• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert Frans Klintseviçə etirazını bildirib

Siyasət

11-08-2022, 19:50

Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Frans Adamoviç Klintseviçə açıq məktub göndərib, məktubda onun “Rusarminfo” kanalına müsahibəsi ilə əlaqədar etirazını bildirib.

bakunews.az report-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Klintseviç!

Biz Rusiya telekanallarında, müxtəlif analitik proqramlarda sizin şərhlərinizə tez-tez baxırıq. Siz dünyada baş verən bir çox hadisələrə hərbi ekspert kimi prinsipial qiymətlər verirsiniz, lakin sizin yutub kanalında yayılan, “Rusarminfo” kanalına verdiyiniz sonuncu müsahibə sizin obyektiv, bilikli, sağlam düşüncəli hərbi siyasi ekspert olmağınız barədə fikirlərin üstündən xətt çəkdi.

Siz ya Ermənistan-Azərbaycan münaqişəsinin tarixini və onun nəticələrini əsla bilmirsiniz, ya da bilərəkdən, erməni kütləvi informasiya vasitələrinə yarınmaq, onların nəzərində “həqiqət və ədalət uğrunda mübariz” kimi görünmək üçün həqiqəti təhrif edirsiniz.

Yəqin ki, sizə xatırlatmaq artıq olmaz, Azərbaycan 30 il ərzində erməni silahlı dəstələri tərəfindən işğal edilmiş öz əzəli torpaqlarını dinc yolla azad etmək üçün hər cür səy göstərib. Onu da xatırladaq ki, dünyanın istisnasız olaraq bütün ölkələri, o cümlədən Rusiya Federasiyası da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bütün bu illər ərzində Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş və Azərbaycanın işğal edilmiş torpaqlarının dərhal azad olunmasını nəzərdə tutan dörd qətnaməsinə etinasızlıq göstərib.

Yalnız 2020-ci ilin sentyabrında Ermənistan tərəfindən silahlı təxribatdan sonra Azərbaycan silahlı əks-hücum əməliyyatları keçirib və 44 günlük Vətən müharibəsi nəticəsində Qələbə qazanıb, öz ərazilərini ermənilərin çoxillik işğalından azad edib.

2020-ci il noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Üçtərəfli Bəyanat qəbul edilib. Həmin sənəddə başqa bəndlərlə bərabər, 4 nömrəli bənddə açıq-aşkar deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən çıxarılmasına paralel olaraq regionda yerləşdirilir”.

Bu il avqustun 3-də Azərbaycan ordusu Qarabağda qanunsuz erməni silahlı dəstələrinin azərbaycanlı hərbi qulluqçunun həlak olması ilə nəticələnmiş təxribat-terror provokasiyasının qarşısını almaq üçün “Qisas” əməliyyatı keçirib.

Hörmətli Frans Adamoviç, bir suala cavab verin: erməni silahlı dəstələri Azərbaycanın əzəli torpağında nə edir? Nə üçün onlar indiyə qədər Azərbaycan ərazisindən çıxarılmayıb, kim onlara bu günə qədər bizim vətəndaşlarımızı atəşə tutmaq və öldürmək hüququ verib?

Siz deyirsiniz ki, bu, Azərbaycan və Türkiyə xüsusi xidmətlərinin provokasiyalarıdır. Bu, qərəzli yalandır! Hərbi zabit kimi sizə gözəl məlumdur ki, bu provokasiyalar yalnız Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasını, sülh müqaviləsi imzalanmasını uzadan erməni tərəfinə lazımdır.

Azərbaycan azad edilmiş ərazilərdə praktiki olaraq dərhal bərpa işlərinə başlayıb, Ermənistanı sülh müqaviləsini imzalamağa və regionda nəqliyyat kommunikasiyalarının açılması üzərində birgə işləməyə çağırıb.

Siz Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin etmək, sosial obyektlər tikintisini nizamlamaq, dağıdılmış mədəniyyət abidələrini bərpa etmək istəyini Rusiya ilə Ermənistan arasında xüsusi münasibətləri pozmaq məqsədilə eskalasiya və provokasiya adlandırırsınız?!

Siz vurğulamısınız ki, Rusiyanın sülhməramlı fəaliyyətində onun mövqeyinə etinasızlıq göstərilir. Bu, nə vaxt və kim tərəfindən olub? Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə 2022-ci il 22 fevral tarixli Bəyannamədə bir daha vurğulanıb ki, iki dövlət “öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, qarşılıqlı hörmət, iki ölkənin müstəqilliyi, dövlət suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında qurur”.

Cənab Klintseviç, siz deyirsiniz: “Rusiya Ermənistanı tək qoymayacaq”, “Rusiya Ermənistanı müdafiə edəcək”. Kimdən? Məgər Ermənistana kimsə hücum edib? Məgər iyrənc provokasiyalar Ermənistan torpağında baş verir? Siz bütün Rusiya adından danışarkən bunları bilməlisiniz!

Ermənistana sevgi və sədaqətinizi bəyan etməklə, “Ermənistanla xüsusi münasibətləri” qeyd etməklə, rusların Ermənistandan qovulmasını, Ermənistanda təhsilin rus dilində olduğu məktəblərin olmamasını, nasizmin və faşizmin əlaltısı Qaregin Njdeyə heykəl qoyulmasını, İrəvanda Rusiyanı təhqir edən, Rusiya bayraqlarını yandıran ermənilərin izdihamlarını unudursunuz. Bəs sizin ardıcıllığınız və prinsipiallığınız harada qaldı?!

Azərbaycan multikultural ölkədir, burada Azərbaycan vətəndaşları olan 120 mindən çox rus yaşayır. Rus dili inkişaf edir, təhsilin rus dilində olduğu bütün məktəblər qalıb (onların sayı 344-dür), ali məktəblərdə təhsilin rus dilində olduğu fakültələrdə 18 mindən çox tələbə oxuyur.

Qarabağ müharibəsi illərində rus gənclərin çoxu könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olub və döyüşlərdə respublikanın ərazi bütövlüyünü qoruyub. Onların arasında orden və medallarla təltif olunanlar da, Azərbaycanın Milli qəhrəmanları da var. Ermənistanda belə ruslar varmı?! Ümumiyyətlə, bu monomilli dövlətdə ruslar qalıbmı?!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Xankəndi şəhərində və Qarabağ ərazisində yaşayan ermənilər öz evlərində qalacaq, onlar bizim respublikanın vətəndaşlarıdır və onların hüquqları etibarlı şəkildə qorunacaq.

Bəs Azərbaycan ərazisində törədilən provokasiyalar kimə sərfəlidir?

Azərbaycan ərazilərinin işğalı 30 il davam edib: müxtəlif millətlərdən olan on minlərlə gənc vəhşicəsinə qətlə yetirilib, yüz minlərlə insan qaçqın düşüb, Azərbaycanın şəhər və kəndləri yerlə-yeksan edilib, milli sərvətləri talanıb. Bu gün erməni faşizmi haqqında uzun müddət və əsaslı şəkildə danışmaq olar.

Ümidvarıq ki, siz haçansa zabit şərəfini xatırlayacaq və təkcə “zavallı və bədbəxt Ermənistan” haqqında deyil, həm də sülhsevər, qəhrəman, əməksevər və beynəlmiləlçi Azərbaycan haqqında danışacaqsınız”.



bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

10-08-2022, 14:36

Xankəndi Bakının nəzarətinə keçir

Dünya

2-09-2022, 17:04

Ekspert: Rusların sursatı bu tarixdə tam tükənəcək

Dünya

12-08-2022, 10:26

Çin onillərdir bu savaşa hazırlaşır - Kuznetsov

Cəmiyyət

10-08-2022, 15:39

Laçından son görüntülər: Ermənilər şəhəri tərk edir-video

Siyasət

16-07-2022, 19:42

Qarabağda antiterror əməliyyatları başlayacaq

Dünya

19-07-2022, 18:10

Rusiya HİMARS-a görə XTQ-ləri göndərir

Dünya

13-08-2022, 19:56

"Ukrayna ordusu döyüşələrin lokallaşdırılması üzrə əməliyyat keçirir" - Hərbi ekspert

Siyasət

24-01-2023, 12:58

Azərbaycan icması “Der Spiegel” jurnalından Qarabağla bağlı dezinformasiya yaymamağı tələb edib

Dünya

27-08-2022, 12:42

Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Cəmiyyət

10-08-2022, 17:54

Xankəndi Bakının nəzarətinə keçir - Kuznetsov

Dünya

3-04-2023, 21:56

İsveçrədəki soydaşlarımız Cenevrədəki erməni təxribatını sərt şəkildə pisləyib

Cəmiyyət

14-07-2022, 11:45

Ekspert: “Azərbaycan rusiyalılar üçün tranzit habı rolunu oynaya bilər”

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • Bu gün, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
  • Bu gün, 18:18
    Var dövləti ilə tanınan deputatın mandatı əlindən alındı
  • Bu gün, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Bu gün, 18:01
    13 tibb işçisi eyni gündə işdən çıxarılıb: 20 dəqiqəyə arayış veribmişlər - TƏFƏRRÜAT
  • Bu gün, 17:48
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə