• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Yaxın Şərqin təmin edilməyən təhlükəsizliyi – ABŞ onun təminatçısı olmaq istəmir - ŞƏRH

Siyasət

12-09-2025, 17:18

BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin Qətərin paytaxtına endirdiyi zərbələrlə bağlı məsələni müzakirə edib. Müzakirə zamanı bu hadisə pislənib və ərəb ölkəsinin suverenliyinə dəstək ifadə olunub.

Təhlükəsizlik Şurasının üzvləri sentyabrın 9-da HƏMAS-la İsrail arasında əsas vasitəçi - Dohaya endirilən zərbələri pisləyərək insan itkisindən təəssüf hissi keçirdiklərini bildiriblər. Onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.

Qəbul edilmiş bəyanatda TŞ üzvləri, həmçinin gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar: "Təhlükəsizlik Şurasının üzvləri Qətərin ABŞ və Misirlə birlikdə regionda vasitəçilik səylərində oynamağa davam etdiyi kritik rolu dəstəklədiklərini bir daha açıqlayıblar".

Yeri gəlmişkən, İsrail sentyabrın 9-da Dohada olan HƏMAS rəhbərliyinin üzvlərinin iqamətgahını vurub. Hücum nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin üzvü də daxil olmaqla altı nəfərin öldüyü bildirilib.

Ötən illərin təcrübəsi, hadisələr BMT Təhlükəsizlik Şurasının bəyanat və qətnamələrinin bu kimi hadisələrin qarşısını almaqda aciz olduğunu təsdiqləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı qurumun qəbul etdiyi dörd qətnamənin yerinə yetirilmədiyi dövr də unudulmayıb.

Bu, dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü, suverenliyinin müdafiəsi kimi məsələlərdə BMT-nin gücsüzlüyünü göstərir.

Yaxın Şərqin təmin edilməyən təhlükəsizliyi – ABŞ onun təminatçısı olmaq istəmir - ŞƏRH

Yaxın Şərqdə, Kəngər körfəzində (Fars, Ərəb, yaxud Bəsrə körfəzi də deyirlər) qarşıdurmalar, xüsusilə Fələstin-İsrail münaqişəsi az qala BMT yaşındadır. İkinci Dünya Müharibəsindən sonra regionda bir sıra ərəb dövlətləri və İsrail yaransa da, Fələstinin yaranmasına vəd verildi. Ötən 78 il ərzində fələstinlilərə verilən vədə əməl olunmayıb. Əksinə, onların tapdanan, verilməyən hüququndan regional və qlobal səviyyədə sui-istifadə edilir.

Münaqişənin həllinə yardım etmək, yaxud tərəflər arasında vasitəçilik etmək istəyənlər daim Fələstin məsələsindən bir-birinə qarşı təzyiq aləti olaraq yararlanıblar.

Bu vəziyyət isə Körfəz və ətraf ölkələrin təhlükəsizliyi üçün təhdid mənbəyinə çevrilir.


2023-cü il oktyabrın 7-dən sonra bu istiqamətdə narahatlıq daha da artıb. Həmin tarixdə HƏMAS qruplaşması "əl-Əksa daşqını" əməliyyatı adı altında İsrailə müdaxilə etdi. Qruplaşma Qəzza zolağından yəhudi dövlətinin sərhəd baryerini yararaq yaxınlıqdakı İsrail yaşayış məntəqələrinə və hərbi obyektlərə giriblər. Həmin gün səhər tezdən Qəzza zolağından İsrailə azı 3000 raket atəşi açılıb, təxminən 3000 döyüşçü quru, dəniz və hava yolu ilə sərhədyanı bölgələrə daxil olub. Bu müdaxilə nəticəsində təxminən 1200 israilli öldürülüb (o cümlədən musiqi festivalının 364 iştirakçısı), daha 253 nəfər girov götürülüb.

Məlumatlara əsasən, İsrail mülki şəxslərinin kütləvi qətlləri ilə yanaşı, çoxsaylı cinsi zorakılıq halları da baş verib. Onlara cavab olaraq, İsrail hökuməti 1973-cü il Yom Kippur müharibəsindən sonra ilk dəfə hərbi vəziyyət elan etdi və Qəzza zolağında "Dəmir qılınclar" əməliyyatına başladı.

Beynəlxalq ictimaiyyət bu hücuma birmənalı qiymət verməyib. Bir qrup HƏMAS-ın addımını terror aktı kimi dəyərləndirib. Ərəb və bəzi müsəlman ölkələri İsraili təqsirli bilərək münaqişənin səbəbinin Fələstin ərazilərinin yəhudi dövləti tərəfindən işğalı olduğunu bildiriblər. Bununla belə, onlar hadisələrlə bağlı HƏMAS-ın adını vurğulamayıblar.

Bu hadisə regionda başqa hadisələrin baş verməsinə əsas olmaqla yanaşı, region dövlətlərinin, bütövlükdə bölgənin təhlükəsizliyi və perspektivi məsələsini yenidən gündəliyə gətirib.

Həmin hadisədən sonra Livandakı "Hizbullah", Yəməndəki husi qiyamçıları, İraqdakı iranyönümlü qruplaşmalar bu müharibədə HƏMAS-ı müdafiə etdiklərini bildirib və ona qarşı bir sıra həmlələr ediblər. Elə sentyabrın 11-də Yəmən Silahlı Qüvvələri Fələstin məsələsinə dəstək olaraq İsrailin nəzarəti altında olan ərazilərə raket və pilotsuz uçuş aparatı ilə zərbələr endirdiklərini bildiriblər. Husilər bu hücumları İsrailin Qəzza zolağındakı əməliyyatlarına və onun ərazisinə təcavüzə cavab olaraq "qisas" adlandırıb.


HƏMAS-ın regionda katalizator rolunu oynaması onu müdafiə edənlərə - Həsən Nəsrullah başda olmaqla "Hizbullah"ın liderlərini itirməsinə, qruplaşmanın zəifləməsinə, indi isə tərk-silah mərhələsinə gətirilməsinə, Suriyada Bəşşar Əsəd rejiminin süqutuna, İrana qarşı 12 günlük hərbi əməliyyatların keçirilməsinə və 60-dan çox yüksək rütbəli hərbi şəxslərinin, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargahının rəisi general Məhəmməd Baqerinin həlak olmasına, habelə İslam Respublikasının nüvə və hərbi obyektlərinin dağıdılması bahasına başa gəlib.

Elə Dohada HƏMAS liderlərinin iqamətgahına zərbə endirilməsi də iki il əvvəl başlamış hadisələr zəncirinin davamı sayıla bilər. İsrail hərəkatın Siyasi Bürosunun baş katibi İsmayıl Həniyənin İranda öldürülməsi əməliyyatını əvvəl həyata keçirmişdi. Rəsmi Təl-Əviv onu da bildirmişdi ki, dövlətinin təhlükəsizliyini təhdid edən istənilən silahlı qruplaşmanın, o cümlədən HƏMAS-ın Qəzzadakı və xaricdəki liderlərini zərərsizləşdirəcək.

İsrail region dövləti olaraq təhlükəsizliyini daxili resursları, ABŞ və başqa tərəfdarlarının dəstəyi, yardımı ilə təmin edir. Onun region ölkələrinə hücumu isə bir sıra hallarda mübahisələr, region ölkələrinin bir-birini ittiham etməsinə, birlik kimi çağırışların verilməsi ilə nəticələnir.


Dohaya zərbələr buna ən bariz nümunədir. Ona görə də körfəz ölkələrinin təhlükəsizliyinə təminatı birmənalı və birtərəfli qaydada qəbul etmək sadəlövhlük sayılar. Əgər HƏMAS liderlərinə Qətər və ya başqa biri sığınacaq verirsə, bu zaman o, İsrailin təhlükəsizliyinin təhdid edilməsinə dəstək vermiş sayılır. Bu səbəbdən də bəhs etdiyimiz xoşagəlməz olaylar baş verir.

Təhlükəsizliyi təhdid edən başqa bir amil isə regional hegemonluq uğrunda mübarizə, yarışmadır. Bu, bölgə dövlətlərinin bir-biri ilə münaqişədə, qarşıdurmada olmasına şərait yaradır. Ölkələrin biri-birinə etimad və etibarı olmur, ya da çox az olur.

Yaxın Şərqdə hegemonluq uğurunda daha çox mübarizəni İran və İsrailin apardığı görünən qədərdir. Onların bu yarışması və ya qarşıdurmasından isə regionun başqa ölkələri, hətta Fələstin dövləti də əziyyət çəkir.

İordaniyanın yüksək rütbəli təhlükəsizlik rəsmiləri İran və onun regional müttəfiqlərindən gələn təhlükələrin son illərdə əhəmiyyətli dərəcədə artdığını bildiriblər. Onlar bu tendensiyanı ölkənin uzunmüddətli sabitliyinə qarşı ciddi təhdid kimi qiymətləndirirlər. Adının açıqlanmasını istəməyən İordaniya təhlükəsizlik rəsmisi bildirib ki, Tehranın casuslara maliyyə dəstəyi kimi fəaliyyətləri son üç ildə artıb.

Bu, region ölkələrinin münasibətlərinə dair bir nümunədir.

Ona görə də bölgə dövlətləri təhlükəsizliyin təmini kimi məsələlərə dair anlaşmaları ABŞ ilə bağlayırlar.

Dohaya məlum zərbədən sonra Qətərin təhlükəsizlik sahəsində yeni tərəfdaş axtardığına dair xəbərlər də yayılmışdı. Rəsmi Doha HƏMAS rəhbərliyinə zərbədən sonra Vaşinqtonla təhlükəsizlik sahəsində əməkdaşlığı yenidən nəzərdən keçirmək qərarına gəlməsi barədə məlumatı təkzib edib. Bildirilib ki, Qətərin guya ABŞ ilə təhlükəsizlik sahəsində tərəfdaşlığını yenidən nəzərdən keçirməsi barədə iddia tamamilə yalandır.

Belə qənaətə gəlmək olar ki, region ölkələrinin təhlükəsizliyi ABŞ-dən asılıdır. Körfəzə aid olan ərəb dövlətlərinin, demək olar ki, hamısı bu və hərbi istiqamətdə onunla əməkdaşlıq edirlər. Elə bu ilin mayında ABŞ Prezidenti Donald Trampın bölgəyə səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətərlə bu sahə üzrə imzalanan milyardlarla dollarlıq müqavilələr də qənaətimizi təsdiqləyir.

Belə bir şəraitdə isə bütün diqqətlər ABŞ-nin üzərinə yönəlir. O isə dünya təhlükəsizliyinin təminatçısı olmaqdan imtina edir. Ştatların Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirib ki, hər kəs öz ayaqları üzərində durmalıdır: "Bu gün tamamilə fərqli bir modeldir. Deyirik ki, biz artıq dünyada təhlükəsizliyin qarantı deyilik. Hər kəs özü üçün dayanmalıdır".


Məsələn, Donald Tramp Doha hadisəsindən xəbərsiz olduqlarını bildirib: "Bu, İsrail hökumətinin əməliyyatı idi".

Belə çıxır ki, səksən il ABŞ-nin gücünə əsaslanan dünya sistemində yaranan nisbi sakitlik və rifahda müəyyən problemlər yaranacaq. Bunu Donald Trampın Avropadakı müttəfiqlərinə təzyiqləri, latın Amerikasındakı körfəzlərə, Qrenlandiyaya iddiaları da sübut edir. Belə bir hal isə beynəlxalq aləmdə tarazlığı poza bilər. Bu, müttəfiqləri ilə ABŞ arasında əminlik və arxayınlıq sahəsində qeyri-müəyyənlik yarada bilər. Əvvəllər müttəfiqləri ondan əmin idilər. Rəqibləri də onun qətiyyətindən çəkinirdilər. İndi isə bu tarazlıq pozula bilər. Ona görə də bəzi ölkələr daha güclülər arasında yenidən seçim etməyə məcbur ola bilərlər.

Beynəlxalq arenada ya lider təşkilat, ya da lider dövlət, güc, qüvvənin olması vacib sayılıb. Belə bir vəziyyət isə müəyyən xaosun yaranmasına səbəb ola bilər. Rusiyanın Ukrayna ərazilərini işğal etməsi kimi hadisələr də onun nəticəsi sayıla bilər.

Yaxın Şərq ölkələrində də təhlükəsizlik və suverenliyin qorunmasını başqa dövlət deyil, özlərinin təmin etməsinin vacibliyi gündəliyə gəlir. Bu isə İsrail də daxil olmaqla region ölkələrinin bir-biri ilə əməkdaşlığından başlayır. Odur ki, yaranmış şərait ərəb dövlətlərinin öz ayaqları üstündə durmasının vacibliyini aktuallaşdırır. Bu halda regionun hər dövləti bir-birinin təhlükəsizliyinə önəm verəcək.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

9-09-2025, 19:17

Dohaya hücumda HƏMAS lideri öldürülüb? - Yenilənib

Dünya

9-09-2025, 18:52

İsrail Dohaya hücuma görə məsuliyyəti öz üzərinə götürdü

Dünya

11-09-2025, 10:30

Qətərin Baş naziri: İsrailin Dohaya zərbəsi əsirlərin azad olunacağına dair ümidləri məhv etdi

Gündəm / Cəmiyyət

17-06-2025, 19:05

Qətər XİN: İsrail İrana hücumla Qəzza ilə bağlı danışıqlar prosesini pozub

Dünya

6-06-2024, 19:51

BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri seçilib

Dünya

30-07-2025, 09:30

Sandu seçkilərə xarici müdaxilə ilə bağlı təhlükəsizlik şurasının iclasını çağırıb

Siyasət

10-09-2025, 15:57

İsrailin Dohada HƏMAS əməliyyatı – istifadə müddəti bitən hərəkat - ŞƏRH

Dünya

10-02-2025, 18:31

HƏMAS: Qəzza üzrə sazişin ikinci mərhələsi ilə bağlı danışıqlar hələ başlamayıb

Dünya

16-11-2023, 09:33

İsrailin müdafiə naziri ABŞ-li koordinatorla Qəzzada əməliyyatların gedişatını müzakirə edib

Dünya

2-04-2024, 16:03

Paşinyan Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI

Dünya

22-08-2024, 08:37

Bayden İsraillə HƏMAS-ı təcili barışığa çağırdı

Dünya

10-10-2023, 10:50

İsrail ordusu HƏMAS-ın sıradan çıxarılan hədəflərinin sayını açıqlayıb

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Dünən, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Dünən, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Dünən, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Dünən, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Dünən, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Dünən, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə