Sizin reklam burada 728×90
Son dəqiqə

Əraqçi Tehrаnın mövqeyini əks etdirən müddəaları omanlı həmkarına təqdim edib - YENİLƏNİB

12.04.2025 12:22 329 1 dəq oxunur
Əraqçi Tehrаnın mövqeyini əks etdirən müddəaları omanlı həmkarına təqdim edib - YENİLƏNİB
İranın xarici işlər naziri Abbas Əraqçi Tehrаnın mövqeyini əks etdirən müddəaları sonradan ABŞ nümayəndə heyətinə çatdırılması üçün omanlı həmkarına təqdim edib.

Bu barədə TASS məlumat yayıb.

***

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskat şəhərinə yollanıb.

Bu barədə ISNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqaiyə istinadən bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.

Danışıqlardan əvvəl o, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşəcək.

ABŞ nümayəndə heyətinə ölkənin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.

Nümayəndə heyətlərinin İranın nüvə proqramını müzakirə edəcəyi ehtimal olunur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az