• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Qarabağ mövzusu gündəmdən çıxacaq, yerinə Zəngəzur mövzusu gələcək” - Sabiq nazirdən ŞOK AÇIQLAMALAR

Siyasət

10-08-2022, 18:49

bakunews.az xəbər verir ki, yeni müsavat-ın bugünkü sayının qonağı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdur. Müsahiblə Qarabağ ətrafında gedən proseslər və digər məsələlərlə bağlı söhbət aparılıb.

- Tofiq bəy, yeni Laçın yolu ətrafında proseslər qızışır. Ermənilərin də müqavimət cəhdləri artmaqdadır. Sizcə, proses nə qədər çəkəcək?

- Burada əsas olan odur ki, Türkiyə-Azərbaycan münasibətlərində hamımızın ürəyincə olan bir format formalaşıb. Nəticədə bir çox məsələləri həll etməyə yaxınıq. Rusiya ilə əlaqələr də belə bir görüntü var ki, 10 noyabrda götürülən öhdəliklər məcburən də olsa həyata keçiriləcək. Bu öhdəliklər sırasında əsas olanlardan biri erməni qanunsuz hərbi birləşmələrinin oradan çıxarılmasıdır. Qarabağda yerli erməni əhalisindən 20-25 min qalıb.

Onlar hansı dərəcədə polis, ordu təşkil edə bilər? Qalan həmin ermənilərin o yerlərdə yaşamağı indiki vəziyyətdə mümkün görünmür. Bu mövzu nə birdəfəlik bağlıdır, nə də açıq. Bəllidir ki, vaxtilə yaşadıqları həmin yerlərdəki kənd və qəsəbələrə Azərbaycan əhalisi qayıdacaq. Köhnə yolda bilirsiniz ki, rus sülməramlıları sədd çəkiblər və təhlükəsizliyə nəzarət edirlər. Azərbaycan tərəfi hər zaman gündəmə gətirir ki, həmin yerlərdə bizim qurumlar mütləq olmalıdır. Sərhədçilərimiz fəaliyyət göstərməlidir.

10 noyabr bəyanatında göstərilir ki, orada müddətsiz olaraq nəzarəti rus sərhədçiləri həyata keçirəcək. Amma hesab edirəm ki, orada nəzarəti təmin edən hansısa sülhməramlıların kontingenti olmalıdır. Nəyə görə? Çünki 1992-ci ildə Rusiya və Ermənistan arasında bağlanmış sərhəd mövzusuna aid bir saziş əsasında bu nizamlanır. Orada demək olar ki, Azərbaycanın təsir etmək üçün əlində heç bir imkanları yoxdur. Bu da konfliktin bir hissəsidir deyə orada sülhməramlılar olsa, demək, onlar bu və ya digər şəkildə siyasi baxımdan Azərbaycanın da hansısa formada maraqlarını təmin edən vəziyyət yaranacaq. Bütün bunlar çox aktual mövzulardır. Biz bunların hər birinə diqqət yetirməliyik.

- Yeni yolda gömrük-nəzarət postumuz olacaqmı?

- Sərhəd qanunlarına uyğun olaraq, orada hər bir şey olmalıdır. Sülhməramlılar nəzarət edə, təhlükəsizliyi qoruya bilərlər. Amma unutmaq olmaz ki, heç yerdə onların sərhəd funksiyalarını yerinə yetirmələri yazılmayıb. Yəni bu fərqli bir fəaliyyətdir. Gediş-gəlişin təhlükəsizliyə nə aidiyyəti var? Baxacağıq ki, kim gəlir, yaxud gedir.

- Brüsseldə 4-cü dəfə Əliyev-Paşinyan görüşü olacaq. Bu görüşdən əsas gözləntiləriniz nədir?

- Hazırda əsas problemlərdən biri Zəngəzur dəhlizidir. Burada geopolitik təzyiqlər də mövcuddur. Rusiya hazırda iqtisadi marağını Qərbdə deyil, cənub və şərqdə təmin etmək istəyir. Şərq deyəndə Çin, cənub deyəndə isə Türkiyə, İran və s. kimi ölkələr nəzərdə tutulur. Cənub istiqaməti onlar üçün çox aktualdır. Onların siyasi və iqtisadi aktivliyi bu istiqamətdədir. Əgər iqtisadi maraqlardan danışırıqsa, ən önəmli amil burada dəmir yoludur. Burada önəmli bir nöqtə də var. Bu da Zəngəzur dəhlizidir. Təbii ki, Qərb də bu dəhlizin bərpasını istəməz. Rusiya-Türkiyə, Rusiya-İran əlaqələri orada təmin olunacaq. Biz bunu istəyirik. Çünki milli maraqlarımıza uyğundur. İstər-istəməz bu proses gündəmə gəlir. Əgər bundan öncə Ermənistanı Rusiyaya ən çox bağlayan Qarabağ mövzusu idisə, indi görürük ki, gündəm Zəngəzur mövzusuna keçir. Təxminim budur ki, yuxarıda qeyd etdiyim proseslər nəticəsində yavaş-yavaş Qarabağ mövzusu gündəmdən çıxacaq və yerinə Zəngəzur mövzusu gələcək. Əvvəldən belə fikirlər səslənirdi ki, Avropa İttifaqı, Amerika texniki yardım göstərmək istəyir. Bu yardım isə öncəliklə kommunikasiyalar üçün nəzərdə tutulurdu. Bu görüşdə Zəngəzur dəhlizi əsaslardan biri olacaq. Yolların bərpası təklifinin də olması real görünür. Məsələn, Paşinyan deyə bilər ki, mən razıyam, Azərbaycan vətəndaşları belə gəlsin, elə getsin və s. Təxminən bu tipli söhbətləri gözləmək olar. Zəngəzur dəhlizi ilə bağlı olmasa da, digər mövzularda bizə mülayim münasibət göstərilə bilər. Avropa da Zəngəzur dəhlizi məsələsində erməniləri dəstəkləyəcək.

