• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Dövlət Sığorta Kommersiya Şirkəti yenidən təşkil ediləcək - FƏRMAN

Siyasət

16-07-2022, 17:32

Prezident İlham Əliyev "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.

bakunews.az azertac-a istinadən bildirir ki, Fərmanla "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alınır:

1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyət "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;

2.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılır;

2.3. Cəmiyyətin Direktorlar Şurası "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 26.1.4-26.1.6-cı və 29.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:

1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2. İdarə Heyətinin üzvlərinin, o cümlədən onun sədrinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

4. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

5. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;

3.2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan İnvestisiya Holdinqi:

5.1. Cəmiyyətin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

16-07-2022, 17:37

“Azər-Türk Bank”ın idarə edilməsi təkmilləşdirilir

İqtisadiyyat

16-07-2022, 21:58

“Azərsığorta” səhmdar cəmiyyətinə çevrilib, Direktorlar Şurasının tərkibi təsdiqlənib

Siyasət

5-08-2022, 12:34

Bu Komissiyanın tərkibində dəyişiklik edildi

Cəmiyyət

15-08-2022, 16:50

Üç universitet publik hüquqi şəxsə çevrildi (YENİLƏNİB)

Siyasət

6-08-2022, 13:45

Azad edilmiş ərazilərdə bu məsələ ilə bağlı işçi qrup yaradıldı

Siyasət

26-08-2022, 17:15

Prezident fərman imzaladı

Siyasət

6-09-2022, 16:54

1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl və Qubadlıda da fəaliyyət göstərəcək

Siyasət

19-08-2022, 18:44

Ali Baş Komandan TƏSDİQLƏDİ - hərbçilərlə bağlı

Siyasət

23-08-2022, 15:01

Azərbaycanla Özbəkistan arasında bu sazişlər təsdiqləndi

Siyasət

28-07-2022, 20:00

Təhsil Nazirliyinin adı dəyişdirildi

Araşdırma

21-06-2022, 16:36

Cavid Qurbanovun yerinə KİMİ GƏTİRİRLƏR...

İqtisadiyyat

18-03-2023, 23:56

"PAŞA Sığorta" “Kompakt” könüllü sağlamlıq sığortası məhsulunu təqdim edib

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Dünən, 21:44
    Lənkəranda gənc yazar Aynur İsmayılın “Təsadüfmü, zərurətmi?” kitabının təqdimatı keçirilib
  • Dünən, 19:01
    Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
  • Dünən, 18:45
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Dünən, 18:28
    Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan
  • Dünən, 18:06
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Dünən, 17:55
    Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur" - Video
  • Dünən, 17:08
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Dünən, 16:52
    Elçin Yusubov baş məsləhətçiyə 80 minlik xidməti avtomobil verib - TƏFƏRRÜAT
  • Dünən, 16:14
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:52
    YAP-ın Balakən təşkilatının eks sədri həbs edildi - BUNA GÖRƏ...
  • Dünən, 15:33
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Dünən, 15:02
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Dünən, 14:45
    Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • Dünən, 14:25
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Dünən, 13:11
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Dünən, 13:05
    Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
  • Dünən, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Dünən, 12:39
    Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • Dünən, 12:19
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Dünən, 12:11
    Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
  • Dünən, 11:49
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Dünən, 11:38
    Mandatından İMTİNA EDİR? - GƏLİŞMƏ
  • Dünən, 11:04
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Dünən, 10:47
    Mikayıl Cabbarovun sevimli kadrı HƏBS OLUNA BİLƏR - İDDİA
  • Dünən, 10:22
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 09:54
    Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi
  • Dünən, 09:25
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Dünən, 09:17
    "Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
  • Dünən, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-10-2026, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • 25-10-2026, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • 25-10-2026, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • 25-10-2026, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • 25-10-2026, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • 25-10-2026, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə