• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH

Siyasət

15-07-2026, 15:14

Şuşa Qlobal Media Forumu təkcə beynəlxalq media nümayəndələrini bir yerə toplayan platforma deyil. Bu Forum eyni zamanda Azərbaycanın bütün dünyaya regiondakı yeni geosiyasi reallıqları və rəsmi Bakının əsas strateji hədəflərini, xarici siyasət kursunu birbaşa bəyan etdiyi tribunadır.

Prezident İlham Əliyevin 13-14 iyul tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumu çərçivəsindəki fikirləri, jurnalistlərin suallarına verdiyi cavablar, əslində, ölkənin xarici və iqtisadi siyasətinin çoxvektorlu xarakterini nümayiş etdirdi. Açıqlamalardan da aydın olur ki, bu çoxvektorlu xarici əlaqələr sistemində Çinlə münasibətlər və Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət kəsb edir.

Şərqlə Qərbi birləşdirən strateji nöqtədə yerləşməsi, Çinlə münasibətləri dərinləşdirməsi, balanslı xarici siyasət yürütməsi rəsmi Bakıya imkan verir ki, regionda təhlükəsizlik və sabitlik təminatçısı rolunu daha da gücləndirsin. Paralel olaraq isə Azərbaycan bu üstünlüyü sayəsində dünyada qlobal logistik xəritələrin yenidən çizilməsində əhəmiyyətli və əvəzolunmaz rol üstlənir, tərəfdaşa çevrilir. Açıqlamalardan da aydın olur ki, Azərbaycan qitələrarası miqyasda yeni əməkdaşlıq modelləri təklif edir ki, bütün dövlətlər bundan faydalana bilsin. Bu, rəsmi Bakının dəyişməz xarici və iqtisadi siyasət vektorunun əsasını təşkil edir. Amma unutmaq olmaz ki, bu siyasətin də təməlində birinci pillədə ölkənin və xalqın maddi və mənəvi maraqları dayanıb.

Təsadüfi deyil ki, bu siyasətin və əlaqələrin sayəsində Azərbaycanla Çin arasındakı münasibətlər yeni mərhələyə keçid edib. Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfəri və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması bütün sahələrdə qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşmasına çox güclü təkan verdi. Şuşa Media Forumunda Prezident buna xüsusi diqqət çəkərək bildirdi: "Ötən il mənim Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və bütün digər sahələrdə addımlar atılmağa başlandı".


Bu açıqlama sübut edir ki, Bakı ilə Pekin arasındakı əlaqələr kağız üzərində deyil, real müstəvidə dərin siyasi etimada söykənir. İmzalanan Bəyannamə isə iki dövlət arasındakı səmimi və praqmatik dialoqun birbaşa göstəricisidir. Təsadüfi deyil ki, bu Bəyannamədən sonra Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayında ciddi artım müşahidə edilib, ticari-iqtisadi, investisiya və infrastruktur sahələrində birgə layihələrə start verilib və əvvəlki layihələr daha da genişləndirilib.

Heç şübhəsiz ki, Bakı ilə Pekin arasındakı tərəfdaşlığın ən mühüm qollarından biri logistika sahəsində, xüsusilə də Orta Dəhliz çərçivəsində özünü büruzə verir. Hər ötən gün Çindən Azərbaycana, ərazimizdən keçməklə Qərbə daşınan yüklərin həcmində artım müşahidə edilir. Bu isə göstərir ki, Azərbaycan bu gün Şərqlə Qərb arasında təkcə coğrafi yox, həm də texnoloji və infrastruktur baxımından əvəzolunmaz bir qovşağa çevrilib. Çindən çıxan yükün bir neçə günə Azərbaycana, buradan da Avropaya yola salınması Orta Dəhlizin rəqabət qabiliyyətini kəskin şəkildə artırıb. Bu, digər marşrut və yollardan kifayət qədər ucuz və tez yüklərin mənzil başına çatdırılması deməkdir. Qısacası, Çin üçün Azərbaycan sadəcə Orta Dəhlizin bir hissəsi deyil. Bakı Pekin üçün geosiyasi risklərin minimum olduğu, müxtəlif güc mərkəzləri ilə eyni vaxtda əməkdaşlıq edə bilən və uzunmüddətli logistika layihələrinin təhlükəsizliyini təmin edən etibarlı tərəfdaşdır.

