Sizin reklam burada 728×90
Son dəqiqə

Eyni anda dünyanın 5 nüfuzlu universitetinə qəbul oldu

14.07.2022 22:36 748 1 dəq oxunur
Eyni anda dünyanın 5 nüfuzlu universitetinə qəbul oldu
Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının məzunu Məhərrəm Cəbrayılov təhsilini ABŞ-ın Luiziyana Dövlət Universitetində davam etdirəcək.

M.Cəbrayılov bu universitet ilə yanaşı, ABŞ-ın İllinoys Universitetinin eyni ixtisas üzrə doktorantura pilləsində tam təqaüdlə, İtaliyanın Milan Politexnik Universiteti, Almaniyanın Hamburq Texnologiya Universiteti və Kanadanın Alberta Universitetinin magistr pilləsinə (Kimya mühəndisliyi - təqaüdsüz) qəbul alıb.

Məhərrəmin alacağı təqaüd məbləği illik 28.000 ABŞ dolları təşkil edir.

O, hazırda Universitetdə professor James Dormanın rəhbərlik etdiyi nano-materiallar və katalizatorlar laboratoriyasında tədqiqatçı tələbə kimi fəaliyyət göstərir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az