Sizin reklam burada 728×90
Son dəqiqə

ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

19.09.2023 17:35 502 1 dəq oxunur
ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Bu barədə ATƏT sədri özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, görüş bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində baş tutacaq.
ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə diplomatik təması davam etdirmək və davamlı sülh yolunda səyləri prioritetləşdirmək çağırışını yeniləyəcəyini bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az