Sizin reklam burada 728×90
Son dəqiqə

Zaqatalada avtomobillərinə əlavə avadanlıqlar quraşdıran sürücülər müəyyən olunub

11.02.2023 19:18 627 1 dəq oxunur
Zaqatalada avtomobillərinə əlavə avadanlıqlar quraşdıran sürücülər müəyyən olunub
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.az-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən olunub. Onlarla profilaktiki söhbətlər aparılıb və bu kimi halların özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün də təhlükə yaratdığı həmin şəxslərə izah olunub. Əvvəllər də bir neçə dəfə xəbərdarlıq olunsa da bundan nəticə çıxarmayan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az