• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Zaqatalada Qaz İstismar İdarəsində ciddi iddialar – həm əməkdaşlar, həm də abonentlər şikayətçidir

Bölgə

24-01-2026, 04:43

Bakunews.az-a Zaqatala Qaz İstismar İdarəsinin əməkdaşları və abonentləri tərəfindən daxil olan müraciətlərdə idarənin rəisi Azər Musayevin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir. Anonim qalmasını istəyən idarə əməkdaşı bildirir ki, Azər Musayev rəhbərlik etdiyi müddətdə iclaslarda qeyri-etik ifadələr işlədir, işə aid olmayan mövzularda danışır, əməkdaşları açıq şəkildə təhqir edir və onları psixoloji təzyiq altında saxlayır. Onun sözlərinə görə, idarədə qorxu mühiti formalaşıb və işçilər işlərini itirməmək üçün susmağa məcbur qalırlar.

Müraciətdə qeyd olunur ki, Azər Musayev daha əvvəl Salyan regionunda və Balakən rayonunda da rəhbər vəzifələrdə çalışıb, lakin işçilərlə davranışına görə həmin ərazilərdən uzaqlaşdırılıb. İddia edilir ki, Zaqatalada da eyni idarəçilik üslubu davam etdirilir və şikayət edən əməkdaşlar əsassız töhmətlərə, saxta ittihamlara və işdən çıxarılma hədələrinə məruz qalırlar.

Əməkdaşın bildirdiyinə görə, hazırda qanunsuz qaz xətlərinin yeri dəyişdirilir, sayğaclar qəsdən passiv vəziyyətə salınaraq sonradan 1500–2000 manat qarşılığında pay torpaqlarında tikilmiş evlərə satılır. Qanunla mümkün olmadığı halda ölü adına olan qaz xətləri saxlanılır, ad dəyişikliyi üçün vətəndaşlardan 150–200 manat tələb edilir. Yeni qaz çəkilən evlərdə isə podratçı üzərindən 50 manat ödəniş verilmədikdə qazın qoşulmasına icazə verilmir. Bayram və istirahət günlərində işçilərin əlavə ödəniş olmadan işə cəlb edildiyi, etiraz edənlərə isə “istəmirsənsə, ərizəni yaz” deyildiyi də iddialar sırasındadır.



Müraciətdə həmçinin bildirilir ki, rəhbərlik işçiləri məqsədli şəkildə vətəndaşlarla qarşıdurmaya sövq edir, qazın kəsilməsi zamanı qəsdən gərginlik yaradılmasını tapşırır, yaranan insidentlərdə isə məsuliyyət sıravi əməkdaşların üzərinə atılır. İddialara görə, şəhid ailələri ilə bağlı səsləndirilən “dövlət pul verir, ondan ödəsin” kimi ifadələr də ciddi narazılıq doğurur.

Şikayətdə vurğulanır ki, idarə rəhbərinin aylıq 13 500 manat maaş və 3 500 manat bonus əldə etməsi fonunda, maaşı 500–600 manat civarında olan sıravi əməkdaşlara təzyiq göstərilir və onların qanunsuz göstərişləri yerinə yetirməyə məcbur edildiyi iddia olunur. Bildirilir ki, artıq bu cür vəziyyətə dözə bilməyən bəzi işçilər könüllü şəkildə işdən ayrılmağa məcbur qalıb.



Şikayətlər təkcə idarə əməkdaşları ilə məhdudlaşmır. Zaqatala rayon Əliabad kənd sakini, abonent Məmmədova Nailə Heydər qızı bildirir ki, heç bir əsaslı səbəb göstərilmədən onun qaz təchizatı üç ay müddətinə dayandırılıb. Yalnız baş idarəyə müraciət etdikdən və oradan qazın bərpası ilə bağlı rəsmi cavab aldıqdan sonra qaz verilişi təmin edilib. Abonent iddia edir ki, bir müddət sonra yenidən qaz təchizatı dayandırılıb və bu dəfə səbəb kimi “hörmət etməməsi” və birbaşa baş idarəyə şikayət etməsi göstərilib. Onun sözlərinə görə, bu hal açıq-aşkar təzyiq və cəza xarakteri daşıyır və vətəndaşın qanuni şikayət hüququnun pozulmasıdır.

Şikayətçilər aidiyyəti qurumları səsləndirilən iddiaları araşdırmağa və məsələyə hüquqi qiymət verməyə çağırırlar.

Qeyd edək ki, yazıda yer alan iddialar müraciət edən şəxslərin bildirdikləridir. Şikayətçilərin sayının çox olması səbəbindən digər müraciətlər növbəti yazılarda dərc ediləcək. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azəriqaz İB tərəfindən açıqlama verilib, N.H.Məmmədova Zaqatala rayonu Əliabad qəsəbəsində mərhum Süleymanov Rəsul Süleyman oğlunun adına olan qaz hesabının (254706500207040) kürəkəni Turan Məmmədovun adına rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Bununla bağlı yerində keçirilən baxış zamanı Rəsul Süleymanova məxsus tikilidə yaşayış olmadığı, onun adına olan Zenner G4T markalı 21110490637 saylı sayğacın birləşdirildiyi qaz xəttindən həmin həyətyanı sahədə yerləşən və dəmir hasarla ayrılmış yeni inşa edilmiş Turan Məmmədova məxsus fərdi yaşayış evinə özbaşına qaz xətti çəkilərək qazdan istifadə edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən qaz xətti qazpaylayıcı şəbəkəyə qoşulma yerində qaynaqla kəsilmişdir. Eyni zamanda Məmmədova Nailə Heydər qızına yeni tikilmiş fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”na uyğun olaraq, həmçinin qaz hesabının vəfat edən şəxsin adından vərəsəlik hüququ olan şəxsin adına keçirilməsi və yeni qazın alqı-satqı müqaviləsinin bağlanılması üçün “ASAN xidmət” mərkəzinə müraciət etməsi izah olunmuşdur. Bundan sonra müraciət əsasında mərhum R.S.Süleymanova məxsus evin (yaşayış olmayan köhnə ev) 254706500207040 saylı qaz hesabı Səfərova Gülbahar İskəndər qızının adına rəsmiləşdirilmişdir. Lakin N.H.Məmmədovun şikayətində göstərilən yeni fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı “ASAN xidmət” mərkəzinə müraciət edilməmiş, əksinə hazırda G.İ.Səfərovaya məxsus olan sayğac vasitəsilə təkrar yeni fərdi yaşayış evinin şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. N.H.Məmmədovanın adına həmin ünvanda fərdi yaşayış evi və qaz hesabı mövcud deyildir və sözügedən evin qaz təminatının qanunsuz olaraq dayandırılması, onun yenidən bərpası ilə bağlı qeyd olunanlar isə tamamilə əsassızdır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-10-2025, 17:47

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Cəmiyyət

31-10-2025, 07:02

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

11-12-2025, 16:19

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq Dekabr 10, 2025

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Ölkə

31-10-2024, 14:06

Əcnəbi və vətəndaşlığı olmayanlarla bağlı yeni qayda

Gündəm / Təhsil

24-10-2025, 13:19

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Cəmiyyət

8-10-2025, 11:07

BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN ŞAHI - ELMİR RAMAZANOV VƏ XAN - VƏZİR HƏSƏNOV -İLGİNC FAKTLAR

Cəmiyyət

18-12-2025, 12:36

BDU-nin rektoru Elçin Babayevin gizlin əməlləri ifşa olundu-Faktlar

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Cəmiyyət

7-10-2025, 12:07

GÖMRÜKDƏ MİLYONLAR NECƏ TALAN EDİLİR… – Yaxud “tam şəffaf” işlədiyini iddia edən Şahin Bağırov qızıl stəkanı kimdən və nə məqsədlə hədiyyə alıb? -ŞOK FAKTLAR

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Bu gün, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • Dünən, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Dünən, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Dünən, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Dünən, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Dünən, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Dünən, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Dünən, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Dünən, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Dünən, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Dünən, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Dünən, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Dünən, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Dünən, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Dünən, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Dünən, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dünən, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Dünən, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Dünən, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Dünən, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Dünən, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • 6-11-2026, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • 6-11-2026, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • 6-11-2026, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • 6-11-2026, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • 6-11-2026, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • 6-11-2026, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • 6-11-2026, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • 6-11-2026, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə