Sizin reklam burada 728×90
Son dəqiqə

“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​

29.11.2024 16:53 406 1 dəq oxunur
“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​
“İşğaldan azad edilmiş ərazilər üçün xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir. Vergi güzəştləri pozitiv, müsbət addımdır. Ancaq güzəştlər vergi fəlsəfəsinə uyğun olmalıdır”​.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, güzəştlər iqtisadiyyatda rəqabəti təşviq etməlidir, rəqabətə maneə olmamalıdır: “Təklif edirəm ki, Vergi Məcəlləsində bu məsələyə baxılsın. İşğaldan azad edilmiş ərazilərdə güzəştlərin tətbiq edilməsi kifayət qədər pozitiv addımdır və dəstəkləyirik. Ancaq vergi fəlsəfəsi və məcəlləsi, rəqabət məcəlləsinin qorunması ilə bağlı prinsiplər olmalıdır. Bu ərazilərə xüsusi vergi anlayışının qanunvericiliyə gətirilməsi həmin ərazidən kənarda fəaliyyət göstərən sahibkarların bazarda rəqabət aparmasını məhdudlaşdırmasın".

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə cavabında bildirib ki, hər bir vergi güzəştinin məqsədi, müddəti, dərəcəsi var: “Burada bizim açar sözümüz o ərazidir. Çünki məqsədimiz işğaldan azad olunmuş ərazilərdə məhsul istehsalında rəqabət qabiliyyətliliyini, bərabərliyi təmin etmək deyil. Biz istəyirik ki, işğaldan azad edilmiş əraziləri dirçəldək. Məhz orada məhsul istehsal olunsun ki, insanlar ora gedib məskunlaşsınlar. Ona görə də burada əsas məsələ o ərazi məsələsidir”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az