- Avqustun 25-nə qədər ermənilərə Laçından çıxmaq üçün vaxt verilib. Bir narahatlıq yaranıb ki, ermənilər prosesi yubada bilərlər. Bu ayın 25-də Laçın tam olaraq nəzarətimizdə olacaqmı?

- Narahatlıq təbiidir. Düşmənin necə bir düşmən olduğunu yaxşı bilirik. Onlardan hər şey gözləmək olar. Allah hərbçilərimizi qorusun.

- Bugünlərdə Azərbaycanın bir sıra dövlət qurumlarına, eləcə də banklarına qarşı kiberhücumlar həyata keçirilir. Sizcə, bu, nədən qaynaqlanır?
Ətraflı

- Bu barədə danışmaq bir qədər çətindir. Amma açığı inanmıram ki, bu, ermənilərin işidir. Çünki onların bu həmlələri etmək imkanları var, ya yox kimi sual ortada mövcuddur. Amma bir çox dairələri Zəngəzur mövzusu narahat edir. Bunları deyəndə isə bir çox səbəbləri nəzərdə tuturam. Düşünürəm ki, dəhliz mövzusu gündəmə gəldikcə bizə qarşı istər-istəməz fəaliyyət göstəriləcək. Londonda səfirliyimizə olan hücum və son günlərdə baş verən bir sıra hadisələr təsadüfi sayıla bilməz.

- Rusiya-Ukrayna savaşı uzanır. Sanki müharibə uzandıqca dünya gündəmində arxa plana keçir. Razısınızmı?

- İctimai rəydə hər şeyə öyrəşmək kimi bir tendensiya mövcuddur. Mən köhnə mövqeyimin üzərində yenə dayanıram. Bəllidir ki, Ukrayna hərbi baxımdan vəziyyəti ciddi şəkildə dəyişə bilmədi. Hərbi əməliyyatlar davam etdikcə daha çox əraziləri kontrol etmək əldən çıxır. Qərbin "qidası" ilə Ukrayna müqavimət göstərməyə davam edir. Belə ölçülüb ki, Ukraynanın qələbəsi olmasın, sadəcə, məğlub da olmasın. Bunun üçün də silahlar verirlər. Burada görünür ki, bir çox oyunçular öz məqsədlərinə uyğun oyunlarını oynayırlar. Hələ ki Ukrayna üçün hərbi uğur görmürəm. O fikirlərlə razıyam ki, insan tələfatını, dağıntıları azaltmaq, siyasi öhdəliklərin olmaması üçün müvəqqəti olsa da, atəşkəs rejiminə nail olmaq lazımdır. Təxminən 1994-cü ildə bizim bağladığımız atəşkəs kimi. Biz o sənədə heç qol çəkməmişdik. Bu, sadəcə, bir razılaşma idi. Nəticə nə oldu? Bizə şərait yarandı ki, düşməni məğlub edək. Dediklərim düşünürəm ki, Ukrayna üçün ən uyğun çıxış yoludur.

- Bu arada Ukraynada "Bayraktar" PUA-larının istehsalı üçün zavodun tikintisi ilə bağlı Ali Radaya razılaşma göndərilib. Bunu Ukraynanın Türkiyədəki səfiri deyib. Bu, Türkiyə-Rusiya münasibətlərində təlatüm yaratmaz ki?

- Türkiyə-Rusiya münasibətlərində hər zaman müəyyən razılaşmalar mövcud olub. Anlaşılmazlıqlar tez aradan qalxıb. Baxar görək necə olacaq. Çox mürəkkəb vəziyyətdir. Çox sevinirəm ki, burada Azərbaycanın maraqları daim söz konusu olur. Son olaraq XIII Səfirlər Konfransını izlədik. Oradakı çıxışlar, xarici işlər nazirimizin türkiyəli həmkarı ilə görüşü onu göstərdi ki, Azərbaycanın maraqları Türkiyə üçün əsaslardan biridir.

- Londondakı Azərbaycan səfirliyinə hücumla bağlı nə deyə bilərsiniz? Saxlanılanların azadlığa buraxıldığı deyilir...

- Bu, onu göstərir ki, öncədən planlaşdırılmış hücum idi. Diplomatlarımıza ittihamlar səslənir. Amma unutmayaq ki, onlar başqa cür davransaydılar, yəni silaha əl atsaydılar, bəlkə də bu, müəyyən dairələrin əlinə işləyəcəkdi. Hələ ki vəziyyət tam bəlli deyil. Heç kəsi ittiham etməyək. Öz həmkarlarıma inanıram. Əminəm ki, onlar peşəkardırlar. Sonda nələrin olacağını gözləyək.

- Azərbaycan Prezidenti avqustun 9-da Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi. Sizcə, bu səfər nə ilə əlaqədar ola bilər?

- Yuxarıda müzakirə etdiyimiz mövzuların hamısı aktual idi. Əminəm ki, onlardan hər biri ətrafında görüşdə fikir mübadiləsi aparılacaq. Bizim üçün əsas olan müttəfiqlikdir. Azərbaycan olmayan yerdə Azərbaycan mövzusunu Türkiyə rəhbəri gündəmə gətirir, qardaş ölkə olmayan yerdə də bu mövzunu Azərbaycan Prezidenti gündəmə gətirir.



bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

15-08-2022, 13:31

Paşinyan Rusiyadan kömək almaq üçün Moskvaya TƏCİLİ adam göndərdi

Siyasət

3-09-2022, 09:20

Paşinyan Xankəndiyə elə bir məktub göndərdi ki…

Siyasət

6-08-2022, 19:39

Bu tarixə kimi Qarabağda silahlı erməni qalmamalıdır

Siyasət

29-08-2022, 14:24

ABŞ və Fransa səfirlərinin Şuşa səfərindən imtinasının gizlinləri

Cəmiyyət

4-08-2022, 16:27

Tofiq Zülfüqarov: "Qarabağdakı son hadisələr böyük ssenarinin tərkib hissəsidir" - MÜSAHİBƏ

Siyasət

15-07-2022, 18:24

Prezident: "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir"

Cəmiyyət

10-08-2022, 17:54

Xankəndi Bakının nəzarətinə keçir - Kuznetsov

Siyasət

29-07-2022, 18:10

“Ermənistan Zəngəzuru da itirəcək!..” - Kapitulyant üçün kritik gözlənti

Siyasət

15-07-2022, 18:13

İlham Əliyev: "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir"

Gündəm / Siyasət

10-08-2022, 14:36

Xankəndi Bakının nəzarətinə keçir

Siyasət

23-07-2022, 12:04

Azərbaycan Zəngəzurun statusu məsələsini QALDIRA BİLƏR

Cəmiyyət

26-08-2022, 11:22

Qarabağ erməniləri Ermənistana hansı yolla gedəcək?

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:57
Bakıda məktəbli bıçaqlanıb
Xəbər lenti
  • Dünən, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • Dünən, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • Dünən, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • Dünən, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • Dünən, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • Dünən, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • Dünən, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
  • Dünən, 13:00
    Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
  • Dünən, 12:00
    Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
  • Dünən, 11:00
    "Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
  • Dünən, 10:30
    Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
  • Dünən, 10:00
    Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
  • 10-10-2026, 19:00
    İran Ordusunun Quru Qoşunlarının komandanı: Müharibə başlayandan sonra sərhədlərdə 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirilib
  • 10-10-2026, 18:30
    Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək
  • 10-10-2026, 18:00
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 17:30
    Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
  • 10-10-2026, 17:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 17:02
    “Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
  • 10-10-2026, 16:44
    Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
  • 10-10-2026, 14:32
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • 10-10-2026, 14:21
    III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
  • 10-10-2026, 13:25
    Sumqayıt Dövlət Universitetinin III korpusunda BİABIRÇI VƏZİYYƏT – Tələbələrdən sərt şikayət: “Bura universitetdən çox həbsxanaya bənzəyir!”
  • 10-10-2026, 13:17
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • 10-10-2026, 13:03
    Bir işçi üç işçinin yerinə İŞLƏDİLİR - NARAZILIQ VAR...
  • 10-10-2026, 12:36
    ISW: Rusiya dizel razılaşması müqabilində ABŞ-yə Ukrayna ilə bağlı güzəştlər təklif etməyib
  • 10-10-2026, 12:24
    Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
  • 10-10-2026, 12:04
    Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
  • 10-10-2026, 11:16
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • 10-10-2026, 10:56
    “Tükəzban İsmayılova sağ olanda Gülbahar qorxusundan İlhaməyə yaxın gəlmirdi; - o, kimdir ki, mənə qadağa qoysun?”
  • 10-10-2026, 10:28
    Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
  • 10-10-2026, 10:16
    Elnur Əliyev ARTİ ilə vidalaşır? - İDDİA
  • 10-10-2026, 09:40
    Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
  • 9-10-2026, 19:00
    Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
  • 9-10-2026, 18:30
    Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
  • 9-10-2026, 18:00
    Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə