Sizin reklam burada 728×90
Son dəqiqə

ABŞ-dakı icmamız terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib - BƏYANAT

28.01.2023 19:23 511 1 dəq oxunur
ABŞ-dakı icmamız terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib - BƏYANAT
ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin İrandakı Səfirliyinə xain hücumu qətiyyətlə pisləyib.

Azərbaycan icması adından beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda 27 yanvar 2023-cü il tarixində törədilən, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin təhülkəsizlik xidməti rəisinin qətli və iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı, İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

Azərbaycan əsilli amerikalılar İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin önəminə diqqəti cəlb ediblər.

İran İslam Respublikasının Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini pisləyən soydaşlarımız ABŞ və beynəlxalq ictimaiyyəti regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə ədalətli mövqe tutmağa çağırıblar.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az