Avropa İttifaqı üçün isə Orta Dəhliz, ilk növbədə, enerji və təchizat zəncirinin şaxələndirilməsi vasitəsidir. ABŞ isə bu marşruta daha geniş geosiyasi prizmadan yanaşaraq Avrasiya nəqliyyat sisteminin Rusiya və İran üzərindən asılılığının azalmasında maraqlıdır. Beləliklə, Çin, Avropa və ABŞ fərqli məqsədlərlə eyni marşruta maraq göstərsələr də, bütün bu maraqların kəsişmə nöqtəsində Azərbaycan yerləşir. Bu isə rəsmi Bakının tranzit ölkəsi statusunu aşaraq müxtəlif qlobal güclərin iqtisadi maraqlarını uzlaşdıran və regional əməkdaşlığı təşviq edən mühüm strateji aktora çevrildiyini göstərir.

Amma nəzərə almaq lazımdır ki, bu yük axınının sürətlə və problemsiz qəbul edilməsi, Qərbə ötürülməsi üçün Azərbaycan nəqliyyat-tranzit infrastrukturunun yenilənməsinə külli miqdarda sərmayə qoyub. Təkcə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılıb. Bu sıraya Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının artırılması, Zəngəzur dəhlizi istiqamətində görülən işlər də daxildir. Azərbaycan artıq mövcud tranzit imkanları ilə kifayətlənmir, həm daxili nəqliyyat şəbəkəsini rəqəmsallaşdırır, həm də gələcək illərdə qlobal ticarət zəncirindəki yerini daha da möhkəmləndirmək üçün bütün logistik infrastrukturu yeni çağırışlara tam uyğunlaşdırır.

Həmçinin qeyd edək ki, bu yenilənmə və modernləşmə, eyni zamanda, qlobal geosiyasi dəyişikliklərlə də bağlıdır. Son illərdə Yaxın Şərqdə baş verən gərginliklər, ABŞ-İsrail-İran qarşıdurması fonunda logistik problemlərin artması, Rusiya-Ukrayna müharibəsi fonunda sanksiyalar, Şimal və Cənub dəhlizlərində yaranan risklər də Orta Dəhlizin əhəmiyyətini artırıb. Məhz bu gün dünyada baş verən bu toqquşmalar, münaqişələr fonunda Azərbaycan sülh və sabitlik adasına çevrilərək logistik əhəmiyyətini beynəlxalq tərəfdaşlar üçün daha cəlbedici edib.

Burada diqqət ediləcək əsas məqamlardan biri də qlobal logistik layihələrin uğurunun regional tərəfdaşlarla əlaqələrdən asılı olması ilə bağlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşada bu məsələyə də toxunub: "Həmçinin Çindən daşınan yüklərin həcmini artırırıq və Mərkəzi Asiya ölkələri də bu prosesə qoşulub. Bir sözlə, qarşılıqlı münasibətlərin çox yaxşı tarixi var. Orta Dəhliz boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir".

Prezidentin qeyd etdiyi bu əməkdaşlıq müstəvisi yalnız bu günün iqtisadi maraqları ilə məhdudlaşmır, həm də Azərbaycan ilə Mərkəzi Asiya xalqları arasındakı dərin tarixi köklərə, ortaq mədəni-mənəvi dəyərlərə və sarsılmaz dostluq əlaqələrinə söykənir.


Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx siyasi və iqtisadi əlaqələr mövcuddur. Məhz rəsmi Bakının bu siyasəti sayəsində Mərkəzi Asiya ölkələri Orta Dəhliz layihəsinə tam gücü ilə qoşulub və bu geniş coğrafiyanı vahid geosiyasi və geoiqtisadi məkana çevirib.

Azərbaycan artıq Mərkəzi Asiya ölkələri üçün Avropa və dünya bazarlarına çıxış qapısıdır. Bu isə ölkəmizin həm tranzit əhəmiyyətini artırır, həm də regionun inkişafına, inteqrasiyasına ciddi töhfələr verir. Beləliklə, Orta Dəhliz boyunca qurulan çoxtərəfli əməkdaşlıq sadəcə dəmir yolları və limanların birləşməsi deyil, həm də tarixi və etnik qardaşlığın müasir qlobal çağırışlara verdiyi strateji və vahid cavabdır. Bu fonda yaranan əməkdaşlıq və format Avrasiyada geosiyasi və geoiqtisadi əlaqələrin gələcək xəritəsini müəyyən edən əsas güc amilinə çevrilir. Belə bir güc isə region xaricindəki böyük güc mərkəzlərinə mesaj sayılır. Yəni, bu regionla bağlı strateji hesablama və planlama aparan güclər artıq bu formatla, yəni Azərbaycan- Mərkəzi Asiya formatı ilə hesablaşmaq məcburiyyətində qalacaqlar.

Onu da əlavə edək ki, Azərbaycanla Mərkəzi Asiya ölkələrinin vahid siyasi və iqtisadi məkanda birləşməsi enerji, nəqliyyat və digər layihələrə də müsbət təsir edir. Vahid tarif siyasəti, gömrük-keçid prosedurlarının rəqəmsallaşdırılması ilə paralel olaraq "yaşıl enerji" dəhlizləri istiqamətində birgə atılan addımları bu siyahıya əlavə etmək olar. Bu gün Mərkəzi Asiya ölkələri zəngin resurslarını Azərbaycanın logistik marşrut layihələri ilə birləşdirərək dünya bazarına çıxmağı hədəfləyirlər. Belə bir vəziyyətin yaranması isə Azərbaycanın dünya və Avropa ölkələri üçün əhəmiyyətini artırır, gələcək "yaşıl enerji" bazarında əhəmiyyətli və vazkeçilməz bir gücə çevirir.

Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin vahid platformada sıx inteqrasiyası Şərq-Qərb tranzit xəttinin təhlükəsizliyini və rentabelliyini təmin etməklə yanaşı, hər iki regionu qlobal iqtisadiyyatın sadəcə kənar müşahidəçisindən beynəlxalq logistika zəncirini idarə edən mütləq güc mərkəzinə çevirir.

Beləliklə, Prezidentin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi bəyanatlar və gələcəyə yönəlik hədəfləri bir daha təsdiqləyir ki, Azərbaycan bu gün qlobal logistika xəritəsini yenidən formalaşdıra bilən gücə və strateji iradəyə sahibdir...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

18-04-2026, 14:41

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Gündəm / Siyasət

29-01-2026, 13:19

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

Siyasət

23-05-2026, 16:04

WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH

Siyasət

16-05-2026, 11:28

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH

Cəmiyyət

1-09-2025, 19:02

Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı - ŞƏRH

Siyasət

2-10-2024, 12:37

Azərbaycanın yeni diplomatik prioriteti – Türk Dövlətləri Təşkilatı – ANALİZ

Gündəm / Siyasət

25-07-2024, 17:02

​​​​​​​Bakı-Pekin iqtisadi tərəfdaşlığı - liderlərin şəxsi münasibətləri əlaqələri pik həddə yüksəldib - ŞƏRH

Cəmiyyət

26-09-2023, 16:55

Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu işə başlayıb - FOTOLAR

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 15:46
Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
29-08-2026, 18:00
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
29-08-2026, 17:35
Goranboyda yol qəzası - Yaralılar var
29-08-2026, 17:30
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Xəbər lenti
  • Dünən, 23:08
    “Azərpoçt” kütləvi bağlanmanı inkar edir, redaksiyaya isə 9 poçt şöbəsinin siyahısı daxil olub – “optimallaşdırma” adı altında nə baş verir?
  • Dünən, 19:00
    Rəhman Hacıyev: Mina problemi müharibələr bitəndən sonra da aktuallığını itirmir
  • Dünən, 18:30
    Azərbaycan-Latviya münasibətləri müzakirə olunub
  • Dünən, 18:25
    Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
  • Dünən, 18:18
    “Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
  • Dünən, 18:03
    Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 17:52
    Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
  • Dünən, 17:16
    Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH
  • Dünən, 17:01
    Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
  • Dünən, 16:59
    Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
  • Dünən, 16:46
    Azərbaycanda vəkil cərimələndi
  • Dünən, 16:13
    Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH
  • Dünən, 16:01
    8 tender, 160 milyonluq sifariş – «Hovers Group» hansı qurumların tenderlərini udur?
  • Dünən, 15:46
    Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
  • Dünən, 15:28
    167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
  • Dünən, 15:06
    ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
  • Dünən, 14:59
    Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI - “Araşdırılsın”
  • Dünən, 14:26
    İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir
  • Dünən, 14:16
    Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
  • Dünən, 13:59
    İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • Dünən, 13:42
    Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…
  • Dünən, 13:26
    Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
  • Dünən, 12:41
    TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
  • Dünən, 12:24
    Xalq artistinin qızı dələduzluqla üzləşib - TƏFƏRRÜAT
  • Dünən, 11:48
    Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
  • Dünən, 11:21
    Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
  • Dünən, 11:11
    Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... - NARAZILIQ VAR...
  • Dünən, 10:41
    ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq
  • Dünən, 10:29
    Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 09:59
    Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
  • Dünən, 09:53
    9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
  • Dünən, 09:30
    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək
  • 1-09-2026, 19:00
    Ərdoğanla Putinin görüşü keçirilir
  • 1-09-2026, 18:32
    Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə