• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qusar Mərkəzi Xəstəxanasından Şikayət-Kamil Hacıyev və həyat yoldaşı İlhamə Hacıyeva……

Cəmiyyət

16-07-2025, 18:27

Qasımova Hafizə Abumüslüm qızı (Qusar, Z.Əliyeva, 141 – “Qusar RMX” PHŞ-nin Maliyyə şöbəsinin hesabtarlıq bölməsinin keçmiş müdiri), Mədatov Elxan Ələddin oğlu (Qusar rayonu Samur qəsəbəsi, “Qusar RMX” PHŞ-nin mühafizəçisi işləmiş), Mirzəqəyeva Flora Ənvər qızı (Qusar, E.İbrahimova, 103, “Qusar RMX” PHŞ-nin anbar bölməsinin müdiri işləmiş), Tayıbova Ulduz Mehyyədin qızı (Qusar, F.Musayev, 106, “Qusar RMX” PHŞ-nin qeydiyyatçısı işləmiş), Valixanlı Sima Hacımət qızı (Qusar, CCK, 10, “Qusar RMX” PHŞ-nin doğum və ginekologiya şöbəsində mama işləmiş), Əliyev Vüsal Əhliman oğlu Qusar, Z.Əliyeva, 96/29, ünanında yaşayan vətəndaşlar tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin icraçı direktoru Vüqar Qurbanova, Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova, Şabran rayon prokurorluğuna, Qusar rayon prokurorluğuna və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Qusar rayon şöbəsinə müraciət edirlər:

“Cənab Prezident!

Hörmətli cənablar!

Biz kollektiv şəkildə Qusar rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyevə və onun xəstəxananın Aptek bölməsinin “provizor”u işləyən arvadı İlhamə Hacıyevaya ilə birlikdə xəstəxanada yaratdıqları qanunsuz, qeyri-sağlam vəziyyət barədə müraciət edirik. Onların saxtakarlıqları, qanunsuzluqları haqqında çoxsaylı şikayət ərizələri ilə dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, hələ də qanuni tədbir görülmür. Bu ər-arvad xəstəxanada elə bir vəziyyət yaradıblar ki, bütün işçilər onların bu zülmündən canlarını qurtarıb işdən çıxırlar. Bütün işçiləri bir-birinə qarşı qoyur, xəstələrə tibbi xidməti göstərmək əvəzinə, bütün günü hamını sorğu-suala tutur, üzləşmələr keçirirlər, səs yazırlar, video ilə çəkib işçiləri şantaj edib, qorxudurlar.

Kamil Hacıyev Qeydiyyat şöbəsinə öz yaxın adamı Sevinci rəhbər qoyub. Onun vasitəsi ilə ginekoloq Milana Babayevaya limit qoyub, ona müraciət edən xəstələri alıb Doğum evinin şöbə müdiri Ginekoloq Kamilla Qurbanovaya göndərir. Çünki Kamilla Qurbanova ilə bir adamdır, əl-ələ verib işləyirlər, bir xəstəni də 600 manata əməliyyat edirlər.

Eləcə də köhnə, vaxtı keçmiş dərmanları xəstəxananın şöbələrinə paylamaları saxtakarlıqdır. Kamil Hacıyev aptekdə işləyən arvadı İlhamə Hacıyevaya səlahiyyətlər verir ki, anbara girib yoxlama keçirsin. Adama deyirlər, aptek işçisinə anbara girib yoxlama keçirməyə kim icazə vermişdir. Anbarın açarının biri İlhamə Hacıyevadadır. İlhamə Hacıyevaya ona verilmiş bu müstəsna səlahiyyətdən istifadə edərək, bütün xəstəxananın fəaliyyətinə, şöbələrin işinə müdaxilə edir. Hətta ona anbarın açarı da vardır.

Odur ki, hacıyevlər anbardan oğurluqla, gizli yolla 50 ədəd odun peçi, 5 ədəd sinxronizator avtomobil ehtiyat hissələri götürmüşlər. Bu haqda xidməti məktubla Qusar rayon polis şöbəsinə, prokurorluğa, eləcə də Kamil Hacıyevə müraciət edilsə də, nəticə olmamışdır.

Bundan əlavə, köhnə müddəti başa dərman pereparatlarını xəstəxananın şöbələrinə paylamaqla silirlər. Rayonda olan dializ xəstələrinə verilməli olan “Albumin” dərmanlarını sənəddə guya “verildi” kimi rəsmiləşdirsələr də, faktiki olaraq bu dərmanlar həmin xəstələrə verilmir. Çünki bu dərmanın birinin qiyməti təxminən 50-170 manat həddindədir və bu dərmanları sonra məqsədli şəkildə satırlar.

Qusardan olan işçilər şərləmə yolu ilə işdən çıxarılır, rayonda işsiz qalan insanları incik salırlar. Kamil Hacıyev ancaq özünün yaxın tələbə yoldaşları, qohumlarını, tanışlarını xəstəxanaya daimi işə götürüb. Misal olaraq, əmisi qızı Minayə Rüstəmovanı mama işinə götürmüşdür. O da bütün xəstəxananın fəaliyyətinə müdaxilə edir. Əmisi qızı Minayə Rüstəmovanın əri Faiq Rüstəmovu isə xəstəxananın anbar bölməsinin müdiri təyin etmişdir. Faiq Rüstəmov 1800 manat pensiya alır, üstəlik də gəlib xəstəxanada işləyir.

İlhamə Hacıyeva xəstəxanada əlində elektron qəlyan çəkə-çəkə tibb bacılarına qarşı təhqiredici, kobud davranır, heç kimi saya salmır, hamı ilə söyüşlə danışır, işçiləri şəhadət barmağı ilə saymazyana yanına çağırır, alçaldır, aşağılayır. Günah bu ailəni Qusar rayonuna göndərəndədir ki, belə bir gözəl, dövlətimizə, Prezidentimizə sadiq bir bölgədə insanları incidirlər.

İlhamə Hacıyeva özünə yaxın bir-iki nəfər şəxslə ucadan gülməklə şadyanalıq edirlər. O, bütün günü ərinin, direktorun iş otağında özünü tibb bacılarına masaj elətdirir. Xəstəxananın həmkarlarına qanunsuz tapşırıqlar verir, işçilərin qanunsuz işdən çıxarılmasına görə ona təsir göstərir.

Xahiş edirik yoxlanılsın ki, onun direktor təyin edildiyi müddətdə işçilər hansı meyarlar əsasında işə götürülür. Xəstəxananın 4-cü mərtəbəsi inzibati fəaliyyəti həyata keçirən şöbədir. Bir ilin içində bütün şöbənin işçilərini dəyişmişdir. Hamısı da böyük məbləğdə pullarla işə götürülür. Adi tibb bacısı 9000-10000 manata işə götürülür. Pulları da həftə sonu Bakı şəhərində alırlar. İlhamə Hacıyevanın bank kartına atılır.

Həmçinin, xəstəxana daxilində işçilərin iş yerlərinin dəyişdirməsinə görə də 10000 manat pul alırlar.

Xəstəxanada cərrahiyyə əməliyyatları saxtalaşdırılır. Kamil Hacıyev özü cərrahiyyə əməliyyatları aparsa da, sənədləşməni xəstəxananın cərrahı Qasım Qəribovun adına rəsmiləşdirir. Qasım Qəribovun əli ilə də hər cərrahiyyə əməliyyatına görə pulları alıb özünə götürür.

Bununla bərabər, Kamil Hacıyev Qusar rayon sakinlərini Qusar xəstəxanasında deyil, özünün əvvəllər işlədiyi Bakı Sağlamlıq Mərkəzinə apararaq orada cərrahiyyə əməliyyatı həyata keçirir. Adama deyərlər ki, Qusar xəstəxanası təzə tikilmiş xəstəxanadır, niyə burada əməliyyat edilmir?! Bu fakt da araşdırılsın, görək niyə belə edir. Bundan əlavə, xəstəxananın dializ xəstələri onların qanunsuzluqlarından şikayət etdikləri üçün onlarla prinsip aparır, bilərəkdən onların prosedurlarını axşama salıb incidir, hal-hazırda da çalışır ki, onları Qubaya yönləndirsin, əziyyət çəksinlər. Buna görə xəstəxananın həmkarına tapşırıq vermişdir ki, dializ xəstələrini Qubaya yönləndirin, bununla da onlar əziyyət çəksinlər.

Qusar xəstəxanasında dializ şöbəsi ola-ola niyə bu xəstələr Qubaya göndərilməlidirlər?! Bu elə kinli, qisasçı bir adamdır ki, hətta həyatları təhlükə altında olan riskli dializ xəstələrindən də bu yolla qisas alır. Onları yollara salır. Xəstəxananın dəhlizində nümayişkəranə şəkildə Kamil Hacıyev qışqırıb deyir ki, kim bizdən şikayət etsə, məhv edəcəyəm, mən heç kimdən qorxmuram, mənim arxamda böyük adamlar durub, nə qədər şikayət etsəniz də mənə heç kim heç nə etməyəcəkdir, gedin hara istəyirsiniz şikayət edin.

Möhtərəm Cənab Prezident, xahiş edirik bizim şikayətimizi öz nəzarətinizə götürəsiniz, Qusar rayon xəstəxanasında olan qanunsuzluqların qarşısı alınsın. Qusar xəstəxanası bu gün xəstələrə tibbi xidmət göstərməkdən daha çox çəkişmə, münaqişə, məhkəmə keçirilən bir yerə bənzəyir. Kamil Hacıyev arvadı İlhamə Hacıyeva ilə birlikdə xəstəxananı çəkişmə, üzədurma yerinə çeviriblər. Hamının səsini yazırlar, bir-birinin üzünə qoyurlar, TƏBİB də, Səhiyyə Nazirliyi də açıq-aşkar bu şəxsləri himayə edirlər. Xahiş edirik bu haqsızlığa son qoyulsun”

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamil Hacıyev ötən il cərimələnmişdir Qusar rayon məhkəməsinin qərarı ilə xəstəxana rəhbəri 20 min manat məbləğində cərimələnib. Belə ki, məhkəmə Baş direktor Kamil Hacıyev və həyat yoldaşı İlhamə Hacıyevanın qanunsuz hərəkətləri barədə müraciətlər əsasında araşdırma aparıb. İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsilə Kamil Hacıyev barəsində məsuliyyət nəzərdə tutulub.

Lakin bu qanuni tədbrirlərdən nəticə çıxara bilməyən Baş direktordan növbəti dəfə şikayət olunur.

Xalq.online

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-01-2025, 11:28

Rəşad Nəbiyevin Qusardakı vətəndaş qəbulunun vaxtı növbəti dəfə dəyişdirilib

Gündəm / Siyasət

31-05-2024, 11:21

Qusarın icra başçısı vəzifəsindən azad edilib

---

19-08-2024, 08:58

Azər Badamovun ARXASINDAKI DAĞ: O `dağlara` çoxdan qar yağıb... - Seçicilərsə ümid edir ki...

İqtisadiyyat

26-04-2023, 17:30

İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək

Gündəm / Cəmiyyət

11-03-2024, 18:53

Bu ərazilərdə qaz olmayacaq

Cəmiyyət

7-02-2025, 18:03

Daxili İşlər Naziri Vilayət Eyvazov Qusar rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib

Cəmiyyət

18-03-2025, 11:12

Qusar rayon mərkəzi xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir? - Vatsap yazışması...

Gündəm / Sosial

11-07-2025, 18:32

ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB - Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir

Cəmiyyət

3-03-2025, 12:07

Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU

Siyasət

1-07-2025, 16:47

Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Cəmiyyət / Video

16-11-2023, 09:22

Qusarın Nəriman Nərimanov adına Mərkəzi Mədəniyyət və İstirahət Parkı - VİDEO

Gündəm / Cəmiyyət

22-03-2024, 10:50

Bu rayonlara qar yağıb

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Hadisə
Bu gün, 14:40
Kəlbəcərdə mina partlayışı olub
8-07-2026, 10:46
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
7-07-2026, 11:47
İkinci kurs tələbəsi vəfat etdi
7-07-2026, 11:20
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
6-07-2026, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Xəbər lenti
  • Bu gün, 14:46
    Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi - Salyandakı təqdimatın pərdəarxası nədir?
  • Bu gün, 14:40
    Kəlbəcərdə mina partlayışı olub
  • Bu gün, 12:58
    Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR
  • Bu gün, 12:47
    Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
  • Bu gün, 12:40
    Bravo Hipermarketindəki McDonald’s-da biabırçılıq… – VİDEO
  • Bu gün, 12:15
    Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir
  • Bu gün, 11:53
    Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR
  • Bu gün, 11:33
    Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son qəbul edilib
  • Bu gün, 11:17
    Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
  • Bu gün, 10:51
    IV Şuşa Qlobal Media Forumu keçiriləcək
  • Bu gün, 10:40
    Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir
  • Bu gün, 10:05
    BİZİM TƏQVİM: 10 iyulda baş vermiş tarixi hadisələr
  • Bu gün, 09:31
    “Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
  • Bu gün, 09:19
    Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
  • Dünən, 19:00
    Azərbaycanda qaz istehlakçıları üçün yeni qaydalar təsdiq edilib
  • Dünən, 18:45
    "Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib
  • Dünən, 18:23
    Sabah Bakı, Saatlı və Hacıqabulun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 18:17
    Sahibə Qafarova: Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil
  • Dünən, 16:59
    İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
  • Dünən, 16:30
    Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək
  • Dünən, 16:11
    Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı (FOTO)
  • Dünən, 15:43
    Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib
  • Dünən, 14:43
    Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub
  • Dünən, 14:28
    Azərbaycan XİN Cənubi Sudanı təbrik edib
  • Dünən, 13:07
    Sabah 37 dərəcə isti olacaq
  • Dünən, 12:39
    ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
  • Dünən, 12:19
    Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
  • Dünən, 12:09
    Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır
  • Dünən, 11:44
    Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb
  • Dünən, 11:34
    “Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır
  • Dünən, 11:04
    Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
  • Dünən, 10:54
    Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
  • Dünən, 10:32
    Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb
  • Dünən, 10:28
    Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
  • Dünən, 09:52
    Azərbaycan neftinin qiyməti 82 dolları keçib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə