• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AYNA qanunları nədən İCRA ETMİR? - AKTUAL

Cəmiyyət

7-11-2024, 11:24

Bir neçə ay öncə AYNA taksi fəaliyyəti üçün yeni qaydalar, yeni şərtlər tətbiq etdi. Bununla taksi fəaliyyətinin yaxşılaşdırılacağı deyilirdi. Amma bu yaxşılaşma özünü ancaq taksilərin əlçatanlığının azalmasında, qiymətlərin ikiqat bahalaşmasında göstərir. Heç köhnə maşınlar da dövriyyədən çıxmadı. Hazırda taksi dövriyyəsində əksər maşınlar yenə də köhnə “Prius”lardır.

Sürücülər təzə maşınla qeydiyyatdan keçir, amma sifarişə köhnə “Prius”, köhnə “Opel”lərlə gəlirlər.

Avqust ayının əvvəlində AYNA sosial media platformalarında vətəndaş müraciətləri əsasında görülən tədbirlər barədə paylaşım etdi.

Vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb.

Qurum vətəndaşlara müraciətində bildirib:

“Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də "141" Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.

Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.

Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək".

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a şərhində problemin tam həll olunmamasının əsas səbəbini belə izah edib: “Vaxtilə ictimai nəqliyyat şaxələndirilməyib. Mövcud olan tramvay, trolleybus xətləri sökülüb, bir kənara atılıb. Bu gün ictimai nəqliyyat ancaq avtobus və metrodan ibarətdir. Yük əsas bu iki seqmentə düşüb. Pandemiya dövründə və ondan sonra da taksilərə tələb artdı. Hazırda vətəndaşların daha çox ictimai nəqliyyatdan istifadə etmələrinə baxmayaraq, taksilərə üstünlük verənlər də var. Amma obyektiv yanaşsaq, taksi fəaliyyətinin indiki vəziyyəti iki il öncə olan vəziyyətdən qat-qat yaxşıdır. Əvvəllər xarici taksi şirkətləri bizim ölkəmizə gəlib fəaliyyət göstərirdilər, amma baş verən mübahisələrin həllində özlərini kənara çəkirdilər. Yeni qanunlar ona görə qəbul edildi, yeni qaydalar ona görə tətbiq olunmağa başladı ki, dövlət qurumlarında müvafiq təsir "rıçaqları" yaransın. Məqsəd həmin taksi şirkətlərinə təsir edib taksilərin keyfiyyətli və təhlükəsiz fəaliyyət göstərməsinə nail olmaqdır. Çünki cəmiyyət artıq bəzi taksi şirkətlərindən, sürücülərdən bezmişdi. Doğrudur, bunu hamıya aid etmək olmaz".

Ekspert hesab edir ki, taksi xidmətində keyfiyyət yüksəlməsə də, ən azı təhlükəsizliyə nail olunub: “Mən bu ilin sonuna qədər köhnə taksilərin qalmasının tərəfdarıyam. Düşünürəm ki, bu ilin sonuna kimi taksi sürücülərinə və şirkətlərə özlərini toplamaq üçün möhlət vermək olar. Amma bunu gələn ilə saxlamaq olmaz. Çünki ictimai nəqliyyat mövcud yükü qaldırmaq gücündə deyil. Hesab edirəm ki, vəziyyət yavaş-yavaş tənzimlənir. Biz cəmiyyət olaraq da qurumlarla birgə buna nail ola bilərik. Öncədən də bəlli olduğu kimi, proses qısa müddətdə həll oluna bilməz. Amma yenə də əvvəlkinə nisbətən taksi daha təhlükəsiz olub. Keyfiyyətdə ciddi dəyişiklik olmasa da, mərhələ-mərhələ buna da nail olacağıq. Taksi sürücülərinin əksəriyyəti aztəminatlı vətəndaşlardır. Lakin bu o demək deyil ki, biz bu sahəni nəzarətsiz buraxmalıyıq. Cəmiyyətin ictimai nəqliyyat üzərində daimi nəzarəti olmalıdır. Mən düşünürdüm ki, sentyabrın 15-nə kimi köhnə taksilər yığışdırılacaq, amma taksi xidmətində hələ də köhnə avtomobillər qalmaqdadır. Bununla yanaşı, kobud taksi sürücülərinin sayı xeyli azalıb. Taksiyə artıq bir peşə kimi yanaşılır. Fikrimcə, bu ilin sonuna kimi güzəştlər edib, gələn ilin yanvar ayından etibarən tam keyfiyyətli taksi xidmətini əldə edə bilərik. Təəssüf ki, xarici taksi şirkətləri bəzi qaydaları pozmağa meyllidir. Bu səbəbdən də daim nəzarətə ehtiyac var. Taksi xidmətinin nə zaman yüksək keyfiyyətli səviyyəyə çatacağını demək çətindir. Yeni qanunların hamısını qısa müddətdə sərt şəkildə tətbiq etməyə başlasaq, vətəndaşlar üçün çox çətin olacaq. Proses balanslı aparılmalıdır. Bunu avtobusların, metroda qatarların sayını artıraraq etmək lazımdır. İctimai nəqliyyatda lazımi qədər nəqliyyat vasitələri olduqda, intervallar azaldıqda keyfiyyətsiz taksi xidməti sıradan çıxacaq. Vətəndaşlar keyfiyyətsiz taksidə getməkdənsə, keyfiyyətli ictimai nəqliyyata üstünlük verəcəklər. Bu proses bir qədər zaman tələb edir”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə vətəndaşların mövcud problemlərlə bağlı AYNA-ya müraciət etməsinin tərəfdarıdır: “AYNA aidiyyəti müraciət üzrə araşdırma aparmalı, fakt öz təsdiqini taparsa, daşıyıcını xətdən uzaqlaşdırmalıdır. Əgər sifariş verilən avtomobil gələn avtomobillə eyni deyilsə, xətdən uzaqlaşdırılmalı, icazəsi də ləğv olunmalıdır”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

14-03-2024, 18:50

Hökumətdən taksi sürücüləri ilə bağlı yeni QƏRAR

Gündəm / Cəmiyyət

30-03-2024, 18:03

Yeni tələblər taksilərlə bağlı qıtlıq yaratmayacaq - Rəsmi AÇIQLAMA

İqtisadiyyat

2-07-2024, 00:10

Bir gecədə taksilərin qiyməti od tutub yandı

Sosial

8-05-2024, 15:07

Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu

Gündəm / Cəmiyyət

26-09-2024, 15:42

Tbilisi prospektində taksi duracaqları yaradılır

Video / Kriminal

19-10-2023, 20:24

Narkotik və alkoqolun təsiri altında taksi sürən şəxslər saxlanılıb - VİDEO

Cəmiyyət

5-04-2024, 13:44

Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlandı

Gündəm / Cəmiyyət

5-06-2024, 17:00

Taksi qiymətlərinin kəskin artmasına RƏSMİ REAKSİYA

Hadisə

11-08-2022, 14:22

Bakıda "Prius" sürücülərə dəhşət yaşatdı

Cəmiyyət

24-08-2024, 11:02

Taksilər avtobus zolağına buraxıla bilər? - Sürücülər çıxılmaz halda

Gündəm / Cəmiyyət

18-06-2024, 10:39

Taksi sürücülərinin nəzərinə - Bu qanun qüvvəyə minir

Gündəm / Cəmiyyət

27-07-2024, 16:03

Rəşad Nəbiyevin uğursuz taksi islahatı... - yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Dünən, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
Xəbər lenti
  • Dünən, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • Dünən, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • Dünən, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • Dünən, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • Dünən, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • Dünən, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • Dünən, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • Dünən, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • Dünən, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • Dünən, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • Dünən, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • Dünən, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • Dünən, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
  • Dünən, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Dünən, 11:32
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Dünən, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Dünən, 10:54
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • Dünən, 10:29
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Dünən, 09:52
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 09:35
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • Dünən, 09:23
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • 16-10-2026, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • 16-10-2026, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • 16-10-2026, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • 16-10-2026, 18:07
    Ukraynada keşiş 3 nəfəri güllələyib
  • 16-10-2026, 17:30
    Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
  • 16-10-2026, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • 16-10-2026, 17:06
    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
  • 16-10-2026, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • 16-10-2026, 16:22
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • 16-10-2026, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • 16-10-2026, 15:33
    Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
  • 16-10-2026, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə