• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ankaradan İrəvana müharibə xəbərdarlığı - “Bakı ilə sülh istəmirsinizsə, açıq deyin!”

Siyasət

24-08-2022, 17:45

Paşinyan isə yenə "nala-mıxa" vurdu: "Qonşular bizdən çox yüksək bədəl tələb edir və ya düşünürlər ki, biz onlardan çox şey istəyirik..."

bakunews.az musavat.com-a istinadən bildirir ki, yaxın günlərdə və ya uzağı bir həftəyə Azərbaycan Qarabağda daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edəcək. Bununla da separatçı-quldurların arealı bir az da daralacaq. Söhbət 10 noyabr üçtərəfli sənədi əsasında alternativ Laçın yolunun işə düşməsi ilə bizə təhvil verilməli olan ərazilərdən gedir.

Beləcə, kapitulyasiya aktının bəndləri bir-bir reallaşdıqca torpaqlarımızda 30 ildən çoxdur at oynadan kriminal ünsürlərin dövranı da sona, Azərbaycan dövləti isə öz əsas hədəfinə yaxınlaşır. Bu isə həm də o anlama gəlir ki, yaxın zamanlarda, hələ Rusiya sülhməramlı kontingentin səlahiyyət müddəti bitənədək - 2025-ci ilədək Qarabağ anklavındakı ermənilər öz seçimlərini etməli olacaqlar.

Doğrudur, bu heç də asan olmayacaq. Ən azı o səbəbə ki, separatçı rejim ötən illər ərzində əlindən gələni edib ki, orda əli silah tutan ermənilərin mütləq əksəriyyəti Azərbaycan dövlətinə qarşı hansısa cinayətə bulaşsın. İstisna deyil ki, "qızıl amnistiya"ya ehtiyac yaranacaq.

Hələliksə, nə qədər ki, qanunsuz silahlı dəstələr ərazimizdən çıxarılmaq əvəzinə, oradakı rus hərbi kontingentinin himayəsi altındadır, erməni mülki əhalinin tezliklə və kütləvi şəkildə Azərbaycan vətəndaşlığını qəbul edəcəyindən danışmağa dəymir. 10 noyabr sənədinin 4-cü bəndi reallaşandan sonra isə vəziyyət, əlbəttə, başqa olacaq. Çünki orada yaşayan erməni anlayacaq ki, Rusiya hərbçiləri də müvəqqətidir.

Rusiya kontingenti isə rusiyalı analitiklərin də proqnoz elədiyi kimi, böyük ehtimalla 2025-ci ildən sonra Qarabağda qalmayacaq. Çünki Azərbaycan onların mandatını uzatmayacaq. Bəzi erməni siyasi avantüristləri iddia edirlər ki, guya Qarabağdakı erməni əhalinin tələbi ilə Rusiya sülhməramlılarını Fransa kontingenti əvəzləyə bilər. Sanki mifik "artsax" beynəlxalq hüququn subyekti imiş! Amma buna necə nail olacaqlar? İzah edə bilmirlər.

Azərbaycanın razılığı olmadan suveren ərazimiz olan Qarabağa hansı dövlət sülhməramlı adı ilə hərbçilər göndərə bilər ki? Lap Fransa və ya ABŞ olsun. Biz minlərlə şəhidi ona görə verdik ki, ermənilər torpaqlarımızda cəzasızcasına yenə istədiklərini eləsinlər? Əlbəttə ki, yox. Separatçıların qatarı çoxdan gedib, "status", Minsk Qrupu çoxdan gorbagor olub. Geriyə heç vaxt dönüş olmayacaq.

Bunu ilk növbədə İrəvan rəsmiləri nə qədər tez anlayıb gerçəyi olduğu kimi qəbul eləsələr, bir o qədər öz xalqı üçün, illah da Qarabağda ilişib qalmış bir ovuc soydaşları üçün yaxşı olar. Əfsus ki, belə praqmatik yanaşmanı hələ görmürük. Əksinə, Ermənistan cəmiyyətində həm də hakim qüvvənin konstruktiv olmayan siyasətinin nəticəsi kimi Türkə nifrət ruhu güclü olaraq qalır. Bu da növbəti "isti" fakt.

Ermənilərin Rusiyaya münasibəti niyə pisləşib?

Bu ilin iyul-avqust aylarında "Gallup İnternational"ın Ermənistanda keçirdiyi telefon sorğusunun nəticələrinə görə, respondentlərin 44%-dən çoxu Paşinyanla Ərdoğanın az öncəki telefon danışığına mənfi reaksiya verib. Belə ki, rəyi soruşulanların 34,6% hadisəni "son dərəcə mənfi", 9,8% isə "kifayət qədər mənfi" qiymətləndirib. Respondentlərin 9,4%-i zəngləri "son dərəcə müsbət", digər 21,8%-i isə "kifayət qədər müsbət" hesab elədiyini bildirib. 24,5%-i isə cavab verməkdə çətinlik çəkib.

Düzdür, bəzi pozitiv və kövrək gəlişmələr də var. Məsələn, srağagün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanı təmsil edən vitse-spiker Ruben Rubinyan Türkiyədə baş vermiş faciəvi yol qəzası ilə bağlı başsağlığı verib. Rubinyan özünün tvitter səhifəsində yazıb: "Qaziantep və Mardində baş vermiş yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm".

Rubinyan başsağlığı mesajını Türkiyənin danışıqlarda xüsusi nümayəndəsi səfir Serdar Kılıça və Türkiyə Xarici İşlər Nazirliyinə müraciətən yazıb. Keçən həftə isə Kılıç İrəvandakı "Sürməli" TM-dəki yanğın və tələfatla bağlı oxşar məzmunlu başsağlığı vermişdi.

Ancaq bunlar, sözsüz ki, iki xalq arasında etimad mühitinin yaranması üçün çox azdır.

"İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı sülh müqavilə nəticəsində təmin oluna bilər. Ermənistan regionda sülh və əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Haber Global" televiziyasına müsahibəsində deyib.

Nazir eyni zamanda ermənilərin hər yeri dağıtdığına diqqət çəkərək söyləyib: "Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər. Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada (Xankəndi və ətraf ərazilərdə - red.) yaşaya bilər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir".

Lakin Azərbaycan-Ermənistan sülh müqaviləsi necə reallaşa bilər, əgər hələ də kapitulyant ölkənin indiki konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası yer alırsa. Söhbət ilk növbədə Ermənistanın ölkəmizə qarşı torpaq iddiasını əks etdirən 23 avqust 1991-ci il Ermənistan Müstəqillik Bəyannaməsinin bütünlüklə konstitusiyada əks olunmasından gedir.

Yeri gəlmişkən, erməni xalqına yalnız faciələr bəxş eləmiş həmin bəyannamənin qəbulundan dünən düz 32 il ötdü. Bununla bağlı xalqa müraciətində isə baş nazir Nikol Paşinyan yenə "nala-mıxa" vurub. Bilmək olmur, o, gerçəkdən sülh istəyir, yoxsa müharibə.

Müraciətdən sitat: "Ermənistan üçün müstəqillik - qonşularla yaxşı nizamlanmış münasibətlər və digər dövlətlərlə isə möhkəm müttəfiqlik münasibətləri deməkdir. Bəzi qonşularla bizim əla münasibətlərimiz olsa da, digərləri ilə ciddi irəliləyiş yoxdur, çünki onlar bizdən çox yüksək bədəl tələb edir və ya hesab edirlər ki, biz onlardan çox şey istəyirik".

Paşinyn ad çəkməsə də, şübhəsiz ki, Azərbaycan və Türkiyəni nəzərdə tutur. Gileyi də bu iki ölkəyə ünvanlanıb. Özü də tam əsassız yerə! Çünki hamı bilir ki, Bakı və Ankaranın İrəvandan tək tələbi sonuncunun beynəlxalq hüquqa sayğılı olub, nəhayət, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıması, ardınca öz konstitusiyasını buna uyğunlaşdırmasıdır.

Bunun indi harası "yüksək bədəl tələbi" oldu? Ermənistan nədən hələ də xəyallarla yaşayır? Ona görə ki, Nikolun ifadə elədiyi kimi, Ermənistan rəhbərliyi Bakı və Ankaradan həqiqətən "çox şey" istəyir. Bu isə heç vaxt həyata keçməyəcək. Odur ki, rəsmi İrəvan dəqiq bəyan eləməlidir: o, sülhdən yanadır, yoxsa... Ki, hamı öz işini bilsin.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-07-2022, 20:31

Xankəndi və Əsgəran ordumuzun “ovucunun içinə” düşür - DETALLAR

Siyasət

5-08-2022, 14:14

Ermənilərin masasında Azərbaycan bayrağı - Rusiya XƏBƏRDAR ETDİ

Siyasət

17-08-2022, 13:53

Qarabağda ermənilər tərksilah olunur - Quldur dəstələrdən ağır silahlar alınır

Siyasət

12-08-2022, 19:00

Prezident İrəvana vaxt qoydu: Zəngəzur dəhlizi...

Cəmiyyət

7-08-2022, 15:33

“Bayraktar” üçün darıxan və qaşınan ermənilər – Savaş 45-ci günə keçsə...

Dünya

4-08-2022, 15:01

Paşinyan Azərbaycanın tələblərini qəbul etdiyini açıqladı, Rusiyanı tənqid etdi

Siyasət

9-08-2022, 11:46

“Qafqaz qaraçıları” Laçından çıxır - Bakının ultimatumu işə düşdü

Siyasət

13-08-2022, 18:25

İrəvanın “sehrli çubuğu” belə sındırıldı - Ter-Petrosyan 25 il öncə nə demişdi...

Dünya

23-08-2022, 13:23

Ermənistanda “böyük partlayış” gözlənilir: İrəvan üçün ən ağır ay gəlir

Cəmiyyət

6-08-2022, 12:53

Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar

Cəmiyyət

8-08-2022, 12:29

Ermənilər Laçını tərk etməyə başladı

Siyasət

4-08-2022, 19:19

Azay Quliyev: "Mirzoyanın səfirlərlə görüşdə söylədiyi yalanlara heç bir ciddi diplomat inanmaz"

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • Bu gün, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
  • Bu gün, 18:18
    Var dövləti ilə tanınan deputatın mandatı əlindən alındı
  • Bu gün, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Bu gün, 18:01
    13 tibb işçisi eyni gündə işdən çıxarılıb: 20 dəqiqəyə arayış veribmişlər - TƏFƏRRÜAT
  • Bu gün, 17:48
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə