Sizin reklam burada 728×90
Son dəqiqə

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir - FOTO

14.04.2023 20:41 455 1 dəq oxunur
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir - FOTO
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bakunews.az-ya verilən məlumata görə, rayonunun müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, dayanma-durma və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin şəxslərlə izahedici söhbətlər aparılıb, yol verdikləri qayda pozuntuları onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər olunub.




Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az