Sizin reklam burada 728×90
Son dəqiqə

Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir

16.04.2025 13:05 275 1 dəq oxunur
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir
Gürcüstan sülhün və münaqişələrin dialoq yolu ilə həllinin tərəfdarıdır.

“Report”un müxbirinin məlumatına görə, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycanın Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

O qeyd edib ki, Cənubi Qafqaza regionun beynəlxalq miqyasda təsirini gücləndirmək üçün sülh lazımdır.

"Regionun tam potensialı Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra üzə çıxa bilər. Yenə də ölkəmin dialoq və diplomatiya tərəfdarı olduğunu təsdiqləyirəm", - Gürcüstan Prezidenti vurğulayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az