Sizin reklam burada 728×90
Son dəqiqə

Hüseyn Abdullayev infarkt keçirdi

09.08.2024 11:21 423 1 dəq oxunur
Hüseyn Abdullayev infarkt keçirdi
Həbsdə olan sabiq deputat Hüseyin Abdullayev infarkt keçirib.

Bu barədə onun yaxınları məlumat verib.

2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sabiq deputata hədə-qorxu ilə tələbetmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.

Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az