• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İranın Azərbaycana dron hücumu – Tehran bütün körpüləri yandırır - ŞƏRH

Siyasət

5-03-2026, 17:55

İran martın 5-də Azərbaycan Respublikasına dronlarla hücum edib. İslam Respublikasından qalxan pilotsuz uçuş aparatları (PUA) Naxçıvan Hava Limanının binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisələr nəticəsində dörd mülki şəxs xəsarət alıb.

Baş verənlər Azərbaycanda ciddi narazılığa səbəb olub, rəsmi Bakı Tehrana sərt etirazını bildirilib.

Hadisədən sonra bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı iclasdakı çıxışında İranın törətdiyi bu hadisəni terror aktı kimi qiymətləndirib və bunu böyük nankorluq nümunəsi kimi təqdim edib:

"Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir".

İranın Azərbaycana dron hücumu – Tehran bütün körpüləri yandırır - ŞƏRH

Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalıb. Rəsmi Bakı regionda sülh, əməkdaşlıq və təhlükəsizlik tərəfdarıdır, bu istiqamətdə müxtəlif layihə və təkliflər irəli sürüb. Azərbaycan rəhbərliyi ölkə ərazisindən, İran da daxil olmaqla, heç bir ölkəyə təhlükə olmadığını və olmayacağını dəfələrlə vurğulayıb.

Elə bir neçə gün öncə xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında da bu məsələ vurğulanmışdı. Ceyhun Bayramov hər hansı ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını bildirmişdi.

Azərbaycan bütün qonşular, o cümlədən İranla mehriban qonşuluq siyasətinə sadiqliyini daim nümayiş etdirib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günündən rəsmi Bakı bu mövqeyini bir daha əməldə təsdiqləyib.

Prezident İlham Əliyev İslam Respublikasının ali rəhbəri Əli Xameneinin və mülki şəxslərin həlak olması ilə əlaqədar qonşu ölkənin Prezidenti Məsud Pezeşkiana başsağlığı ünvanlayıb, Tehranın Azərbaycandakı səfirliyini ziyarət edib, matəm kitabına başsağlığı yazıb.

Üstəlik, qonşu ölkədə yaranmış humanitar vəziyyətlə əlaqədar Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Bu, bir daha Azərbaycanın dar gündə həmişə qonşulara mənəvi dəstək verdiyini nümayiş etdirir.

Tehran isə mehriban qonşuluq prinsipini ilk dəfə deyil pozur. Təkcə 44 günlük Vətən müharibəsi zamanı İranın işğalçını müdafiə etməsini, regional əməkdaşlığa, kommunikasiyaların açılmasına qarşı çıxmaqla Azərbaycana və bölgədəki hadisələrə düşmən mövqeyi nümayiş etdirməsini yada salmaq kifayətdir.

Azərbaycanın göstərdiyi münasibətin qarşılığında bu gün İranın Naxçıvan hava limanını və məktəb binasını hədəfə alması İrandakı rejiminin nankor, riyakar, antihumanist olduğunu bir daha təsdiqləyir. Azərbaycan ərazisində mülki infrastruktura dron hücumu təşkil etməklə Tehran acizliklə yanaşı, qorxaq olduğunu da nümayiş etdirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi İran hakimiyyətinin bütün qaydalardan kənar davranışı ilə bağlı yaydığı bəyanatda bildirib ki, rəsmi Bakı məlum dron hücumu ilə bağlı uyğun cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Müdafiə Nazirliyi isə yaydığı açıqlamada vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq...

İslam Respublikası hakimiyyətinin bu hücumu təkcə qonşuluq siyasətinə deyil, həmçinin beynəlxalq hüquq və humanitar normalara ziddir. Bu, regionda gərginliyin artmasına, müharibənin coğrafiyasını genişləndirməyə, ona yeni tərəflər cəlb etməyə xidmət edir.

Tehran rejimi apardığı yanlış siyasət səbəbindən düşdüyü vəziyyətə görə başqalarını qınayır, az qala, bütün dünyaya qarşı müharibəyə girişir. Belə şərait nəticəsində yaratdığı bataqlıqda çabaladıqca batmasını sürətləndirir.

Yeri gəlmişkən, İranın ətrafında baş verənlər və bu ölkənin qeyri-adekvat davranışları bir daha Azərbaycanın öz quru sərhədlərini bağlı saxlamasının nə qədər doğru qərar olduğunu göstərir.

Lakin sərhədlərin bağlı olmasına baxmayaraq, Azərbaycan dövləti İrandakı müharibədən xilas olmağa çalışan yüzlərlə xarici ölkə vətəndaşının təxliyəsinə yardımını da əsirgəmir. Martın 5-nə olan məlumata əsasən, 45 ölkənin 1317 vətəndaşı Azərbaycan vasitəsi ilə İrandan təxliyə edilib. Azərbaycan öz vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin qayğısına qalmaq üçün quru sərhədlərini bağlı saxlasa da, xarici vətəndaşların təxliyəsi üçün şərait yaratmaqla həm də qapalı ölkə olmadığını göstərir.

Ölkənin turizm sektoru fəaliyyətini davam etdirir. Azərbaycan ötən müddət ərzində qonşu dövlətlərlə birbaşa və tranzit ticarət əlaqələrini də kəsməyib. Ermənistana belə ötən müddətdə tranzit olaraq taxıl, neft və neft məhsulları ötürülüb, tədarük olunub ki, bu da Azərbaycanın bölgədə sülhə və mehriban qonşuluq münasibətlərinə sadiqliyini nümayiş etdirir.

Odur ki, İranın Naxçıvana dron hücumu üzdə "qardaşlıq, dostluqdan" danışan İslam Respublikasının irticaçı maskasını cırdı, əsl üzünü göstərdi.

İran hakimiyyətinin nüvə proqramı, regional hegemonluq iddiası ilə təkcə ABŞ və İsrailin maraqlarını təhdid etmir, o, qonşuluq edə bilməməsi ilə mürtəce, təcavüzkar mahiyyətini nümayiş etdirir. İslam Respublikası qonşu dövlətin ərazi bütövlüyünü pozmaqla müsəlman ölkələrlə körpüləri yandırır, barışıq, danışıq üçün yer saxlamır.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Cəmiyyət

5-03-2026, 16:59

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Gündəm / Siyasət

29-12-2024, 16:05

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB

Siyasət

1-10-2023, 18:34

Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar - FOTOLAR

Siyasət

5-08-2025, 18:34

Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ŞƏRH

Ölkə

28-01-2023, 21:55

Fərid Şərifov: İrandakı səfirliyimizə hücum planlaşdırılmış şəkildə olaraq terror aktıdır - VİDEOFAKT

Siyasət

12-09-2024, 17:49

İlk səfərini İraqa edən Pezeşkianın ziyarəti və ticarəti - ANALİZ

Gündəm / Siyasət

8-08-2024, 18:34

Pezeşkianın iddia olunan təklifi - Qərblə danışıqların genişlənməsi üçün fürsət - TƏHLİL

Gündəm / Bölgə

17-10-2023, 16:31

Vasif Talıbovun “sağ əli” – Azər Zeynalov vəzifəsini necə qoruyur?

Siyasət

23-05-2025, 16:09

Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL

Araşdırma
Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Hadisə
Bu gün, 12:34
Təmir işləri apararkən cərəyanın qurbanı oldu
Bu gün, 10:51
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Dünən, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
Dünən, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
Dünən, 09:46
Zaqatalada yol qəzası olub, xəsarət alan var
23-03-2026, 09:30
Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı
Xəbər lenti
  • Bu gün, 17:30
    Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
  • Bu gün, 17:00
    Türkiyə İran və ABŞ arasında mesajların çatdırılmasına vasitəçilik edir
  • Bu gün, 16:39
    Nahid Bağırov şəhid ailəsini eşitmir - Şəhidin adına olan küçə bərbad vəziyyətdədir - VİDEO
  • Bu gün, 16:24
    DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
  • Bu gün, 16:09
    Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur
  • Bu gün, 15:22
    Harun Armağan: Türkiyə ABŞ və İran arasında mesajların ötürülməsində iştirak edir
  • Bu gün, 15:15
    İcra başçısı özünə obyekt tikir? - Binanın birinci mərtəbəsi böyük obyektə çevirilir - VİDEO
  • Bu gün, 14:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 14:24
    Qaraşovun 1,4 milyonluq “abadlıq”ı 3 ay dözmədi - Üzlüklərin altında sment əvəzinə zir-zibil vurulub - FOTOLAR
  • Bu gün, 13:00
    İlham Əliyev açılışda iştirak etdi - Fotolar
  • Bu gün, 12:46
    Zaur Əliyevin ətrafında müəmmalı vəziyyət: Vəzifədən gedir, yoxsa həbsə girir?
  • Bu gün, 12:34
    Təmir işləri apararkən cərəyanın qurbanı oldu
  • Bu gün, 11:05
    "Luxoil Company"nin milyonlarla borcu var - məntəqələr, daş karxanaları...
  • Bu gün, 10:51
    Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
  • Bu gün, 10:42
    ABŞ-İran müharibəsi bitir? - 15 bəndlik plan
  • Bu gün, 10:28
    Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək
  • Bu gün, 10:19
    Çörəyimizə haram qatanlar... - FOTOLAR
  • Bu gün, 09:28
    İran İsrail və ABŞ bazalarına 80-ci zərbə dalğasını elan edib
  • Dünən, 18:00
    Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
  • Dünən, 17:30
    Mərkəz: İranın təxminən 1 000 ballistik raketi qalıb
  • Dünən, 17:00
    "Qarabağ" daha bir qapıçı transfer edir
  • Dünən, 16:30
    Daha bir kənd ələ keçirildi
  • Dünən, 16:00
    Hörmüz boğazı açıldı - İran gəmilərə "tas" qoyub
  • Dünən, 15:00
    Azərbaycanlılar qonşu ölkədən deportasiya olundu
  • Dünən, 14:30
    İran müharibənin bitməsi üçün şərtlərini açıqladı
  • Dünən, 14:00
    İki dost arasında dava birinin ölümü ilə bitdi
  • Dünən, 13:03
    AZAL-da 300 sərnişinin baqajı yoxa çıxdı- Video
  • Dünən, 12:56
    Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək
  • Dünən, 12:50
    "Euronews" Qlobal Bakı Forumu barədə: Bu, ciddi qlobal problemlərin həlli üçün platformadır
  • Dünən, 12:00
    Əliabadi: İran elektrik stansiyaları vurulacağı təqdirdə onların sürətli bərpasına dair plana malikdir
  • Dünən, 11:54
    ‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
  • Dünən, 11:38
    FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 11:29
    Şəkinin 22 kəndi hələ də qazsızdır - 21-ci əsrdə...
  • Dünən, 11:10
    Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib
  • Dünən, 10:43
    Sabunçuda qalmaqallı tikinti – qaydalar kobud pozulur, məsul qurumlar hara baxır?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə