• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Rəşad Nəbiyevin uğursuz taksi islahatı... - yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Gündəm / Cəmiyyət

27-07-2024, 16:03

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun bugünlərdə verdiyi açıqlama ciddi hiddət doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə, daha doğrusu tənqidlərə yol açıb.

O sevinərək bildirib ki, “islahatlar” nəticəsində şəhərdə taksilərin sayının 65 mindən 35 minə enib. Bunu yaxşı xəbər kimi xarakterizə edib.

Amma əslində nə baş verir?

Bu yöndə olan bir neçə müşahidəni diqqətinizə çatdırmaq istərdim.
“İslahatlar” başlayandan sonra, demək olar ki, nimdaş vəziyyətdə olan və çoxdan unudulmuş qeyri-leqal əsaslarla fəaliyyət göstərən taksilər yenidən paytaxt küçələrində peyda olublar.
Çox təəssüflər olsun ki, çağırış zamanı taksi tapmaq xeyli çətinləşdiyindən və qiymətlər kəskin bahalaşdığı üçün insanlar texniki vəziyyəti belə bərbad vəziyyətdə olan taksilərdən istifadə etməyə məcbur olur. Çünki ənənəvi şirkətlərdən taksi sifariş vermək əsl müşkülə çevrilib. Bəzən sifarişin qəbul edilməsini saatlarla gözləməli olursan.

Qiymətlər kəskin artsa da, taksilərin keyfiyyəti dəyişməyib. Bunlar əvvəlki kimi köhnə avtomobillərdir. Amma bir neçə ay bundan əvvəl nazirlik bizə vəd verdi ki, iyuldan Bakıda buraxılış tarixi 8 ildən az olan: qırmızı və ağ rəngli avtomobillər hərəkət edəcək. Hanı həmin taksilər?

Keyfiyyətin aşağı düşməsi və qiymətlərin artması insanları yenidən şəxsi avtomobillərdən istifadəyə daha çox vadar edir. Bununda nəticəsində tıxaclar artır. Çünki bir taksi gün ərzində 40 adam daşıya bildiyi halda, şəxsi avtomobildən istifadə edənlərin daşıma sayı yalnız 2-3 nəfərdən artıq olmur.

Maraqlıdır, nazirlik tıxaclarla beləmi mübarizə aparır?

Ortada ola mənzərə onu deməyə əsas verir ki, “islahatlar”ın əsas məqsədinə nail oluna bilmir. Velosipeddən və ictimai nəqliyyatda istifadə istiqamətində də mənzərə ürəkaçan deyil. Çünki bunu stimullaşdıran şərait yoxdur.
Artıq biz səhər və axşam saatlarında adətən tıxacın olmadığı hava limanı yolunda da əməlli sıxlıq müşahidə etməyə başlamışıq.

Dünən nazir müavininin verdiyi son açıqlamanı şübhə altına alan vəziyyətlə şəxsən özüm rastlaşdım. Taksi sifariş etdim və sistemdə “Kia Rio” markalı maşın göründü. Beş dəqiqədən sonra naməlum nömrədən zəng edib, ödənişin kartdan- karta olacağı təqdirdə sifarişi qəbul edə biləcəklərini dedilər. Nağd və sistem vasitəsilə ödənişi qəbul etməyəcəklərini bildirdilər. Nəticədə sifarişə “Kia” əvəzinə köhnə, boz rəngli bir “Renault” gəldi.

Deməli, belə qənaətə gəlirik ki, aparılan “islahat” daha bir “yenilik” gətirib. Sistemdə ili yeni olan bir avtomobil qeyd olunur, əslində isə sifarişi başqa biri – ili köhnə olan avtomobillə icra edir. Eyni zamanda, sistemdə olan şəxs öz daşınmasına olan ödənişi kartdan-karta qəbul edərək, onun bir hissəsini köhnə avtomobilin sürücüsünə verir. Faktiki olaraq sifariş alveri gedir. Dostlarımla maraqlandım, demək olar ki, hamısı belə standart vəziyyətlə rastlaşdıqlarını təsdiqlədilər. Bu özbaşınalıq qanun pozuntisu ilə yanaşı, həm də sərnişinlərin həyatı üçün risk deməkdir.

Qayıdaq nazir müavininin ictimaiyyəti çaşdırmağa çalışdığı açıqlamasına.
Hörmətli nazir müavini bilməlidir ki, sistemdə 35 min, hətta 5 avtomobil belə göstərilə bilər. Ancaq gəlin hesablayaq görək, əgər sifarişi biri götürüb, digəri daşıyırsa, onda taksi fəaliyyəti ilə həqiqətdə neçə maşın məşğuldur?

Hələ biz küçələrin künc-bucaqlarında, metro çıxışlarında sayı artan qeydiyyatsız taksiləri bura aid etmirik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bütün bunları bilə-bilə belə acınacaqlı vəziyyəti “islahat” kimi qələmə verirsə, deməli, həm vətəndaşları, həm də rəhbərliyi aldadır. Əgər bilmirsə, deməli, səriştəsiz fəaliyyətlə məşğuldurlar. Çünki onların “islahatı” nəticəsində xidmətlərin keyfiyyəti yaxşılaşmaq əvəzinə, daha da pisləşib və nəticədə minlərlə insan qara bazara sürüklənib. Qiyməti özünüz verin: Nazirlik “islahat” adı ilə yuxarıları aldadır, yoxsa, səriştəsiz fəaliyyətlə məşğuldur?..(Azinforum)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

30-03-2024, 18:03

Yeni tələblər taksilərlə bağlı qıtlıq yaratmayacaq - Rəsmi AÇIQLAMA

Cəmiyyət

5-04-2024, 13:44

Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlandı

İqtisadiyyat

2-07-2024, 00:10

Bir gecədə taksilərin qiyməti od tutub yandı

Video / Kriminal

19-10-2023, 20:24

Narkotik və alkoqolun təsiri altında taksi sürən şəxslər saxlanılıb - VİDEO

Gündəm / Cəmiyyət

14-03-2024, 18:50

Hökumətdən taksi sürücüləri ilə bağlı yeni QƏRAR

Cəmiyyət / Olay

5-07-2023, 16:22

Ramiz Zeynalovun texniki baxış tələsi... - pul verməyənlərin başına oyun açılır

Sosial

10-06-2023, 00:10

Burada dəfn edilmiş gəncliyimiz məskən salır – Sosial problemlərdən yaranan iaşə obyektlər

Sosial

1-11-2023, 18:19

İctimai nəqliyyat pulsuz ola bilərmi? – “Başqa ölkələrlə bizi müqayisə etmək düz deyil”

Gündəm / Cəmiyyət

5-06-2024, 17:00

Taksi qiymətlərinin kəskin artmasına RƏSMİ REAKSİYA

Gündəm / Cəmiyyət

18-12-2023, 12:43

Bakı-Sumqayıt yolunda cəza tədbirləri sərtləşdiriləcək

Gündəm / Cəmiyyət

18-06-2024, 10:39

Taksi sürücülərinin nəzərinə - Bu qanun qüvvəyə minir

Təhsil

18-12-2023, 13:13

Saatlıda məktəblilər avtobusda dəm qazından zəhərləndi

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
Xəbər lenti
  • Bu gün, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
  • Bu gün, 01:18
    Sabiq hüquq-mühafizə orqanı əməkdaşı Faiq Məmmədovun cinayət işinin qalmaqallı tərəfləri – Ailəsi ədalətli məhkəmə araşdırması tələb edir
  • Dünən, 13:00
    Türkiyə XİN Azərbaycanı təbrik edib
  • Dünən, 12:30
    Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • Dünən, 12:00
    Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
  • Dünən, 11:00
    Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
  • Dünən, 10:30
    Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 10:14
    Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • 17-10-2026, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • 17-10-2026, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • 17-10-2026, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • 17-10-2026, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • 17-10-2026, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • 17-10-2026, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • 17-10-2026, 16:00
    Mark Markes: 68 dərəcədə fizikaya meydan oxuyaraq
  • 17-10-2026, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • 17-10-2026, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • 17-10-2026, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • 17-10-2026, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • 17-10-2026, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • 17-10-2026, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • 17-10-2026, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • 17-10-2026, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
  • 17-10-2026, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • 17-10-2026, 11:32
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • 17-10-2026, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • 17-10-2026, 10:54
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • 17-10-2026, 10:29
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026, 09:52
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026, 09:35
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • 17-10-2026, 09:23
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • 16-10-2026, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • 16-10-2026, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • 16-10-2026, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə