gün, 13:15
    AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
  • Bu gün, 13:01
    Sabah Bakıda 35 dərəcə isti olacaq
  • Bu gün, 12:46
    Gəncədə 29 yaşlı kişi bıçaqlandı
  • Bu gün, 12:17
    Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
  • Bu gün, 11:57
    Nazirlikdən avtomobillərini nizamsız park edənlərə - Müraciət - Video
  • Bu gün, 11:37
    Ukrayna Rusiyadakı "Lukoyl-Nijeqorodnefteorqsintez" NEZ-ə zərbə endirib
  • Bu gün, 11:25
    Nizami Tibb Mərkəzində Nələr Baş Verir? –Baş Həkimin Özbaşınalığı və İşgəncə İddiaları
  • Bu gün, 10:47
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
  • Bu gün, 10:38
    Gəncə Dövlət Universiteti "tilsimə düşüb": rektora DUR deyən yoxdur -PREZİDENTƏ MÜRACİƏT
  • Bu gün, 10:23
    Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
  • Bu gün, 09:45
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
  • Bu gün, 09:19
    "Brent"in qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
  • Bu gün, 09:09
    İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
  • Bu gün, 01:24
    2 İyul – Dövlətçiliyin keşikçisi, xalqın təhlükəsizlik qalası: Azərbaycan Polisi
  • Dünən, 20:09
    İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
  • Dünən, 18:00
    “AnewZ” Fransanın Afrikadakı təsirinin azalmasına dair film hazırlayıb - Video
  • Dünən, 17:30
    Bakıda musiqiçini maşın vurub öldürdü
  • Dünən, 17:08
    Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
  • Dünən, 16:58
    Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib
  • Dünən, 16:53
    Anar Əliyevin “qənaəti“ - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
  • Dünən, 16:24
    DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
  • Dünən, 16:09
    53 yaşlı qadın göldə boğuldu
  • Dünən, 15:44
    Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 15:28
    Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib - 1 milyon manatlıq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə