Sizin reklam burada 728×90
Son dəqiqə

“Terminator”un yubileyi: Şvartseneggerin 75 yaşı tamam oldu

31.07.2022 16:53 517 1 dəq oxunur
“Terminator”un yubileyi: Şvartseneggerin 75 yaşı tamam oldu
Şənbə günü Arnold Şvartseneggerin 75 yaşı tamam olub.

bakunews.az oxu.az-a istinadən xəbər verir ki, məşhur aktyor 1947-ci il iyulun 30-da Avstriyanın Qraz şəhəri ətrafında anadan olub.

14 yaşında sovet ağır atleti Yuri Vlasovun idman qələbələrindən ilhamlanan gənc Arni bodibilder olmağa qərar verib.

Sonrakı karyerası ərzində o, yeddi "Cənab Olympiya" titulunu qazanıb və "Terminator", "Yırtıcı", "Barbar Konan" kimi oçxsaylı filmlərdə rol alıb.

Aktyor həmçinin 2003-cü ildən 2011-ci ilə qədər Kaliforniyanın qubernatoru olub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az