Sizin reklam burada 728×90
Son dəqiqə

Samir Şərifov: "Hüquqi yardımın göstərilməsi ilə bağlı qanun layihəsi hazırlanıb"

19.11.2024 17:18 320 1 dəq oxunur
Samir Şərifov: "Hüquqi yardımın göstərilməsi ilə bağlı qanun layihəsi hazırlanıb"
Azərbaycanda hüquqi yardımın göstərilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.

"Maliyyə Nazirliyi olaraq biz bu layihə ilə tanışıq. Ona Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyası ilə birlikdə baxılır. Sənəd razılaşdırıldıqdan sonra təqdim ediləcək", - deyə o qeyd edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az