Sizin reklam burada 728×90
Son dəqiqə

Bədəni çürüyən azərbaycanlı modeldən YENİ AÇIQLAMA -

31.08.2023 19:48 309 1 dəq oxunur
Bədəni çürüyən azərbaycanlı modeldən YENİ AÇIQLAMA -
"İnsan pis olanda pis əməlləri yadına düşür. İstəyirəm kini qırağa qoyub mənə dua edəsiniz".

BakuNews.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri plastik əməliyyatlar nəticəsində bədəni çürüyən azərbaycanlı model və bloger Leyla Mirzəliyeva sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, kimə pislik edibsə ona halallıq versinlər:

"Bir ara elə bil hiss edirdim başıma gələcəkləri... Son ərəfələr kimin xətrinə dəymişdim, kimin qəlbini qırmışdım qürurumu tapdalayaraq üzr istəyirdim. Düzdü insanın qəlbi qırılanda üzrə ehtiyac da görmür.

Sözlərimlə, hərəkətlərimlə kimin qəlbinə dəymişəmsə böyük qəlbnən üzr istəyirəm. İnsan pis olanda pis əməlləri yadına düşür. İstəyirəm kini qırağa qoyub mənə dua edəsiniz".

Qeyd edək ki, model iki gün əvvəl sosial şəbəkədə video paylaşaraq vurdurduğu silikonlardan bədəninin çürüdüyünü bildirib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az