Sizin reklam burada 728×90
Son dəqiqə

MDB ölkələrinin hökumət başçıları əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb

12.12.2024 15:42 284 1 dəq oxunur
MDB ölkələrinin hökumət başçıları əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb
MDB ölkələrinin hökumət başçıları Şuranın bugünkü iclasında nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq barədə razılığa gəlib və bir sıra sazişlər imzalayıblar.

İclasın gündəliyinə 10 bənd daxil edilib.

Hökumət başçıları MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparıb, həmçinin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq haqqında Memorandumu təsdiqləyiblər.

Sənəd bu sahədə əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə, ilk növbədə rəqəmsal nəqliyyat infrastrukturunun qurulması üçün zəruri, kifayət qədər institusional və infrastruktur dəyişikliklərin yaradılmasına yönəlib.(Report)

Xəbər yenilənir...
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az