Sizin reklam burada 728×90
Son dəqiqə

O, dünyanın ən yaraşıqlı kişisidir

26.07.2022 18:52 662 1 dəq oxunur
O, dünyanın ən yaraşıqlı kişisidir
Dünyanın ən yaraşıqlı kişisi seçilib.

bakunews.az axşam.az-a istinadən bildirir ki, bu statusa çinli aktyor, müğənni Syao Can (Xiao Zhan) layiq görülüb.

Belə ki, "Nubia" onlayn jurnalı 5 ay ərzində dünyanın ən yaraşıqlı kişisi ilə bağlı sorğu keçirib. Nəşrin sorğusu zamanı Syao birinci olub.

Səsvermədə 189 ölkədən 11 milyondan çox insan iştirak edib. Onlardan 2,2 milyonu səsini Syaoya verib.

İkinci yerə Cənubi koreyalı müğənni-bəstəkar və aktyor Kim Tae-hyun çıxıb. Üçüncü isə çinli aktyor, rəqqas və teleaparıcı Vanq Yibo olub.

Namizədlər arasında aktyorlar Henri Kavill, Tom Holland, Timoti Şalame, müğənnilər Castin Biber, futbolçu Kriştiano Ronaldonun adı da olub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az