• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bakı Merinin tapşırığı Yasamalda niyə işləmir? Mübahisəli tikinti diqqət mərkəzində VİDEOFAKT

Video / Sosial

20-07-2026, 23:21

Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən paytaxtın rayon icra hakimiyyətlərinə qanunsuz tikintilərin qarşısının qəti şəkildə alınması, belə hallara yol verilməməsi və nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş və tövsiyələr verildiyi bildirilir. Bu istiqamətdə əvvəlki illərdə də rayon rəhbərlərinə qanunsuz tikintilərə görə şəxsi məsuliyyət daşıdıqları barədə rəsmi xəbərdarlıqlar edilib.
Lakin Yasamal rayonu ərazisində müşahidə olunan vəziyyət bu göstərişlərin tam şəkildə icra olunmadığı barədə ciddi suallar yaradır.

İddialara görə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərlik etdiyi qurum, eləcə də şəhərsalma sahəsinə cavabdeh aidiyyəti strukturlar rayon ərazisində aparılan bəzi iri tikinti işlərinə lazımi nəzarəti həyata keçirmir və nəticədə qanun pozuntularına göz yumulduğu barədə iddialar səsləndirilir.

Redaksiyamızın Xıdır Mustafayev və Abbas Mirzəzadə Şərifzadə küçələrinin arasında apardığı müşahidələr zamanı tikinti meydançasında təhlükəsizlik qaydalarına əməl olunmaması, hündürmərtəbəli tikilinin ətraf obyektlərlə ara məsafəsinin mübahisə doğuracaq şəkildə yaxın olması, əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməməsi ehtimalı və digər məqamlar diqqəti cəlb edib.

Məsələ ilə bağlı redaksiyamız tərəfindən dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə və aidiyyəti şəhərsalma qurumlarına rəsmi sorğular göndərilməsinə baxmayaraq, ya ümumiyyətlə cavab verilməyib, ya da "araşdırılacaq" və ya "tikinti başa çatdıqdan sonra məlumat veriləcək" məzmunlu cavablarla kifayətlənilib. Halbuki, mümkün qanun pozuntularının tikinti başa çatdıqdan sonra deyil, tikinti prosesi zamanı araşdırılması daha məqsədəuyğun hesab olunur.

Yaranmış vəziyyət fonunda aşağıdakı suallar aktuallığını qoruyur:

* Əgər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikintilərin qarşısının alınması barədə göstərişlər verilibsə, Yasamal rayonunda bu nəzarət niyə effektiv görünmür?
* Tikintinin bütün icazə və razılaşdırıcı sənədləri mövcuddurmu?
* Tikinti prosesinə cavabdeh dövlət qurumları ərazidə monitorinq aparıbmı və bunun nəticələri nə olub?

Qeyd edirik ki, yazıda yer alan bəzi məqamlar redaksiyaya daxil olmuş məlumatlar və müşahidələr əsasında irəli sürülən iddialardır. Redaksiya olaraq Yasamal Rayon İcra Hakimiyyətinin, aidiyyəti şəhərsalma qurumlarının və tikintini həyata keçirən tərəfin mövqeyini dərc etməyə hazırıq.

"Eldar Əzizov Bakıda qanunsuz tikililərlə bağlı icra ..."

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

11-07-2024, 12:14

Bakı merinin danladığı Elşad Həsənov DÜZƏLƏN DEYİL... - ÇÜNKİ...

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Araşdırma / Video

22-01-2026, 16:12

Nəsimidə tikinti qadağası kağız üzərində qalır? Rayon icrası Bakı merinin qərarını niyə görməzdən gəlir

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

10-05-2024, 10:03

Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Gündəm / Cəmiyyət

20-02-2025, 12:08

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

Cəmiyyət

21-02-2025, 11:28

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Gündəm / Cəmiyyət

18-09-2024, 13:10

Qazaxda “at oynadan” biznesmen kollec direktorunun “krışası” kimdir? - Aylığa bağlanan tələbələr, qohum-əqrəba yığıncağı

Gündəm / Siyasət

4-05-2024, 11:21

Gürcüstan yenə çalxalanır-Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı? - TƏHLİL

Araşdırma
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
Hadisə
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
9-09-2026, 17:45
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
9-09-2026, 16:55
"Unibank və Leo Bank"ın ortaq oyunu: Vətəndaş iki bankın arasında qalıb
Xəbər lenti
  • Dünən, 15:00
    Livan ölkənin cənubunda BMT sülhməramlı qüvvələrinin mandatının uzadılmasını istəyib
  • Dünən, 14:00
    Azərbaycan təmsilçisi bu gün "Sea Breeze 2026" beynəlxalq turnirində final oyununa çıxacaq
  • Dünən, 13:00
    Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  • Dünən, 12:30
    Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
  • Dünən, 12:00
    Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
  • Dünən, 11:00
    Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib
  • Dünən, 10:30
    Premyer Liqa: Bu gün "Zirə" "Qarabağ"la üz-üzə gələcək
  • Dünən, 10:00
    İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var
  • 12-09-2026, 19:21
    Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
  • 12-09-2026, 18:00
    Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
  • 12-09-2026, 17:51
    Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
  • 12-09-2026, 17:30
    Gələn il BRICS-ə sədrliyi bu ölkə edəcək
  • 12-09-2026, 17:00
    Keçmiş baş nazir film və serial istehsal edən şirkət qurdu
  • 12-09-2026, 16:13
    Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
  • 12-09-2026, 16:05
    “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • 12-09-2026, 15:39
    Tramp: Husilər ABŞ-a müraciət edərək müharibə etmək istəmədiklərini çatdırıblar
  • 12-09-2026, 15:26
    Törətdiyi iqtisadi təxribatlara görə Məmməd Musayevi nələr gözləyir? -DETALLAR
  • 12-09-2026, 15:04
    Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər
  • 12-09-2026, 12:36
    Sabah 33 dərəcə isti olacaq
  • 12-09-2026, 12:30
    Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq
  • 12-09-2026, 11:58
    Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
  • 12-09-2026, 11:47
    Bakının qanını içən ZƏLİ... ZÜLFƏLİ... - FAKT BUDUR!
  • 12-09-2026, 11:26
    Azərbaycan neftinin qiyməti 120 dolları keçib
  • 12-09-2026, 11:13
    "Şəki türməsi"nin rəisi nə işlərlə məşğuldur? - şok İDDİA!
  • 12-09-2026, 10:50
    Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
  • 12-09-2026, 09:42
    Feyziyev qanunlarla ÜZ-ÜZƏ... - CƏZA GƏLDİ...
  • 12-09-2026, 09:31
    Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq
  • 12-09-2026, 09:20
    Sabiq müavinin xanımı ilə yarım milyonluq müqavilə imzalanıb - AY MAŞALLAH...
  • 12-09-2026, 09:04
    "Reuters": Səudiyyə Ərəbistanına hücumlardan sonra İraq İranla sərhəd-keçid məntəqəsini bağlayır
  • 11-09-2026, 22:30
    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
  • 11-09-2026, 19:00
    Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
  • 11-09-2026, 18:30
    Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
  • 11-09-2026, 18:06
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • 11-09-2026, 17:54
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 17:45
    “Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə