Sizin reklam burada 728×90
Son dəqiqə

Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

19.08.2024 12:07 357 1 dəq oxunur
Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
Şuşada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 20-ci sessiyasına (COP 29) həsr olunmuş “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri” mövzusunda beynəlxaq konfrans keçiriləcək.

Konfrans sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az