Sizin reklam burada 728×90
Son dəqiqə

DİN: Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO/VİDEO

16.01.2023 18:02 542 1 dəq oxunur
DİN: Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO/VİDEO
bakunews.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində “LADA” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Araşdırmalar zamanı şəhər sakini Şahin Məmmədov qanun pozuntularını narkotik vasitənin təsiri altında törətməsi məlum olub.

DİN: Dəfələrlə anolji əməllər törətməsinə görə inzibati tənbeh tədbiri görülən Ş. Məmmədov barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 25 gün inzibati qaydada həbs olunub.

bakunews.az



Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az