• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən SƏBƏB

Cəmiyyət

27-07-2024, 12:31

Azərbaycanda tenderlərin şəffaflığı ən çox müzakirə edilən məsələlərdəndir. Bu sahədəki problemləri heç bir yolla aradan qaldırmaq mümkün olmur desək, heç də məsələni böyütmüş olmarıq. Hətta şəffaflıq istiqamətində atılan addımların səthi olduğunu da deyə bilərik.

Demək olar ki, mediada hər gün qeyri-şəffaf, şübhəli tender əməliyyatları ilə bağlı məlumatlar dərc edilir. Bu məlumatlardan biri də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mebel inventarlarının satın alınması ilə bağlı elan etdiyi tenderdir. Qeyd edək ki, tender artıq başa çatıb, qalib müəyyənləşib. 71.803 AZN-lik tenderin qalibi diqqət çəkib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün rəhbər kresloları, işçi kreslosu, qonaq kreslosu, qurum rəhbərinin müavini üçün masa dəsti, qurum rəhbərinin müavini üçün sənəd və paltar dolabı və.s inventarların alınması üçün keçirilən tenderin qalibi “Arash Medical Company” QSC-dir. İlk baxışdan bəlkə də normal görünə bilər, lakin QSC-nin fəaliyyət istiqaməti ilə bağlı aparılan kiçik araşdırma “bir əldə iki (daha çox) qarpız tutmaq” kimi el məsəlini yada salır. “Arash Medical Company” özünün rəsmi internet səhifəsində də göstərdiyi kimi, tibbi avadanlıqların təminatı ilə məşğul olan müəssisədir. Şirkətin saytında, “Məqsəd” başlığı altında təqdimatı belə verilib: “Sektorun öndər markaları ilə əməkdaşlıq edən şirkətin əsas məqsədi ölkəmizdə tələb olunan keyfiyyətli və etibarlı tibbi avadanlıq və sərfiyyat məhsulları ilə təmin etməkdir”. Göründüyü kimi, “Arash Medical Company” QSC-nin məqsədləri, fəaliyyət istiqamətləri arasında məişət avadanlıqları ilə təminat yoxdur. Bəs belə olan halda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbəri Anar Bayramovun “Arash Medical Company” QSC-ni seçməsinin səbəbi nədir? Burda hansı maraqlar var? A.Bayramovla bu şirkəti nə birləşdirir? Bu suallar təbii ki, məsələdən məlumatlı olan hər kəsi maraqlandırır.
Yerli mediada dərc olunan məlumatlarda bildirilir ki, şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Kamran Məmmədov həm də “Caspian İnternational Hospital” MMC-nin qanuni təmsilçidir. Lakin mətbuatın yazdığına görə, adı çəkilən bu iki şirkət, eləcə də “Badam Medical Center” Məmmədov Kamran Abid oğlu və Ehtiram Fərzəlibəyovun şərikli biznesidir.

Tanınmış iş adamı Şamo Fərzəlibəyovun qardaşı Ehtiram Fərzəlibəyov sosial şəbəkədə ən məşhur bloger-aşpaz kimi tanınır. E.Fərzəlibəyov əsas hobbisini sosial şəbəkələrdə reallaşdırır. O, həmçinin tanınmış kulinar, Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısıdır. E.Fərzəlibəyov tez-tez şəxsi villasında kamera önünə keçərək yeməklər bişirir.

Mediada dərc olunan məlumatda o da bildirilir ki, Kamran Məmmədovun atası Abid Məmmədov bir vaxtlar bu ortaq biznesin əsas siması olsa da, bütün işlərini oğluna həvalə edib.
Blogger, aşpaz, tibbi avadanlıqlar, məişət avadanlıqları, mebel… Bunlar arasında əlaqə tapmaq üçün xüsusi istedad lazımdır, yəqin ki…(Afn)

Yazıda adı keçən hər kəsin mövqeyini verməyə hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-07-2024, 21:47

Anar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur - Ortaqlardan biri aşpaz bloger, digəri...

Cəmiyyət / Sosial

19-09-2023, 16:19

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Deputatın şirkəti ilə 4.7 milyon manat köçürəcək

İqtisadiyyat

12-08-2022, 12:45

İnnovasiya və Təchizat Mərkəzi 9 milyon manatlıq tenderə yekun vurub

Cəmiyyət / Səhiyyə

24-07-2023, 10:41

“Solamedical” MMC MÖCÜZƏSİ DAVAM EDİR... - TENDER ÇEMPİONU...

Gündəm / Cəmiyyət

16-07-2024, 15:50

Oğuzun yeni icra başçısı kimdir?

Sosial

23-08-2023, 11:27

AAYDA-nın bu idarəsinin 600 min AZN-lik tenderində Vergi borcu olan şirkət qalib oldu

Cəmiyyət

19-07-2024, 14:26

AYNA-nın 6.5 milyonluq anlaşması: Bahalı layihə, ya şişirtmə? - DETALLAR

Bölgə / Ölkə

19-07-2023, 11:56

Qazaxın İcra başçısının nümayəndəliyi 1 manatlıq şirkətə 36 min AZN köçürüb

Bölgə

5-09-2023, 10:53

Neftçalada suvarma işi: ŞİKAYƏTLƏR ört-basdır edilir?

Səhiyyə / Bölgə

10-08-2023, 19:28

İlkin İsmayılov 22 manatlıq şirkəti 3 MİLYONLUQ TENDERDƏ QALİB SEÇDİ

Cəmiyyət

10-08-2023, 19:34

Dövlət Gömrük Komitəsinin Akademiyasında 121 min manatlıq forma "alış-veriş"i

Gündəm / Səhiyyə

27-10-2023, 10:46

Mərkəzi xəstəxanaya duz-istiot qabı, qazan və salat boşqabı almaq istəyi “boşa çıxdı”

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
Xəbər lenti
  • Bu gün, 14:23
    Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib
  • Bu gün, 13:23
    İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında
  • Bu gün, 13:03
    İyulun ilk gününə olan hava proqnozu açıqlanıb
  • Bu gün, 12:53
    Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
  • Bu gün, 12:40
    Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır
  • Bu gün, 12:26
    Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır?
  • Bu gün, 11:46
    Milli Məclis Azərbaycanın "Metrik Konvensiya"ya qoşulmasını ratifikasiya edib
  • Bu gün, 11:23
    FHN-in qərarları niyə icra olunmur? – Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri/VİDEO
  • Bu gün, 11:06
    Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək
  • Bu gün, 10:55
    Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
  • Bu gün, 10:14
    Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir
  • Bu gün, 09:50
    Hamamböcəyinə qarşılıq desert təklifi: "Mado"nun "xüsusi" menyusu!-VİDEO
  • Bu gün, 09:33
    Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət
  • Bu gün, 09:16
    Xaçmaz İcra Hakimiyyəti kvadratı 341 manata dam örtüyü dəyişir
  • Bu gün, 08:59
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində üç saat işıq olmayacaq
  • Dünən, 18:56
    Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Dünən, 18:39
    Türkiyə Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı NATO-dan güclü iradə gözləyir
  • Dünən, 18:25
    Nərimanovda yenilik - Obyektlər sökülür? - Fotolar
  • Dünən, 17:57
    "Türk Dünyası Həftəsi": ortaq tarixdən ortaq gələcəyə - ŞƏRH
  • Dünən, 17:32
    Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
  • Dünən, 17:15
    Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?
  • Dünən, 16:57
    Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib
  • Dünən, 15:40
    AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə
  • Dünən, 15:16
    İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib
  • Dünən, 15:05
    Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb
  • Dünən, 14:36
    Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir
  • Dünən, 14:22
    ABB problemlər davam edir
  • Dünən, 13:26
    İyunun son günündə 33 dərəcə isti gözlənilir
  • Dünən, 13:10
    Tahir Budaqov mətbuatı saymır - Sorğular cavabsız qalır...
  • Dünən, 12:40
    TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər
  • Dünən, 12:17
    “Alliance Logistics” hesabatları gizlədib - Cərimələndi
  • Dünən, 12:01
    Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək
  • Dünən, 11:49
    Xətai rayonunda müəmmalı tikinti - Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur
  • Dünən, 11:33
    Prezident: Birinci Türkoloji Qurultayda səslənən başlıca fikirlərin süni maneələrlə qarşısı alınıb
  • Dünən, 10:51
    Masallıda “Torpaq Terroru”: Eynulla və Soltan Cütlüyünün Qanunsuzluqlarına Kim Arxa Durur? VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə