Sizin reklam burada 728×90
Son dəqiqə

Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim edib

12.08.2022 12:48 780 1 dəq oxunur
Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim edib
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim olunub.

bakunews.az report-a istinadən xəbər verir ki, onu kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyyələrini çatdirıb.

O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Qeyd edək ki, O.Mürsəlov avqustun 11-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az