• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Beş ildə 11 milyonluq tender udan «Azertikinti-M» kimə məxsusdur - İLGİNC FAKTLAR

Cəmiyyət

8-07-2024, 18:08

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində həkim məntəqəsinin tikintisinin satınalması üzrə 06.04.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və «Azertikinti-M» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 507.261,07 manat məbləğində satınalma müqaviləsi bağladığını 04.07.2024-cü il tarixdə dfövlət satınalmalarının vahid internet portalında dərc edib.

Burada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən min nəfərlik bir kənddə həkim məntəqəsinin tikintisinə yarım milyon manatdan çox vəsaitin ayırmasının şişirdildiyi açıq-aydın görsənir. Odur ki, daha ətraflı araşdırma aparmaq qərarına gəldik.

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə «Azertikinti-M» MMC – arasında bağlanan ilk satınalma müqaviləsi deyil. tərəflər arasında 2019-cu ilin may ayından 2024-cü ilin iyul ayına qədər 18 satınalma müqaviləsi bağlanılıb.

Kürdəmir rayonu ərazisində 563 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 4 mərtəbəli yaşayış binalarının, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri üzrə 1.887.902,52 manat, Ucar rayonu ərazisində 250 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində klub-icma mərkəzinin və inzibati binanın tikintisi üzrə 515.829,07 manat, Ağcabədi rayonunun “Taxta Körpü” ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ – 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 245 ailəlik Qarakeçdi qəsəbəsində inzibati binanın və həkim məntəqəsinin tikintisi üzrə 767.418,2 manat, Ağcabədi rayonunun “Taxta Körpü” ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ – 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 144 ailəlik Şeylanlı qəsəbəsində 108 şagird yerlik məktəbin tikintisi üzrə 1.856.931,52 manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində sahədaxili rabitə və videomüşahidə şəbəkələrin tikintisi üzrə 692.160,68 manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində sahədaxili rabitə və videomüşahidə şəbəkələrin tikintisi üzrə 692.160,68 manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində musiqi məktəbinin tikintisi üzrə 1.485.880,17 manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində musiqi məktəbinin tikintisi üzrə 1.148.286,74 manat , Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində klub-icma mərkəzinin və inzibati binasının tikintisi üzrə 1.055.244,39 manat, Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində sahədaxili videomüşahidə şəbəkəsinin tikintisi üzrə 134.179,69 manat, Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində klub-icma mərkəzinin tikintisi üzrə 300.829,2 manat, Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində inzibati binanın tikintisi üzrə 125.587,03 manat, Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində tibb məntəqəsinin tikintisi üzrə 89.202,64 manat, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində inzibati binanın istilik məntəqəsi ilə tikintisi üzrə 614.763 manat, Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində videomüşahidə şəbəkəsinin tikintisi və rabitə xəttinin köçürülməsi üzrə 49.630,21 manat, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində videomüşahidə şəbəkəsinin tikintisi üzrə 44.762,12 manat, Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə inzibati binanın tikintisi üzrə 186.400,66 manat, Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə tibb məntəqəsinin tikintisi üzrə 163.610,85 manat məbləğində.

Göründüyü kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu son beş il ərzində «Azertikinti-M» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri təxmini hesablamalarımıza görə 11 625 873 manat olan 18 satınalma müqaviləsi bağlayıb. Araşdırmalarımız zamanı əldə etdiyimiz bir maraqlı məlumat da ondan ibarətdir ki, «Azertikinti-M» MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan başqa heç bir dövlət qurumunun tenderlərində qalib olmayıb. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə bağlanan müqailələrin əksəriyyəti də bir mən mənbədən satınalma metodu ilə keçirilib və qalib «Azertikinti-M» MMC olub. Bəs MMC barəsində nə kimi məlumatlar var?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZERTİKİNTİ-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.03.2010-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, HƏSƏN SALMANİ, ev 5/7, m. 19, qanuni təmsilçisi kimi isə Orucov Araz Almaz oğlu qeyd olunub.

Son beş ildə 11 625 873 manat dəyərində dövlət sifarişi almış MMC-nin nə rəsmi veb səhifəsi nə işçi qüvvəsi, maliyyə imkanları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Seyidov Həmid Abbasəli oğlu olub. Müxtəlif vaxtlarda MMC-yə Nəcəfov Kəmənd Elşad oğlu, Seyidov Ramiz Abbasəli oğlu da qanuni təmsilçiləri olub. Bu şəxslərin barəsində açıq internet resurslarında heç bir məlumata rast gəlinmir. Amma hazırki qanuni təmsilçisi kimi qeyd olunan Orucov Araz Almaz oğlu barəsində ilginc məlumatlar var. Ətraflı burada: https://azvision.az/news/305029/news.html

Elekttron mediadın yazıdığına görə Bakıda şəhər sakini, 1979-cu il təvəllüdlü Rüstəm Cavid Ruzbeh oğlu qonşuları tərəfindən döyülməyinə baxmayaraq Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsində aparılıb və qanunsuz olaraq orada saxlanılıb. Bu barədə saxlanılan şəxsin qardaşı Rüstəmov Valid məlumat verib. Belə ki, Rüstəm Cavid Daxili İşlər Nazirliyinin 102- xidmətinə məlumat verərək qonşusu Orucov Araz Almaz oğlu və Ruqiyyə adlı şəxs tərəfindən döyüldüyünü bildirib.

Saxlanılan şəxsin həyat yoldaşı Nərgiz Rüstəmbildirib ki, Araz və Ruqiyyə adlı şəxslər ərini “Lotu Quli” ilə qohum olmaları ilə bağlı təhdid ediblər: “Hədələdilər ki, uşaqlarını oğurlayarıq. Onlar gürcüstanlıdırlar, hamısı əlbirdilər. Prokurorluq işini gördü, dərhal reaksiya verdi. Hamısı sağolsunlar”.

Göründüyü kimi Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında «Azertikinti-M» MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, HƏSƏN SALMANİ, ev 5/7, m. 19 göstərilir. Qonşuları tərəfindən döyülmüş Rüstəm Cavid Ruzbeh oğlunun Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsində aparılması və qardaşının şikayətçi olması hadisəsi Xətai rayonu ərazisində baş verdiyindən onun məhz «Azertikinti-M» MMC-nin qanuni təmsilşisi Orucov Araz Almaz oğlu olduğunu ehtimal etmak olar.

Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədir. O, 14 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd edək ki, elektron mediada Mahir Abbaszadəyə məxsus olduğu bildirilən “AZ.İnşaat-M.V.” MMC-nin Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində 2007-ci ilin yanvarın 23-də təsis edildiyi yazılıb. «Azertikinti-M» MMC-nin qanuni təmsilşisi Orucov Araz Almaz oğlunun da Gürcüstan əsilli olması şirkətin birbaşa Mahir Mahir Abbaszadə ilə bağlı olduğuna bir işarədir. Yoxsa MMC son beş ildə yalnız Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun tenderlərinin deyil, başqa bir dövlət qurumunun satınalmasının da qalibi olardı.

Aktualinfo.org

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Ölkə

19-10-2023, 19:49

Dövlət Sərhəd Xidməti tenderlərdə saxtakarlıqları davam etdirir

Cəmiyyət

19-10-2023, 14:45

Dövlət Sərhəd Xidməti tenderlərdə saxtakarlıqları davam etdirir

Sosial

3-05-2024, 10:03

“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib

Cəmiyyət / Ölkə

25-04-2023, 10:30

“Qaçqınkom” Bakı polisinin barəsində axtarış verdiyi şəxsə 615 min manatlıq tender verdi

Gündəm / Sosial

25-08-2023, 12:56

72 yaşlı qadın 2,5 milyon manatlıq dövlət sifarişini necə həyata keçirəcək, ay Sahil Babayev?

Sosial

14-06-2023, 19:12

Bu şəxslərə verilən müavinətlər avqust ayından DAYANDIRILACAQ

Gündəm / Bölgə

20-06-2023, 16:47

Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək – Fantastikadı, deyilmi?

Gündəm / Sosial

29-02-2024, 11:58

Yataqxanalarda yaşayan məcburi köçkünlərlə bağlı təklif

Araşdırma

18-03-2024, 00:30

Yeni nazir Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş şübhəli tenderlərin “SİRR”-ni çözə biləcəkmi?

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Dünən, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Dünən, 13:51
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Dünən, 13:12
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Dünən, 12:52
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Dünən, 11:47
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Dünən, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Dünən, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Dünən, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Dünən, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Dünən, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Dünən, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Dünən, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • 22-09-2026, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • 22-09-2026, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • 22-09-2026, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • 22-09-2026, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • 22-09-2026, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • 22-09-2026, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • 22-09-2026, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • 22-09-2026, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə